Gönderi

330 syf.
·
Puan vermedi
·
5 günde okudu
Ömer Zülfü Livaneli. Yazıçı ilə ilk tanışlığımız Huzursuzlukla başladı, Kardeşimin hikayesiyle davam etdi ve Engereyin gözü ilə də davam edir, zənnimcə ardı da gələcək. Çünki çox bəyənərək oxudum, Huzursuzluk ilə mənə aşıladığı fikirlərdən sonra Livaneli haqqında bir təsəvvür yaratmışdım özümdə, amma Kardeşimin hikayesi ilə bu təsəvvür dağıldı və digər əsəri ilə də özünə olan marağımı artırdı deyə bilərəm. Və hətta fərqliliyi, müxtəlifliyi, axıcılığı, bir nəfəsdə kitabı əlinizdən düşürmədən bitirmək istəyi, daha nələr yaşayacağıq deyə maraqla digər əsərlərini oxumaq istəyi məndə yazıçıya qarşı heyranlıq yaratdı deyə bilərəm. Birdə tarixdən, digər yazarlardan fikirlər qeyd etməsi, əsərin dadına dad qatır deyə bilərəm. Huzursuzluğun digər incələmələrinə göz atdığım zaman yazıçının tənqid olunduğu da, hər kəs tərəfindən sevilmədiyini də gördüm , amma mən bu fikirlərə qatılmıram. Dosteyevski, Xalid Hüseyni və bir sıra yazarlar da daxil olmaqla digər əsərlərini də oxumaq istəyi yaratdığı üçün, məncə kifayət qədər istedadlı və tərifəlayiq bir yazıçıdır. Əsər haqqında isə həyəcanla olub bitən nə varsa hamısını danışmaq istəyirəm, amma özümü saxlayıram, çünki spoilər veribdə marağınızı qaçırmaq istəmərəm. Sadəcə onu deyə bilərəm ki, bir film izlər kimi nəfəsinizi tutaraq oxuyacaqsınız.İnsan analizləri, dünyaya və eşqə baxış, faili məchul bir cinayət, qəhrəmanın xəstəliyi, keçirdiyi əzablar və acılı da olsa sürpriz bir son. Mənə görə çox təsirli və axıcı əsərdir, mütləq oxuyun. Xoş mütaliələr...
Kardeşimin Hikayesi
Kardeşimin HikayesiZülfü Livaneli · Doğan Kitap · 2019106,4bin okunma
··
470 görüntüleme
Kitabsever okurunun profil resmi
Livanelidə tək sevmədiyim bir şey var. Ondan başqa dili axıcı, əsərləri maraqlıdır. Mutluluk incələməmdə bu haqda yazmışam. Təkrar yazmaq istəmirəm. İncələmən üçün əllərinə sağlıq nazlım 💙
nazli huseynzade okurunun profil resmi
🤗Çox sağol canım bacım.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.