Verner Heyzenberq (1901-76) 1927-ci ildə "qeyri-müəyyənlik prinsipi"ni təqdim etdi. Prinsip qismən fəlsəfi, qismən də təcrübi xarakter daşıyırdı. Heyzenberq bildirdi ki, elektronlarla təcrübə aparmağın özü onları dəyişdirir. Bu, öyrənə biləcəklərimizə məhdudiyyətlər qoyur. Biz elektronun ya impulsunu (kütləsi sürətinə vurulur), ya da mövqeyini bilə bilərik, lakin hər ikisini birlikdə bilməmiz mümkün deyil. Birinin ölçülməsi digərinə təsir edir. Eynşteyn (başqaları arasında) bu fikirdən dəhşətə gəldi və Heyzenberqin qeyri-müəyyənlik prinsipini təkzib etməyə çalışdı, amma bacarmadı. Eynşteyn məğlubiyyətini etiraf etdi. İndiyə qədər prinsip dəyişməz olaraq qalır: sadəcə olaraq, bizim mikroaləm haqda biliklərimizin müəyyən sərhədləri var.
Albert Eynşteyn gənc ikən bir ilini tənbəlliklə keçirdi. Əslində, insan nə vaxtsa vaxtını boş yerə itirdiyini düşünməsə, asanlıqla uğur qazana və ya istəyinə nail ola bilməz, amma gənclərin valideyinləri çox vaxt bunu unudur.
Budur, introvertlər yalnız özlərinin danışa biləcəkləri bir dili - incəsənəti yaradırlar. Onlar sənətin şah əsərlərini yaradırlar və beləcə zaman və məkan arasından söhbət edirlər. Da Vinçi Pikasso ilə, Eynşteyn Bethovenlə, Lavkraft Stiven Kinqlə, Tesle Dostoyevski ilə ünsiyyətdə olur.