Puan vermedi
İstənilən müharibələrdə diğər ölkələrin mənfəətləri olur həmişə və buna görə də ölkələrin siyasətində "əxlaqlı siyasət" gözləmək, səhranın ortasında qütb ayısı görmək kimidir. Azərbaycanın fələstin-israil müharibəsindəki mənfəəti də budur. Fələstini işğal etməkdə istifadə olunan texnikanın 30-40%-i Bakı nefti sayəsində hərəkət edir. Azərbaycanın İsrail-fələstin müharibəsində tərəfi birmənalı olaraq İsraili dəstəkləmək olmalıdır. Heç bir ölən fələstinli əsgər Azərbaycanın siyasi və iqtisadi mənfəətindən və uğurlu siyasətindən daha önəmli olabilməz.
Filistin - İsrail Ekseninde OrtadoğuMustafa Necati Özfatura · Divanyolu Kitapları · 20157 okunma
Puan vermedi·384 syf.··
2024 2. kitabı
Ah Fələstin! Sən illərdir nələr çəkmisən! Fələstin və İsrail xalglarını bir birinə düşmən edən hansı ideologiyadır? Hansı səbəbdən bu xalglar bir birlərinə düşmən olub? Nazilərin yəhudilərə etdikləri zülmlərin cəfasını Fələstinlilərmi çəkməlidir? Hansı daha çarəsizdir öz evlərindən, vətənlərindən didərgin olan Fələstinlilərmi yoxsa köklərinin kəsilməsini gorumağa çalışmag üçün başga məmləkəti zorla özününkü etməyə çalışan İsraillilərmi? Bütün bunlar planlıdırmı? Kimlər, hansı güvvələr tərəfindən planlanmışdır? Biri Fələstinli digəri İsrailli gənc bir birini sevə bilərlərmi? Ah! Göz yaşlarıyla oxuduğum kitab... Əhmədin zəkası, sevdiyinin mərhəməti...bu iki gücün sayəsində bir birinə govuşan iki nəfər. ____ Əhməddən öyrəndiyim şey heç vaxt vaz keçmə. Əlbət fələk üzünə güləcək.
Alıntı
Badem AğacıMichelle Cohen Corasanti · Pegasus Yayınları · 20154,653 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Dözmədim tam oxuyub bitirməyə. Lənət olsun zalım və onun şəriklərinə! Fələstin xalgının tarixindən və olunan zülm və işkəncələrdən bəhs olunur kitabda. Xüsusən qadına olunan işkəncə kitabı oxumagımı dözülməz etdi..
1000Kitap
Limon AğacıSandy Tolan · Pegasus Yayınları · 20107,9bin okunma
Ərəb Ədəbiyyatı Antologiyası
6/10
·320 syf.··
Beğendi
·
2024 35. kitabı
·
8 günde okudu
·
Okunma: 22 Ekim 2024 21:36
Ərəb Ədəbiyyatı Antologiyası Kitabda ərəb dünyasından 3 yazıçının nəsr əsərləri yer alıb. İlk ikisini üçüncüyə nisbətən daha çox bəyəndim. Ümumilikdə isə, dəyərləndirmələrim aşağıdakı kimidir: 1. Tahir Vəttar (Əlcəzair) — "Balıqçı və saray" — 8.0 2. Hani Nəqşəbəndi (Səudiyyə Ərəbistanı) — "Dubayın bir gecəsi" — 6.0 3. Qəssan Kənəfani (Fələstin) — "Gün altında adamlar" — 4.0
2024 Okuma Raporları
Ərəb Ədəbiyyatı AntologiyasıTahir Vəttar · Qafqaz Nəşriyyat Evi · 20159 okunma
10/10
·384 syf.··
2024 20. kitabı
·
11 günde okudu
·
Okunma: 01 Ağustos 2024 13:33
İndiyə kimi Fələstin - İsrail münaqişəsi və bu müharibədən əziyyət çəkən insanlar haqqında oxuduğum ən təsirli kitabdır. Oxuduqca ailə daxilində fərqi yanaşmalarda olan insanlardan hansının haqlı və ya çox haqlı hansının haqsız olduğunu qərar vermək çox çətindir, bəlkə də mümkünsüzdür. Mən həyatda sülhdən yanayam. Müharibə heç kimə xoş və ya uğurlu heç nə vəd etməyib. Ancaq sakit yaşayan insanların haqsız yerə həyatlarını itirməsi və əzab çəkməsi də doğru deyil. Əsərdə bir neçə təsirli məqamlar vardı. Badam ağacının bir ailənin yaşamında böyük rolu elə əsərin bu cür adlanmasının səbəbidir. Əhmədin fədakarlığı və onun karyerasında atasının rolu çox böyükdür. Çantasından dəftər kitab əvəzinə müharibəyə aid əşyalar çıxan uşaqlar isə müharibənin necə dəhşətli olduğunu canlandırır.
Aile
Badem AğacıMichelle Cohen Corasanti · Pegasus Yayınları · 20154,653 okunma
Badem Ağacı
10/10
·384 syf.··
Beğendi
·
2024 9. kitabı
·
5 günde okudu
·
Okunma: 15 Mart 2024 23:03
Kitabın mövzusu Fələstin və İsrail arasında olan mübarizə,bu mübarizənin ortasında qalmış siravi vətəndaşların həyatı idi. İsrail Fələstin xalqı ilə amansız rəftar edir. Onların torpaqlarını zorla zəbt edir. Belə vəziyyətdə həyatını dəyişdirmək üçün təhsilin vacib olduğunu anlayan Əhməd böyük uğurlara imza atır. Ailəsinə maddi yardım göstərir. Eyni zamanda o oxuduğu İbrani Universitetində yəhudilərin fələstinlilərə qarşı o qədər də pis davranmadığını anlayır. İlk başda aralarında problem yaşanan yəhudi bir professorla daha sonra çox yaxın dost və iş yoldaşı olurlar.Daha sonra ABŞ gedir və orada bir yəhudi qızla tanış olur. Bu qızla evlənir və öz kəndinə qayıdır. Bu qız kənddə Əhmədin evini İsraillilər buldozerə verməsin deyə özünü fəda edir. Noranın ölümündən sonra həyatın mənasız olduğunu düşünən Əhmədi Professor Şaron Ensteyindən bir sitat gətirməklə ayağa qaldırır. Daha sonra ailəsinin zoru ilə kəndindəki bir qızla—Yasəmənlə ailə həyatı qurur. Onun Yasəmənlə övladları olur. Əmədin qardaşı Əhməd yəhudi bir qızla—Nora ilə evləndi deyə evi tərk edir. İllər sonra Həmasa qoşulduğunu öyrənən Əhməd Qəzzaya gedir. Oradakı həyatla tanış olur. Ona bənzəyən və onun zəkasına oxşar qardaşı oğlu Xalidlə tanış olur. Xaliddə əmisi kimi Fizika təhsili alırdı. Amma İsrail onun Universitetini bombalayandan sonra o təhsilini yarımçıq qoymalı olur. Əhməd Xalidi Qəzzadan çıxartmaq istəyir ,amma buna nail ola bilmir. Bütün bunlara təb gətirə bilməyən Xalid intihar edir. Onun ölümündən bir həftə sonra Əhməd Nobel mükafatı qazanır. Bu tədqiqat üzərində professor Şaronla birlikdə qırx il işləmişdi.
Edebiyat & Roman
Badem AğacıMichelle Cohen Corasanti · Pegasus Yayınları · 20154,653 okunma