Danışmaqdaydım ki, Əmir yarıyuxulu halda əliylə ağzımı bağladı.
–Keçmişdə kim olub, nə eləyib məni maraqlandırmır. Mənim üçün mühüm olan sənsən və indidən belə mənə məxsussan.
Hərəkəti cazibəli idi, amma romantik ahənginin arxasında hövsələsizlik də var idi. Bilirdim ki, o mənimlə heç yerə gedən deyil. Yerimdə donub qaldım. Tənhalıq və məyusluq hissi günü kimi Əmirlə mənim arama girdi. Bir-birimizi rahat buraxmaq üçün hələ çox günlər keçməli, hər birimiz “getmək” feilini özümüz üçün ayrılıqda təsrifləndirməliydik.