Dune
elmi-fantastika janrının əntiqə xüsusiyyətlərindən biri də, hansı ildə yazılmış olmağından asılı olmayaraq hər zaman gələcəkdə(n) yazılmış ab-havası verməyidir. 1965-ci ildə çapdan çıxmış bu əsər adıçəkilən janrın bünövrə sütunlarından sayılır. yazıçı özünəməxsus, unikal bir atmosfer yaratmağın öhdəsindən ustalıqla gəlib. barəsində çox şey yazmaq olar, çoxşaxəli, mərtəbəli romandır. nəzərə alsaq ki, 6 hissəli seriyanın ilk kitabıdır, cüzi durğun hissələri çıxmaq şərtilə xeyli oxunaqlı əsərdir. bir yerdən sonra elmi terminlərlə oxucunu boğan ağır elmi-fantastika deyil qətiyyən. müəyyən hissələrində həyəcanla vərəq çevirdiyimi xatırlayıram. 2021-ci ildə səhnələşdirilmiş filmdən yadımda qalan obrazları göz qabağına gətirərək oxuduğum üçün daha rahat oldu. elə füsunkar təsvir olunmuşdu ki, əsərdə mühim əhəmiyyət daşıyan o "melanj" ədviyyatının qoxusunu almağı çox istərdim.
diqqət çəkən maraqlı digər bir xüsusiyyət isə, yazıçının islam dinindən, ələlxüsus ərəb dilindən olduqca təsirləndiyini açıq-aşkar əks etdirməsidir. əksər obrazların və yerlərin adları birbaşa tərcüməsi ilə birgə istifadə olunub və işlənmə yerinə görə arxasında ehtiram və rəğbət hiss olunur. 20-ci əsrdə amerikalı yazıçının belə bir addım atması ecazkardır.
lakin əsəri gözümdə yaddaqalan qılan əsas məqam əvvəlindən axırına qədər su məfhumuna verilən önəm oldu. ucdan-uca qumluq və səhra diyarı planetində su kimi qiymətli və nadir cövhəri emal etmək, eləcə də qoruyub saxlamaq naminə çəkilən o qədər məşəqqət olduqca təqdirəlayiq idi, oxuyan kəsi istər-istəməz bolluğunda olduğunu israf və çirkləndirməkdən ibrətamiz nələrsə demədən çəkindirməyi bacarır. kitabı bitirdikdən sonra axan hər damcının belə dəyərini bilməyə başlayırsan.
uzun müddətə bitirməyimə baxmayaraq, dəydi, çünki hər səhifəsindən