Mən bu dəqiqə kürəyindən dost xəncəri yemiş bir insan kimiyəm. Azərbaycanlının öz dilindən bu kəlimələri eşitmək. Biz kimə, nəyi sübut edəcəyik ki, körpəsi vəhşicəsinə qətlə yetirilimiş xalqın övladı qatilə haqq qazandırı. Biz kimə nəyi sübut edəcəyik ki, illərlə əsirlijdə işgəncələr çəkmiş xalqın övladı zalıma haqq qazandırır. Biz haqq savaşımızın sevincini qursağımızdan necə keçirdəcəyik ki, mənim anam 44 gün övladının müharibədən sağ gəlməsi üçün dua edib, məğrur baxışlarla "Mənim oğlum Vətənim üçün vuruşur" deyərək yol gözləyərkən, o vətənin övladı bu savaşı qəbul etmirmiş. Biz kimə deyəcəyik ki, bizim qazilərimizin gözünü, əlini, ayağını fəda etdiyi torpağın övladı bu vətəni "quru torpaq" adlandırır.
Siz mənə böyük zərbə vurdunuz Cəbrayıl bəy.
Haqq savaşında müxalifəti iqtidarı ilə birləşmiş bi ölkənin vətəndaşı bu fikirdə olmamalıydı.