Ümumilikdə kitabı bəyəndim, mövzunun fərqli olması diqqətimi çəkdi
Düzü, bir hissəsində bir az sıxıldım və yarıda buraxmağı belə düşündüm, amma davam etdikcə daha axıcı oldu və sonda oxuduğuma peşman olmadım
Oxunmağa dəyər bir əsərdi deyə düşünürəm
Son vaxtlar kitab oxuma vərdişimi biraz itirmişəm ümid edirəm davamlı olmaz
Oxuduğum ilk Puşkin əsəri idi, qələmini bəyəndim düzü.
Əsərin hekayəsi gözəl idi bəyəndim amma, nəsə çatışmırdı sanki bilmirəm bəlkə də mən elə hiss elədim
Təssüf ki, yarıda buraxdım. Kitab bir məhəllədə keçən hadisələrdən bəhs edir amma ki, ardıcıllıq yoxdu ya da mən hadisələr arasında əlaqə görə bilmədim. Hekayədəki karakterləri bəyəndim tək bəyəndiyim o oldu deyəsən elə)
Uşaq gözü ilə dünyanı bu qədər dərin və kədərli göstərən az kitab var. Zeze həm məsum, həm də ağrını çox erkən tanıyan bir uşaq. Oxuyarkən bəzən gülümsədim, bəzən də boğazım düyünləndi. Sadəcə bir uşaq hekayəsi deyil, böyüməyin necə acı ola biləcəyini xatırladır.
Ailəsindən görmədiyi sevgini başqasından görmək və onu da itirmək…
Əsəri oxuyanda ən çox keçmişə yapışıb qalmaq hissi məni tutdu. Hər obraz bir az nostalji, bir az da qorxu içində idi, sanki hamı nəyisə itirməkdən çoxdan itirdiyini dərk etməkdən qorxurdu.
“Kim bilir? Ve ölüm ne demektir?
Belki de insanın yüz tane duyusu var da, biz öldüğümüz zaman bunlardan sadece beşi bizimle birlikte ölmektedir.”
Və son olaraq da, əsərdəki bu alıntını çox bəyəndim
Vişne BahçesiAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202521,1bin okunma