Gönderi

Bizim zamanın mürəkkəbliyi ondadır ki, ideallar, yeni gözəl ümidlər yaranan kimi onlar amansız gerçəklik tərəfindən məhv edilir. Təəccüblüdür ki, buna baxmayaraq, mənim hələ də absurd və icrası mümkünsüz görünən hansısa gözləntilərim var. Ancaq heç nəyə baxmayaraq, mən onlardan əlimi üzmürəm. Çünki əvvəlki kimi hələ də insanların xeyirxahlığına inanıram. Mən öz həyatımı ümidsizlik, dərd və xaos üzərindən qura bilmərəm. Mən dünyanın necə tədricən səhraya çevrildiyini görürəm və ölüm gətirən gurultunun yaxınlaşdığını da eşidirəm, mən milyonlarla insanın əzabını hiss edirəm. Yenə də, buna baxmayaraq, səmaya baxanda içim yenidən yaxşının qələbə çalacağı, qəddarlığın yox olacağı və sülhün bərqərar olacağı inamıyla dolur. Hələliksə öz ideallarımdan əl çəkməyəcəyəm: axı onların həyata keçməsini mümkün edən bir zaman gələ bilər!
·
70 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.