Gönderi

Bu ölümcül zərbə almış adamda nə qədər möhkəm mətanət, nə qədər qeyri-adi bir dözüm vardı, gözlərini dörd yandan ona sarı maraqla zilləmiş, indi isə dəhşətdən, həyadan, həyəcandan ona baxmayan bu adamlardan öz müsibətini gizlətməyə çalışırdı. O, son gücünü toplayıb, heç kimə baxmadan qiraət salonuna keçdi ki, işığı keçirsin; sonra biz onun kök, ağır gövdəsinin guppultu ilə kresloya necə düşdüyünü və az sonra onun ucadan, ümidsiz hıçqırıqlarla necə ağladığını eşitdik, belə ağlamaq yalnız ömründə heç vaxt ağlamamış şəxslərdə ola bilər.
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.