Shift + Oops
7/10
·256 syf.··
2025 2. kitabı
·
18 günde okudu
·
Okunma: 21 Mart 2025 20:18
Evakuasiya , Qaraqan -dan oxuduğum ikinci kitab oldu. Əslində, bir çoxumuzun da bildiyi kimi, Qaraqan çox sadə dildə -hətta məişət dilinə çox yaxın üslubda- yazır. Bu səbəbdən də kitabı oxuyarkən tez müddət ərzində bitirmək mümkündür, amma sizin ona ayırdığınız vaxtdan asılı olaraq bu müddət uzaya da bilər (örnək: mən). A -ya nisbətən sujet xətti daha yaxşı ələ alınmışdı məncə. (Nə vaxtsa bu kitaba da inceleme yazaram yəqinn idk) Kitabın mövzusundan bəhs edim. (TW: sarkazm, spoyler, tənqid?) Baş qəhrəmanlar: eqosundan özünü görmək mümkün olmayan, beyin əvəzinə hormonları ilə düşünən, bu yaşda hələ Baykalın nə olduğunu bilməyən 18 yaşlı Fidan və beyin cəhətdən ondan 100-120 pillə yuxarı (nəyə əsasən qərar verdiyimi sorğulamıram bcz məndə də bir az çatmır), ən azından düşünməyi bacaran, aşırı emo vibe aldığım və mənim kimi qulaqlığı qulağından düşməyən, qara papaqlı -olduğunu düşündüyüm- xaker Kənan. Kitabda əsas hadisələr bir gün məktəbdə həyəcan siqnalı çalınması ilə başlayır. Müəyyən olunur ki, bəs ölkədə fövqəladə hal təyin edilib və evakuasiya prosesi aparılmalıdır. Beləcə, müdafiə tədbiri məqsədilə hamını göy avtobuslara yığıb aparırlar metrostansiyalara. Sözün düzü, ölkəmizdə belə bir sığınacağın olub olmadığından əmin deyiləm. Bunker deyəndə sovet dövründə tikilən, indi də narkomanların ocağı olan o yer ağlıma gəlir (Ulduzda idi deyəsən bilmirəm). Ona görə hər metroya minəndə vaqonun pəncərələrindən baxırdım ki, görüm həqiqətən sığınacağa bənzəyən bir yer, qapı filan görəcəm ya yox. Çox lazımsız məlumat oldu amma hələ də mənə maraqlı olan bir mövzudur. Nəysə Bilirəm çox kinayəli bir giriş oldu, əslində, bu münasibətim də bir az müəllifin özünə qarşıdır. Elxan bəyin nisbətən eqoist biri olduğunu düşünürəm sözün açığı. Bir çox danışığında minnət hissi
2025 Okuma Raporları
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 202497 okunma
9/10
·560 syf.··
Beğendi
·
2023 25. kitabı
·
31 saatte okudu
·
Okunma: 18 Eylül 2023 22:58
İlk sual: Nathan realdır? İkinci sual: Əgər Nathan kimi biriləri real həyatda mövcuddursa “bir ehtiyac məsələsidir”. Mövzuya girişimdən də anladığınız üzrə bəli, Nathanı favladım. Nate və onun sevgisini oxumaq möhtəşəm idi. Bu dövrdə belə birini tapmağın mümkünsüzə daha yaxın olduğunu bir daha göstərdi. Anastasianı hər halıyla anlaması, nəvazişi, doğru olanı ona nə olursa olsun göstərmə cəhdləri… İkinci sevdiyim hissə isə Anastasianın bir qadın olaraq sözün əsl mənasında “güclü” ola bilməsidir. Özünü anlaması, səhvləri və düzləri ilə görə bilməsi, atacağı addıma qərar verə bilməsi və bir çox gənc qız romanlarının baş qəhrəmanları kimi zəif olmamasıdır. Hekayə yalnızca iki insan çərçifəsində getmir, onların yaxın dostları ilə olan münasibətlərini də göstərərək, real mənliklərini bizə biraz daha açır. Lakin düz bir şəkildə bir baş rolun dilindən də deyil, qismən növbəli formada Nathan Və Anastasianın dilindən nəql edilib.
2023 Okuma Raporları
IcebreakerHannah Grace · Olimpos Yayınları · 20232,489 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Sabahattin Ali - Kürk Mantolu Madonna
10/10
·176 syf.··
Beğendi
·
2023 6. kitabı
·
18 günde okudu
·
Okunma: 05 Nisan 2023 15:27
İllər sonra yenidən oxuduqda anladım ki, ilk dəfə oxuduqda heç bir şey anlamamışam. Bəlkə də əsəri vazkeçilməz edən, oxuduqca oxumaq istəyini artıran xüsusiyyətlərdən biri də budur. Bir neçə müddət sonra oxuduqda tamamilə başqa hislərə qapılacağımı bilirəm. Bitməsini istəmədiyim üçün az səhifə oxuyurdum gün ərzində. Çox səssiz, sakit bir xarakteri olan Raif efendinin, sevgisini göstərmə şəkli də eynən belədir. İncitmədən, qırmadan, dərin bir hislə sevən Raif ilə Marianın nakam eşq hekayəsi ilə tanış oluruq. Sonunu bilməyimə rəğmən, istəmsizcə yenə hüznləndim. Sonda çoxlarının, demək olar ki, hamının bildiyi, o məşhur alıntını paylaşmaq istəyirəm və hər dəfə oxuduqda qarışıq hislər keçirirəm: "Tesadüf seni önüme çıkarmasaydı, gene aynı şekilde, fakat her şeyden habersiz, yaşayıp gidecektim. Sen bana, dünyada başka türlü bir hayatın da mevcut olduğunu, benim bir de ruhum bulunduğunu öğrettin."
Edebiyat
Kürk Mantolu MadonnaSabahattin Ali · Ren Kitap · 2019376,8bin okunma
SPOİLER VAR‼️‼️‼️
10/10
·160 syf.··
Beğendi
·
2022 24. kitabı
·
7 saatte okudu
·
Okunma: 03 Mayıs 2022 23:38
İlk dəfə incələmə yazacam.Ümid edirəm fikirlərimi aydın ifadə edə bilərəm. Kitaba ilk başlayanda fikirlərim biraz fərqliydi(normal olaraq :D),İagonun yaxşı,Othellonun isə pis bir xarakterdə olduğunu düşünürdüm.Amma sonra gördüm ki,yoox mən əməlli başlı yanılmışam.. İago xarakterini yetərincə öyrənəndən sonra fərqinə vardım ki,İago kimi insanlar bizim həyatımızda da var:) Yəni, mənə şeytanı təsvir et desələr İagonu göstərərəm. Burda məni əsəbləşdirən o oldu ki,Othello kimi böyük bir insan İago kimi birinə necə inanıb və bu qədər sevdiyi xanımının başına bu qədər böyük bir fəlakət gətirib?!:( Lap başda heç “sübut” belə yox idi və o yenə də kiçik bir yalana görə Desnemonadan şüphələnmişdi. Empatiya qurmağa çalışıram bayaqdan,çünki, bu bizim də başımıza gələ bilər.Bizə də belə kiçik yalan deyilə bilər.Amma biz əgər qarşımızdaki insana güvəniriksə sübut olmadan bizim ondan şüphələnməyə haqqımız yoxdur.Və burda da Othellonun elədiyi tam bir avamlıq idi. Axırda içimin rahatlamasına səbəb olan yer isə Emilianın Othelloya gerçəkləri deməsiydi. Və Othellonun vicdan əzabı çəkməsi içimi biraz da olsa rahatlatdı. Biraz da yazsam bütün kitabı bura yazacam deyəsən:))) Hal-hazırda hələ də bu kitabın təsiri altındayam. Shakespeare’dən oxuduğum ikinci kitab oldu. Mən çoox bəyəndim.Hamının oxuması gərəkən kitabdı,məncə. Mənim incələməm bu qədərdir.Xoş oxumalar
1000Kitap
OthelloWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202426,8bin okunma
Nanəli saqqız
9/10
·134 syf.··
Beğendi
·
2022 69. kitabı
·
4 saatte okudu
·
Okunma: 02 Şubat 2022 19:21
Hekayə yazmağın roman yazmaqdan daha çətin olduğunu düşünürəm: Əgər roman yazarkən müəllifin həm hadisələri, həm obrazları daha ətraflı göstərmə, izah etmə kimi imkanları varsa, hekayədə bu imkanlar bir qədər məhdud çərçivədədir. Hekayənin yadda qalması da o qədər asan deyil, çünki qısadır; bir də görürsən ki bitdi. İndi bunu niyə yazdım - müəllifin hekayə bacarıqlarını daha rahat göstərmək üçün (Söhbət mənim görə bildiklərimdən gedir). Müəllif kiçik detalları kiçik həcmli əsərlərdə işlədərək hekayənin məğzini daha rahat göstərir. Həmçinin obrazların vasitəsilə öz düşüncələrini də paylaşır. Və sona (hekayənin) gəldikdə isə nəysə ilişib qalır. (Niyə nanəli saqqız? Çünki bu hekayələri oxumaq nanəni saqqızı çeynəməyi xatırlatdı. Soyuq, təzə bir dadı xatırlatdı.
Sıradan Bir CinayetKarel Čapek · Okuyan Us Yayınları · 201062 okunma
Balaca adamın balaca hekayəti
9/10
·72 syf.··
Beğendi
·
2021 20. kitabı
·
25 saatte okudu
·
Okunma: 30 Aralık 2021 22:34
Peterburqda skamyada oturub çərəz yeyə-yeyə qarışqa kimi qaynaşan insanları seyr edərkən Akaki Akakiyeviç kimin yadına düşüb, görəsən? Akakiyeviç də o insan kütləsinin içində qaynaşan adi bir adam idi. Adi sözünü necə başa düşürsünüz? Hamının hər gün etdiyini edən və bunu dəyişməyən? Yox, onda Akakiyeviç adi adam deyil, o hər birimizdən fərqlidir. Peşəsi sənədlərin üzünü köçürmək olan Akakinin çox sadə yaşayış stili var: işləmək, yemək yatmaq. Dövrün insanlarından fərqli olaraq əyləncələrə getmir, şampan içərək keflənmir, ya da gecəni kart stolunda keçirmir. Peşəsi də bir o qədər çətin deyil: üz köçürmək. Hətta ona başqa iş təklif edilsə də, dediyimiz kimi, Akakinin həyatı fərqli olduğundan o bundan imtina edir. Bununsa səbəbi qorxaqlıq deyil. Akakiyeviç özünü tanımış insandır; bilir ki, öz sükanını yaxşı saxlaya bilir. Sadəcə öz rahatlığını düşünür, ona artıq pul lazım olmadığından özünə əziyyət vermir. Peşəsi isə özü kimi qeyri-adi deyil: bir çox adam elə bu işlə məşğuldur, peşəsi bu olmasa belə. Əsərin hadisələri çox sadədir. Ona görə bu haqda danışmağa dəyməz. Amma Qoqolun bizə çatdırmaq istədikləri var. Və bütün tarix boyu həll edilə bilməmiş problem: Cəmiyyət. Cəmiyyət idarə edilməz qüvvədir. Onun üçün həqiqət lazım deyil, əsas öz həqiqətinə inanan çox adam olsun. O hər zaman özünü əyləndirməyə çalışır, hərdən qəddar da ola bilir. Bütün gün ədalətdən danışır, lakin ona kimisə daşlamaq üçün balaca nöqsan kifayət edir. Xeyirxahlıqdan danışır, amma kiminsə çətin vəziyyətinə sadəcə susaraq cavab verir. Hə, bunlar pis hərəkətlərdir, amma bunu ona sübut edə bilərsən? Ya da ona zidd hərəkət edə bilərsən? Mümkün deyil. O hər zaman öz həqiqətinə inanacaq. Və səni öz dairəsindən kənara atacaq. Akaki kimi. Cəmiyyəti inkar edən bu balaca adamı hər yolla lağa qoyurlar,
Edebiyat
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201846,3bin okunma