Stand by me ( 1986 )
Heç kimin məni tanımadığı bir yerə getmək istəyirəm
Nizami Gəncəvi - Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Tər axıb gül yanağından, bulud örtmüşdü ayı, Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi? Ona mən göz yetirib xəlvəti baxdım-baxdım, Ovçunun ovlağına körpə şikar gəlmiş idi. Uyuyub hər ikimiz rahət olub bir yatdıq, Bəxtimin baxçasına güllü bahar gəlmiş idi. Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?" Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi. Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni, Odlara yandı dilim, sanki şərar gəlmiş idi. "Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox Demə röyada bizə çeşmi-xumar gəlmiş idi. Nizami Gəncəvi
Şiir
Reklam
Qalxıb getmək istəyirsən, ancaq hara? Qalmaq istəyirsən, ancaq niyə? Sevinməyin üçün hər şey var, ancaq qəmliansan. Hər şeyin var, ancaq yenə də nəsə istəyirsən, nəsə çatışmır. Demək istəyirsən, bilmirsən nəyi. Ürəyin doludur, bilmirsən nə ilə. Bir çox şeyi etmək istəmirsən, ancaq lazımdır. Qəlbin sevir, ancaq bilmirsən kimi. Həqiqətdir, ancaq şübhə edirsən. Sanırsan ki, xoşbəxtsən, bəs göz yaşları niyə? Yaşayırsan, ancaq bilmirsən nə üçün. Ətrafın adamla doludur, darıxırsan yenə.
Həsrət
Həsrət nədir bilirsənmi həsrət ruhun getmək istədiyi yerə Bədənin gedə bilməməsidir... 🤍
Duygu ve Düşünce
Durum güncellemesi
İllər əvvəl oxuduğum kitabların özəl bölümü olsun, ya da olmasın normal təkrardan oxumaq olsun çox sevirəm. Fərq edirəm ki, huzur verir, rahatladır və düşündürür. Misal mən Sokak Nöbetçilerinə başlayanda il 2022 idi. Orta məktəbə gedirdim. Həyatım çox sıradan idi. Aşk deyilən şeyin nə olduğunu belə bilmirdim. Bütün aktivitəm səhər durub musiqi dinləyərək məktəbə getmək, boş dərsləri kitab oxuyaraq yola vermək, evə gəlib yenidən kitab oxumaq və yazmaq idi. Serinin digər kitablarını 2023 yavaş yavaş oxuyub bitirdim. Misal o il mən kollecə qəbul oldum, böyüdüyümü hiss etdim. Sevgi ilə tanış olub sonrasında isə onun heyranlıq olduğunu fərq etdim. Həmin il həyatımda olan çox insan indi yoxdu. Müəlliməm yoxdu, artıq yaşamır. İfi yoxdu, o evdə qalmırıq o küçə mənə artıq yaddır. V var idi mən SN final kitabını oxuyanda, artıq yoxdu. Tamam fərqli bir mən var idi yəni. Həyat dolu, gülümsəyən, yaşamı sevən, səbəblər axtaran, özündən nə olursa olsun ödün verməyən bir qız. Özəl bölümü oxuyanda, nə qədər dəyişdiyimi fərq etdim. 3 il keçib nəticədə. Mən böyüdüm. Bəzən bəzi yazıçıların imzalarında görürəm, yekə yekə qadınlar gəlir uşaqları ilə. Fakt o kitabı onlar illər əvvəl tələbə ikən oxuyublar və qatılırlar. İndi məndə elə olacam? Yəqinki :). HGOİ serisini ilk oxuduğumda V var idi. Son oxuduğumda isə onu çoxdan unutmuşdum. Kitablar hislərimi, xatirələrimi saxlayır bir nöqtədə. Saçlar anıları saklar deyirlər amma yox məncə elə deyil, mənə görə elə deyil. Mənim xatirələrim oxuyub bitirdiyim o saralmış səhifələrdə gilənib. Sevirəm sadəcə. Oxumağı, yazmağı. Misal Geridə Qalanları ilk yazanda, imkansız xəyallar qurmağı sevən biri idim. Sonuna gəldiyimdə isə əslində qurulan xəyalları imkan daxilində qurmaq gərəktiyini düşündüyüm üçün sonunu dəyişdim. Masum Ruhlar ilk yazılanda mənim
Duygu ve Düşünce
Dünyada düz yolla getmək üçün gərək axıradək özünü qurban verəsən. İnsanın məqsədi ancaq xoşbəxt olmaqdan ibarət deyil, insan dünyaya yalnız vicdanlı olmaq üçün gəlmir. O bəşəriyyət üçün böyük bir şey açmalı, nəcib olmalı, insanların əksəriyyətinin keçirdiyi bayağı həyata üstün gəlməlidir. Yaşamaq yanğısı, İrving Stoun
Alıntı
Reklam
Reklam