Yucinin hər bir yeni sevgisində səadətin mahiyyətini və cövhərini görməyə hazır olması, şübhəsiz, onun zəif cəhəti idi. Vəcdə gətirici hiss ilə alışaraq o özünə təlqin edirdi ki, onun idealı başqa bir yerdə yox, məhz burda, məhz bu misilsiz surətdə təcəssüm edir. Beləliklə Stellaya, Marqaretə, Rubiyə, Ancelaya, Kristinaya, indi isə Fridaya vurulmuşdu, lakin məhəbbətin ən valehedici hiss olmasından başqa bunlar ona heç bir şey öyrətməmişdi.