Hə, əlbəttə, o gözəl qızdır, amma sənə uşaq kimi yanaşan bir qız üçün əldən-ayaqdan getmək olmaz. Sənin öz anan var.
Sayfa 45 - Qanun nəşriyyatı·Kitabı okuyor
- Səmtsizlik effekti nədir elə? - Adından da məlum olur - sürünün əksinə getmək, əksər insanların bacarmadığı işləri görmək, heç kəsin cürət etmədiyi qayalara dırmaşmaq... Hamı sağa baxdığı halda, sən sola baxırsan, hamı sürünün qarşısında gedən keçiyə baxdığı zaman sən çobanın hərəkətlərini izləyirsən. Bax bu, səmtsizlik effektidir.
Sayfa 119 - Qədim Qala·Kitabı okudu
Kitap Alıntısı
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Qalxıb getmək istəyirsən, ancaq hara? Qalmaq istəyirsən, ancaq niyə? Sevinməyin üçün hər şey var, ancaq qəmlənirsən. Hər şeyin var, ancaq yenə də nəsə istəyirsən, nəsə çatışmır. Demək istəyirsən, bilmirsən nəyi. Ürəyin doludur, bilmirsən nə ilə. Bir çox şeyi etmək istəmirsən, ancaq lazımdır. Qəlbin sevir, ancaq bilmirsən kimi. Həqiqətdir, ancaq şəkk edirsən. Sanırsan ki, xoşbəxtsən, Bəs göz yaşları niyə? Yaşayırsan, ancaq bilmirsən nə üçün. Ətrafın adamla doludur, darıxırsan yenə.
Sayfa 268·Kitabı okudu
Yox, atam ölməyib, amma bizimlə yaşamır. O, əvvəlki həyatından canını qurtarıb azad olmuşdu. Uzun illər boyu arxadan atquyruğu formasında yığılmış saçı açmaq nə qədər asandırsa, atam üçün də evdən getmək elə asan oldu.
Sayfa 11
Ruhun gözəlliyinə çatmaq, onu görə bilmək uzaq bir mərtəbədir.Ruhu görəndən sonra Allahın yolunda getmək lazımdır ki, onu gözlə göre biləsən. "Bu həyatda və dünyada ikən görər” demirem. Dünyadakı cövhərlərin pərdəsi varsa, har cövhərin də bir işığı var ki, çölə vurur. Ağıllı insanlar çölə vuran bu işığı görürlər. Ancaq insanı təəcübləndirən ovuclarının içində va qarşılarındakı bu işığı görməyənlərdir.
"Neçə illər onun içini yandıran, cəhənnəm oduna yaxan sevgisi sonunda yanıb-yanıb kül olmuş, əsən bir dəli külək də o külü sovurub aparmışdı. Heç izi də qalmamışdı. İndi içində böyük bir boşluq vardı. Getmək istəyirdi. Uzaqlara. Harasa çox uzaqlara. Bəlkə oralarda bir yerde içindəki boşluğu doldura bildi.
Sayfa 113