Qoymur ürəyim ki, çəkilə göz dodağından
Bəlkə, Çıxa bir kəlmə şirin söz dodağndan.
Mey içdiyin o boş qədəhi saqidən aldım
Bəlkə, o qədəhdə qala bir iz dodağından.
Kaş ki, Çıxa məndən, küləyə çevrilə ruhum
Axşam yanağından öpə, gündüz dodağından.
Süzgün baxışında "sevirəm"'sözünü gördüm,
Amma ürək istər eşidə öz dodağından.
Fəhmi, nə qədər solmayıb ol nazlı pərinin
Cəhd eylə təbəssüm çiçəyin üz dodağından.