Eşqdən ki ürəyimdə bu qədər yarə qalıb,
Kimsə dərman edə bilməz, ümidim yarə qalıb.
Həm vüsal istəyirəm, həm də ki hicran qəmini,
İki xülya arasında könül avarə qalıb.
Səni görcək özünü öylə itirmiş könlüm,
Neçə vaxtdır ki, özün axtara-axtarǝ qalıb.
Çəkcəyin qəm bıçağın üstümə hicran, gördüm
Ürəyim yoxdu, yerində neçə yüz parə qalıb.
Qalmadı kimsəyə borcum bu cahanda, ey dil,
Bircə can borcu qalıb ki, o da dildarə qalıb.
Paylananda hamıya bəxt, mənim bəxtimdən
Çatdı növbəm, dedilər - ağ qurtarıb, qarə qalıb?
Fəhminin fikrü-xəyalı yenə göylərdə gəzir,
Ev-eşik dərdini çəkmək isə İlqarə qalıb.