Həqiqətən, Mükəmməl!
10/10
·160 syf.··
2021 36. kitabı
·
34 saatte okudu
·
Okunma: 05 Eylül 2021 20:54
Bu günə qədər oxuduğum ən mükəmməl kitab deyim mi? Deyə bilmərəm, çünki bu günə kimi 50+ kitab oxumuşam və onların arasında heç mükəmməl dediyim kitab olmayıbmı? Məsələn, ‘Fyodor Dostoyevski - Yeraltından Notlar’ kitabını oxuduqdan sonra da möhtəşəm olduğunu demişdim, kitabda özümü tapmışdım. Hisslər (əslində, bayaqdan bəri buraya ‘hisslər’, yoxsa ‘emosiyalar’ yazmaqda qərarsızam, fərqli olsalar da, oxşar cəhətləri də var, psixoloji biliyim o qədər yaxşı deyil) qalıcı deyil, keçicidir, bir müddət əvvəl bizdə baş verən hisslər bu gün yox ola bilər, ya da fərqli formaya keçə bilər. ‘Yeraltından Notlar’ kitabını oxuduğum zamankı hisslərimlə indiki hisslərim, sözsüz ki, eyni deyil, amma yenə də o kitabın mükəmməl olduğunu bilirəm. Bunları niyə dedim? Çünki əgər indi oxuduğum bu kitaba “bu günə kimi oxuduğum ən möhtəşəm kitab idi”, desəm (və hətta, həqiqətən, bu günə kimi oxuduğum ən möhtəşəm kitab belə olsa), digər oxuyub möhtəşəm dediyim kitabları (‘Yeraltından Notlar’) düzgün qiymətləndirmədiyimi düşünərəm. Belə bir şey yəni, bir az qarışıq oldu. İndi incələməsini yazdığım bu kitaba gəldikdə isə, həqiqətən möhtəşəm idi və həmişə də belə olacaq. Yusuf Atılgan - bu yazıçının adını ilk dəfə ‘KafkaOkur - Sayı 41 (Temmuz 2019)’ dərgisində görmüşdüm, ‘Anayurt Oteli’ kitabı barədə məlumat verilirdi, hətta bu, mənim üçün spoiler də olmuşdu. Və yanvar ayından bəri bu yazıçının kitablarını oxumaq istəyirdim, nəhayət, bununla başladım və artıq bitdi. Sabahattin Ali, Oğuz Atay və bu kimi Türkiyə və Azərbaycanda ən çox tanınmış türk yazıçıları var, kitab oxumayanların bir çoxu belə bu yazıçıların adını bilər. Sözsüz, kitabları (Oğuz Atay oxumasam, belə, bunu təxmin etmək çətin deyil) da həqiqətən, gördüyü dəyərə layiqdir. Ancaq bu yazıçının adını heç bir yerdə eşitməmişdim, deməli, adını çəkdiyim digər yazıçılar kimi tanınmış deyil, bu ya kitablarının yaxşı olmamasından, ya da kitablarının yaxşı dəyər görməməsindən qaynaqlana bilər, amma dəqiq danışmağı da sevmirəm, bəlkə də, heç maraqlanmadığım üçün bu yazıçı heç qarşıma çıxmamışdı (hərçənd, tanıdıqdan sonra da burada onun kitabları ilə bağlı alıntılarla çox qarşılaşmamışam və ya başqa bir yerdə). Ancaq yenə dediyim kimi, bu kitabı möhtəşəm idi. Ancaq həm də bir az sevinirəm, çünki heç deyilsə, bu yazıçının adı, kitabları və alıntıları çox paylaşılmır, çox təəsüf olsun ki, bir çox şeydə bayağılıq çoxalıb. Bunları yuxarıdakı yazarlara aid etmirəm, çünki layiq olduğu dəyəri görüblər və bu əladır, amma o qədər alıntılarını görürəm ki, istər-istəməz insan bayağı olduğunu düşünür, hətta o dərəcədir ki, ‘Oğuz Atay - Tutunamayanlar’ kitabında mövcud olmayan alıntılar paylaşılır, hər şeyi bayağılaşdırmalıdırlar da (Bu yazdıqlarım tənqid etmək, ya da hər hansı şəkildə qarşılansın, istəmirəm, sadəcə həqiqətlər bunlardır). Və mən bu yazıçının (Yusuf Atılgan) günümüz “bayağı”lığından uzaq qalmasına çox sevinirəm. Bu yazıçını daha çox sevməyimə səbəblərdəm biri də budur. Kitabın mövzusuna gəldikdə isə, ilk səhifələri oxuyanda artıq o “fərqlilik” nəzərə çarpır, ilk başlarda hər şey bir-birinə qarışıb, kitabın mövzusunu tam olaraq anlamırsınız - mən kitabı oxumağı dayandırmaq istəyirdim, amma gəlib buradakı incələmələri oxuyub, rahatladım (digərlərinin də kitabdakı hadisələri ilk başda yaxşı anlamadığını anladım) və davam etdim. Sonra hadisələr yavaş-yavaş aydınlaşırdı. Kitabın son 40 səhifəsi, həqiqətən, təsirləndirdi və baş obraz “C.”də bir mövzu ilə bağlı özümü tapdım. Kitab mövzusu ilə bağlı həm fikrimi ifadə edə bilmirəm, həm də bu barədə danışmağım da mənasız olar, zatən kitabı oxuyanlar mövzusunu bilir, oxumayanlara da spoiler olar. Yazıçının bundan sonra ‘Anayurt Oteli’ kitabı (yuxarıda bəhs etmişdim) var, tezliklə bunu da oxuyacağam, digər kitabları isə hekayələrindən ibarətdir. Amma öncə Oğuz Aktürk'ün bu kitabı oxuduqdan sonra oxunulmasını tövsiyə etdiyi bir neçə məqalə var ki, onları da oxuyacağam, yazarı və kitabı daha dərin mənası ilə anlamaq üçün. Oxumayanlara mütləq oxumalarını tövsiyə edirəm.
Edebiyat
Aylak AdamYusuf Atılgan · Yapı Kredi Yayınları · 201771,1bin okunma
··
1.586 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Xoş mütaliələr! Sadaladığınız müəlliflərdən Azərbaycan dilinə Sabahattin Ali tərcümə edilib, sadəcə. Oğuz Atay belə, hələ də, tərcümə edilməyib (düşünürəm ki, tərcüməsi gözəl olmayacaq. Kitabın mənası itəcək, xüsusən də, Qanun nəşriyyatı tərcümə edərsə 😅). Yusuf Atılganın bu kitabı isə "Sərgərdan" adı ilə TEAS PRESS nəşriyyatı tərəfindən tərcümə edilib 😅. Çox az bilinən, amma hər insanın da oxuyub anlaya bilməyəcəyi tərzdə yazan bir müəllifdir. Bəyəndiyinizə sevindim 😊.
Nurlan
Gönderi Sahibi
Təşəkkür edirəm! 😊 Hə, Oğuz Atay kitabının tərcümə edildiyini eşitmişəm, məncə də, uğursuz bir tərcümə alınacaq. Ümumiyyətlə, tərcüməçi, ədəbi dili filan anlamalıdır, məsələn, fəlsəfəni anlamayan birinə fəlsəfə kitabları tərcümə etdirilərsə, məncə, uğursuz bir tərcümə olar. Bu kitabın da tərcümə edildiyini bilirdim, amma türk yazıçların kitablarını elə öz dilində oxumaq yaxşıdır. Diqqətinizə görə təşəkkür edirəm. 😊
Bir neçə gün öncə endirimdə gördüyümçün sifariş verdim. Nəsə qarışıq bir kitaba bənzəyir deyə əslində o qədər də cəlb etmirdi. Lakin incələmənizdən sonra bir həvəs, sevgi gəldi kitaba qarşı😅Kitab haqqında məlumat vermədən öz hisslərinizi bölüşmüsüz tam səmimi şəkildə, buda çox xoş birşey. Ümid edirəm məndə sevəcəm kitabı:)
Nurlan
Gönderi Sahibi
Sifariş etməklə yaxşı etmisiniz, incələmənin sizdə kitaba qarşı həvəs yaratması sevindirdi, təşəkkür edirəm. 🙂 Mən də ümid edirəm ki, kitabı sevərsiniz.
Möhtəşəm
Nurlan
Gönderi Sahibi
Təşəkkür edirəm. 🙂