Puan vermedi·320 syf.··
2025 65. kitabı
Nərmin Həsənli - "Xilaskar" Bu kitabı 2025-ci ildə oxumağıma baxmayaraq, fikirlərimi paylaşmaq bu günə qismət imiş. Belə bir əsəri ərsəyə gətirdiyi üçün yazıçıya və bu kitabı mənə hədiyyə edən İlkinə təşəkkür edirəm. Kitab Ayçiçək və Əsmər adlı iki gənc qızın köhnə fikirli ata, ana və nənənin təzyiqləri altında yaşadıqları çətinliklərlə başlayır. Bu iki bacı ailədə heç bir sevgi, xoş söz və valideyn qayğısı görmədən, ancaq əsəb və stres içində böyüyürlər. Qızların fikirlərinə zərrə qədər də hörmət edilməyən, tamamilə narsisist bir ailə mühiti var. Əsasən atanın dediklərinin mütləq olması, yoldaşından qorxan ananın susması və nənənin ortalığı daha da qızışdırması ilə böyüyən bu ailədaxili münaqişələr əsərin əsas mövzusunu təşkil edir. Bacılar isə bütün bu zülmün içində sadəcə mübarizə apararaq həyatda qalmağa çalışırlar. Məncə, hər bir oxucu kitabda özündən nəsə tapa bilər. Baş obrazın keçirdiyi hisslərin bir çoxu hamımıza tanışdır. Yazıçı tək bir həyatla sanki bir neçə fərqli həyata eyni anda toxunmağı bacarıb. Bu kitab bir çox ailələrə nümunə ola bilər. Mövzu həqiqətən həssas və dərindir. Çünki 21-ci əsrdə yaşamağımıza rəğmən, gəncləri anlamayan, hər şeyin ancaq öz istədikləri kimi olmasını tələb edən bu tip köhnə fikirli ailələr hələ də var. Və təəssüf ki, real həyatda da baş obrazlarımız kimi neçə-neçə gənc belə təzyiqlərin qurbanı olur. Məhz bu reallığa görə mövzu – kitab özünə çəkir, hətta bir çox yetişkin insanda nifrət və əsəb oyadır. Yazıçı həqiqətən çox gözəl bir yerə toxunub. Kitabın ilk 60-70 səhifəsi bəlkə də mövzuya giriş olduğu üçün mənə bir az sıxıcı gəldi. Amma həmin hissədən sonra hekayə birdən-birə elə bir yüksək tempə qalxır və elə sürət alır ki, sanki partlayış baş verir. Əsər oxucunu elə ağuşuna alır ki, kitabı əlindən yerə qoya bilmirsən.
XilaskarNərmin Həsənli · Qanun Nəşriyyatı · 20248 okunma
“Bəzi sevgilər insanı yaşatmır, sadəcə içində iz buraxır.”
Puan vermedi·376 syf.··
2026 2. kitabı
Sadəcə romantik kitab deyil, insanın özünü seçməyi, susduğu şeylərlə üzləşməyi və bəzən ən çətin qərarın getmək olduğunu öyrədən çox ağır və təsirli bir hekayədir.
Duygu ve Düşünce
Bizimle Başladı Bizimle BittiColleen Hoover · Epsilon Yayınevi · 20248,4bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
8/10
·50 syf.··
2026 114. kitabı
Stefan Zweigin “Mecburiyyət” əsərini ilk dəfə oxuyanda düşündüm ki, bəs mən onun yerində olsaydım, nə edərdim? Ferdinand kimi bir rəssam, sakit kənd həyatı, onu sevən bir qadın– hər şey gözəl. Birdən əmr gəlir: “Dön geri, döyüşə qatıl”. Və mən onun bu parçalanmasını o qədər dərin hiss edirəm ki… Zweiq göstərir ki, ən təhlükəli zorakılıq fiziki deyil, psixoloji olandır. Ferdinand nə qədər “getmək istəmirəm” desə də, içindəki səs “getməlisən” deyə qışqırır. Bu səs haradan gəlir? Dövlətdən? Cəmiyyətdən? Yoxsa uşaqlıqdan bizə hopdurulmuş “vəzifə” hissindən? Mən düşünürəm ki, Zweiq bu sualın üstünü açmır – çünki cavabı hər kəs öz vicdanında tapmalıdır. Paula mənim üçün əsərin ən cəsarətli obrazıdır. O deyir: “Sən getmə, azadsan”. Onun məntiqi sadədir – əgər hər kəs “yox” desə, bu maşın dayanacaq. Amma Ferdinand Paula kimi ola bilmir. Niyə? Çünki o, iradəsinin köləsi deyil, iradəsinin özü məcburiyyətə çevrilib. Və bu, ən faciəli məqamdır: insan öz daxilindəki ziddiyyətlərdən qurtula bilməyəndə xarici düşmən axtarmağa başlayır. Ferdinandın düşməni nə ordudur, nə dövlət – onun düşməni öz qorxusudur. Sərhəddə qarşılaşdığı yaralı əsgərlər. O an mən öz-özümə sual verdim: “Həqiqətən dağılmış bədənləri görməkdən başqa heç nə insanı ayılda bilməzmi?” Bəlkə də yox. Zweiq optimistdir – finalda Ferdinand geri dönür. Lakin məncə, geri dönüş onu xilas etmir. O, ömrünün sonuna kimi “bəs getməli idim?” sualı ilə yaşayacaq. Çünki əsl məcburiyyət hökumətin əmri deyil, insanın öz beynində yaratdığı “mütləq olmalı” fikridir. Mən bilirəm ki, Zweiq özü də müharibədən qaçmışdı – İsveçrəyə, oradan da İngiltərəyə, nəhayət Braziliyaya. O, 1942-ci ildə özünə qəsd edərək “məcburiyyət”dən qaçmağın yeganə yolunun ölüm olduğunu göstərdi. Lakin bu novella 1920-ci ildə yazılıb – hələ ümidli dövr. Bəlkə
Edebiyat
MecburiyetStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202175,1bin okunma
Puan vermedi·168 syf.··
2026 19. kitabı
Oruc Amin – “Azel” Müəllifdən artıq üçüncü kitabı oxuyuram. Yazıçı daha çox nağıl tərzinə üstünlük versə də, bu kitablar sadəcə uşaqlar üçün deyil məncə. Mən deyərdim ki, kitabların hər üçündə də böyüklərin də görüb-götürəcəyi, öyrənəcəyi çox şeylər var. Hər üç kitabda da hiss etdiyim ortaq cəhət odur ki, müəllif dostluq, sədaqət və sadiqlik mövzularını çox gözəl qələmə alır. "Azel" kitabında hadisələr həşəratların dilindən danışılsa da, oxuduqca öz həyatından, öz dostlarından nəsə tapırsan. İki parabüzənin - Azel və Gülcənin arasındakı o bağlılıq, bir-birini nəyin bahasına olursa-olsun yarı yolda qoymamaları insana qəribə təsir edir. Düşünürsən ki, insanların edə bilmədiklərini həşəratlar edir. Kitabın bəzi hissələrini "Qağayı Conatan Livinqston" kitabına bənzətdim. Oradakı kimi, burada da ümidini itirməmək, xəyalların ardınca getmək və ətrafın mənfi rəylərinə qulaq asmadan öz yolunla davam etmək fikri irəli sürülmüşdü. Bu kitabı həqiqi dostluğu yaşayan, içində o hissləri layiqincə daşıyan hər kəsə tövsiyə edirəm. Çox axıcı və gülümsəyərək oxuyacağınız bir kitabdır. Yazıçıya bir daha uğurlar arzu edirəm, növbəti kitablarını da mütləq oxuyacam..
1000Kitap
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
8/10
·135 syf.··
Beğendi
·
2026 4. kitabı
Abdo Vazen - Havanın rəngini görən uşaq Kitab 13 yaşlı gözdən əlil Basimin həyatından bəhs edir. Basim görə biləməyi ubatından adi məktəbə gedə bilmir. Odur ki on üç yaşında Beyrutda yerləşən Gözdən Əlillər İnstitutuna getmək üçün kəndini tərk edir. Orada o, Brayl əlifbasını öyrənir və özündə bilmədiyi istedadları kəşf edir. Kompyuterdə yazmağı öyrənir. Kitabxanaçı qıza kitabları Brayl əlifbasında yazmağa kömək edir.Özündən balaca siniflərə ərəb dili dərsi keçir. Basim oxumaq və yazmaq bacarığını inkişaf etdirmək üçün hər gün səylə çalışır. Çox arzu edir , çox çalışır. Ailəsi üçün darıxır. Əmisiqızı Zeynəb üçün çox darıxır.Uşaq vaxtından ona kitablar oxuyan Zeynəb ilə Basim yaşıddır.Basim onu uşaqlıqdan sevir. Zeynəb mərhəmətli, çalışqan qızdır. Yazar əsərin sonunda Basimlə Zeynəbin sonluğunu oxucu təxəyyülünə buraxır.”Bir gün gələcək Zeynəbin gözləri mənim gözlərim olacaq..Bir gün gələcək hamı onu sevdiyimi öyrənəcəkdir…” Basim özünə məktəbə gələndə uğur qazanacağına, çalışacağına söz verir. Çox çalışır və istədiyi nailiyyəti əldə edir. Nəhayət Basim Təhsil Nazirliyinin keçirdiyi müsabiqəyə qatılır. Yarışda Basimi digər iştirakçılardan fərqləndirən əsas cəhət görmə qabiliyyətinin olmaması olur. Lakin bu fiziki məhdudiyyətinə rəğmən, o, birinci yerə çıxır. Bundan sonra Basim təhsil aldığı instituta işə qəbul edilir. Əsəri oxuduqca nə qədər şeylərin bizim üçün çox adi olduğunu gördüm.Gözdən əlil uşağın “Hava nə rəngdədir?”- sualı məni düşündürdü.Görəsən heç görməyən birinə havanın rəngini izah edə bilərəmmi? Əlimizdə olanlar, bizə verilənlər üçün şükür etdim. 2012-ci ildə bu əsər uşaq ədəbiyyatı üzrə Şeyx Zayed kitab mükafatının qalibi olub. Qədim Qala nəşriyyatı P.S. Kitabla qalın,Ümidinizi itirməyin, Allah sizi bir yola çıxarıbsa o yolun sonunu özü
Havanın Rəngini Görən UşaqAbdo Wazen · Qədim Qala · 2024105 okunma
Puan vermedi·152 syf.··
2026 13. kitabı
İmran Əliyev - “Nemesis” Baş obraz Yason – qəliz və dərin mövzular yazan, həddindən artıq fikirlər arasında qalan, durmadan öz-özünə ritorik suallar verən bir yazıçıdır. Gah bu fikirdə, gah da o fikirdə, yəni daim tərəddüd içindədir. Yazdıqları arasında isə “Tanrı olsa nə edərdi, nə yaradardı?” kimi düşüncələri kitaba ayrı bir maraq qatır. Kitab ümumilikdə axıcıdır və məncə bunun əsas səbəbi də içindəki suallardır. Bu maraqlı, qəliz və dərin suallar oxucunu düşünməyə vadar, kitabı isə daha cəlbedici edir. Elm, Tanrı və yaratdıqları, yaradılış, insan və təfəkkürü, tarix kimi mövzularla bağlı suallar kitabın axıcılığını artırır və oxuduqca davam etmək istəyirsən. Kitabda yazılan fikirlərin çoxu ilə razı idim, bəzi sualları mən də öz-özümə vermişəm. Amma elə suallar da var ki, cavabını düşündükcə yeni suallar ortaya çıxır. Ona görə bəzən çox da dərinə getməmək daha yaxşıdır deyə düşünürəm. Kitabda da deyildiyi kimi, “anlamaq bir xəstəlikdir” - yəni hər şeyi anlamağa çalışmaq lazım deyil. Çünki bəzi cavabların arxasınca çox getmək insanı psixoloji olaraq yorar, məncə. Yazıçının düşüncələrini – kitabdakı fikirləri bəyəndim. Amma sujet xətti mənə çatmadı, hadisələr arasında əlaqəni qura bilmədim, bəzi səhnələri gözümün önündə canlandıra bilmədim, bir sözlə nə baş verdiyini tam anlamadım. Və bu problemin daha çox məndən qaynaqlandığını düşünürəm. Çünki oxuyanların əksəriyyəti bu kitabı bəyənib, hətta mən də oxumazdan əvvəl böyük maraq göstərmişdim. Lakin gözlədiyim kimi olmadı. Kitabın təxminən 70-ci səhifəsinə qədər ümumiyyətlə çox şeyi anlamadım. Fəlsəfi tərəfi, verilən ritorik suallar maraqlı idi və onları bəyənirdim, amma hekayə baxımından qopmalar yaşayırdım. Hadisələrin məğzini tuta bilmirdim. 70-ci səhifədən sonra bir az maraq artdı, kitab sanki daha cəlbedici
1000Kitap
Nemesisİmran Əliyev · Çardaq Nəşriyyatı · 202516 okunma