Gönderi

Əsər avtoritar rejimlərin xalqı necə əsarətdə saxlamasının təməl prinsiplərini göstərir.  Keçmişlə qorxutma: Hər dəfə Napoleonun (avtoritarizmin) xeyrinə bir qərar verilərkən heyvanlar buna etiraz edərsə Çığırğan onları Consun geri qayıda biləcəyi ilə qorxudurdu. Heyvanlar isə məcburən susurdu. Keçmişlə müqayisə etmə: Heyvanlar əksinə indi daha çox işlədikləri, ac olduqları haqqında şikayətlənərkən Çığırğan Consun dövrü ilə müqayisə edir. Onda daha çox işlədikləri, az yedikləri haqda çoxlu statistik rəqəmlər deyirdi. Heyvanlar isə buna inanırdı. Bizdə də bir şey olan kimi 92-93 illərlə müqayisə edirlər. Xarici düşmən obrazının yaradılması: Qonşu Picnfild və Foksvud fermaları Heyvanıstanın ümummilli düşmənləri idi. Bizdə də taa ağlımız kəsəndən dörd tərəfimizin düşmən olduğu söhbətləri beynimizə yeridilir. SSRİ dövründə bu düşmən abstrakt qərb idi. Əvəzolunmaz Lider fiqurunun formalaşdırılması: Heyvanıstanı Napoleonun azadlığa çıxardığına, əgər o olmasa dövlətin dağılacağı, insanların fermanı yenidən işğal edəcəyinə bütün heyvanlar səmimi qəlbdən inanırdılar.
·
43 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.