"Mən gözəllikdən başqa, bir şey görmədim". Xanım Zeynəb "gözəllik" deyən zaman zillət qarşısında susmamaq, zalım şəxslərə qarşı vuruşmaq, haqqı yaşatmaq və sonunda da bu yüksək ideyalar uğrunda hər şeydən keçmək kimi, yüksək insani hədəf və xüsusiyyətləri nəzərdə tutmuşdur.
Nə hücum, nə qorxu, nə güc, nə hədə,
Nə ölüm çeçenin beyninə batdı.
Şəhəri min yerdən zədələsə də,
Namusu, qeyrəti sağ-salamatdı.
Şimşək baxışında, qəzəb gözündə,
Şəri öz qanında boğdu bu millət.
Təzədən doğuldu bu yer üzündə,
Şamili təzədən doğdu bu millət.
Hər oğul bu xalqın igidi, əri,
Andı boş-boşuna içən görmədim.
Qeyrət silahıdı, məslək səngəri,
Silahsız, papaqsız çeçen görmədim
"Sən məndən dəfələrlə soruşurdun ki, məni qorxutmusanmı?
Amma mən səni heç vaxt qorxunc şəkildə görmədim, bir an olsun belə.
Əksinə,hiss edirdim ki,əslində daha çox incən sənsən,məndən də daha çox.
Bunu hiss etməmək mümkün deyildi.
Sən məndən daha ağıllı, daha böyük və daha güclü idin.
Amma nədənsə mən həmişə səni qorumaq istəyirdim.
Düşünürdüm,axı səni nədən qorumağa çalışırdım?
Taleyindən.
Səni yavaş-yavaş aparan məndən uzaq salan o taledən.
Sən tək deyilsən. Mən həmişə sənin yanındayam.
Ruhum hər zaman səninlədir.
"O gündən sonra bir daha Mehmanı görmədim. Yox, görmədim demək düzgün çıxmaz. Mehmanın özünü gördüm, amma mənə aid olan Mehmanı bir daha heç vaxt görə bilmədim".