Pars Kalkavan kalp kıran değil
8/10
·512 syf.··
2026 5. kitabı
·
13 günde okudu
·
Okunma: 31 Mayıs 2026 00:00
Məncə Pars Kalkavan heç vaxt bir kalp kıran olmadı. Seri boyunca bunu heç görmədim, tamam az çox yerlərdə incitdiyi oldu ama o bir kalp kıran deyildi. Və ikinci kitab ilkinə görə o qədərdə bayıldığım olmadı. Ama İremin öldüyü yerdə çoox pis oldum. Livanında dediyi kimi, Çiçek ol İrem. Vernem Nidahen Beyza Aksoy
1000Kitap
Vernem NidahenBeyza Aksoy · Epsilon Yayınevi · 20212,188 okunma
4/10
·250 syf.·
2025 38. kitabı
Bərbad tərcümə edilib. Üstəlik müəllif sanki yazdıqlarına güvənmir. Davamlı vəd verir. Amma o vədlərin çox da qarşılığını görmədim. Ona görə də tövsiyə etmirəm.
Seçimler
EmpatiChristopher Rothchester · Storytel Sesli Kitaplar · 20255 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·143 syf.··
2025 8. kitabı
Kitabı bir neçə həftə olar oxuyub bitirmişdim, sadəcə burada qeyd etməyə vaxtım yox idi. Oxuyanda həqiqətən bir yerdən sonra çox bezmişdim ki, okay ayrılıqdan danışırsan amma təkrar-təkrar eyni hissin təsirini oxumaq yorur. Bəlkə də indi oxusam daha mənalı gələr, amma oxumağa dəyər bir kitab kimi görmədim. Hər nə qədər içindəki cümlələrdən çox paylaşsam da ümumən o deyil
Ayrılıq Ölümdən BetərdirNiyaməddin öz · Çardaq Neşriyyat · 202516 okunma
Puan vermedi·72 syf.··
Beğendi
·
2025 5. kitabı
Bacımın aldığı kitablara beleş qonmağımın kim bilir neçənci günü.Gözəlmiş.Nə yazıçını tanıyırdım nə də bu əsər haqqında əvvəlcədən məlumatım var idi.Rezidentura bekarçılığından oxuyub bitirdiyim bu kitab məni çox qəribə hiss etdirdi nə yalan deyim.Sanki doktor infarkt keçirib onun ruhuymuş kimi ortalıqda gəzdim bütün gün.bu günüm onsuzda qəribə keçdi üstünə də bu kitab qəribəliyi ilə başımı döndürdü,insanların yanından keçəndə sizə tarif edə bilməyəcəyim hiss keçirirdim,qəribə bir vahimə bürümüşdü,amma soyuqdəymədən də ola biıər,boğazım qıcıqlanırdı,ya da içdiyim americano da kortizolumu artırmış ola bilər. İncələmə desəm kitabı anladım amma sizə anlat desələr bacarmayacam,indiyə qədər oxuduğu kitabların 80 faizi malign tibb kitabları olan birindən nə fəlsəfə analizi gözləyirsiniz bilmirəm,halbuki nəsə oxumuşam da,stoanı zad nənəm də bilər Stoacılığı bu qədər haqlı bir şəkildə gömən birini görmədim,İvan həqiqətən kralın dibi.İvanın drdiyini gen z tipində anlatsaq bunu deyir:dədən rayonda qoyun quzu satıb bakıya gəlib,sən də qlamurka həyat tərzi keçirib yağ bal içində yaşadıblar,tak şto yaşayırsan da starbucksı dı cressenti di vəs.gəlirsən mənə fəlsəfə edirsən ki hə nolsun sənin travman var,çətinliklərdən keçmişən,o boyda uni oxuyub axırda obada işləyirsən,nolsun avtobus 60 qəpik oldu BOŞ VER KNK.-bu qədər sadə.Mən həyatımda bu qədər fuckass empatiya yoxsunluğu daşıyan bir fəlsəfə görmədim. Bu doktor da artıq arvada qıza doyub uje sıxılır,ivanın dedikləri də ağlına batır ki həə,biraz axirət fikirləşək uje yaş da keçib,pensiyamı da vermirlər,biraz summertime sadness yaşayaq,başlayırlar bu ivanla harley quinn joker ilişkisi yaşamağa,bu da dəli olur,salırlar dəlixanaya.ardını sabah yazaram səhər tez duracam,burdakı fəlsəfəçi poser qaqalar kimi unemployed deyiləm
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202687,4bin okunma
Bir unutmaqlıq sevgi, ya bir sevgilik həyat
8/10
·502 syf.·
2025 44. kitabı
Normalda oxuduğum kitabları xatırlasam da, Orhan Pamuk'un ilk oxuduğum əsəri "Kırmızı saçlı kadın"ı demək olar, unutmuşam. Ona görə də, bu əsər Pamukla yenidən tanışlıq əsəri kimi oldu. Həmçinin, uzun müddətdir üz qabığı, adı ilə diqqətimi çəkirdi. Obsessiya mövzusunda 500 səhifəlik bir kitab oxumağı gözləmirdim, nə yalan deyim. Pamukun ədəbi dilini çox bəyənirəm; oxucu oxumaqdan zövq alır. Əsərin mövzusu və süjeti maraqlı olsa da, obrazların heç biriylə yaxınlıq qura bilmədim. Kemal əsl narsist, unudulmağı özünə yedirə bilməyən, vaxtında düzgün seçim etmədiyi üçün bütün həyatını məhv edən birisidir. Kemalin problemi, həmçinin acgözlü olmasında idi. Hər şeyi eyni anda istəyirdi Kemal. Həm düzgün, cəmiyyətin qəbul etdiyi bir qadınla evlilik, həm də sevdiyi qadınla yaşadığı ikinci həyat. Fikir verirsiniz ki, yenə də mərkəzdə özünü qoyub? Qadınların heç birinin duyğuları, ləyaqəti barədə fikirləşmir belə? Bəlkə də, o dövr kişisi üçün bu, normal bir vəziyyət idi - belə də olmalıymış kimi davranırdı. Hətta Kemalin atası da anasına olan xəyanətini açıb oğluna bildirir və oğlu da onun tale yolundan keçir. Füsun bir qadın kimi çox sadə, bir insan kimi olduqca kompleks personajdır. Bir qadının sevgidə edə biləcəklərinin sonsuzluğunu (müəyyən qədər ağılsızlığını) göstərir deyə düşünürəm. Cinsi yetkinliyə qədəm qoyan kimi bunu yaşadığı insana aşiq olması onun həmin dövrdəki uşaqlığını, məsumluğunu göstərir. Çünki bu cür davamlı yaxınlıqdan sonra o yaşdaki, təcrübəsiz bir qadının heç nə hiss etməməsi mümkün deyildi. Mənə maraqlı olan, Kemali tərk etdikdən sonrakı 8 ildəki hərəkətləridir. Kemalden sonra "ləkələnən" (bu ifadədən kitabın kontekstinə uyğun olduğu üçün istifadə edirəm) Füsun, onu bu vəziyyətdi "qəbul edəcək" (sanki cüzamlıdır), onu uzun müddətdir uzaqdan sevən
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202460,5bin okunma
Puan vermedi·99 syf.··
2025 21. kitabı
Kitab əslində maraqlı idi, amma daha əvvəllər ermənilərin işgəncələri barəsində oxumuş olduğum üçün əslində kitabda qeyri adi bir şey görmədim. Kitabın daha böyük bir problemi hissləri yetəri qədər oxucuya ötürə bilməməsidir. Bir neçə cümlə istifadə edərək daha yaxşı izah oluna biləcək hadisələr çox qısaldılıb. Bir cümlədən o biri cümləyə yeni bir hadisə baş verir və sən nə baş verdiyini, nə qədər sürətlə baş verdiyini anlamağa çalışırsan. Kitabın daha uzun olmasını və daha çox bədii təsvir vasitələrindən istifadə olunaraq yazılmasını istərdim. Kitabı hiss etmək istərdim yəni. Kitab çox sürətlə irəlilədiyi üçün hekayənin sonluğunda nə hiss etdiyimi də anlamadım. Obrazlara gəlincə, o uşağı əvvəldən abort etdirməliydi şərhlərini gördüm, hansı ki bu şərhləri yazanlar da daha çox kişi cinsinə mənsub olan insanlardır, analıq hissinin nə demək olduğunu bilməyənlər yəni. Öz ailəm dediyi insanlar sahib çıxmadığı halda onu anlamağa çalışan insanların dəstək olması detayını bəyəndim. Nə qədər yalnız olsaq da bizi anlayacaq kəslər həmişə vardır hissinə qapılır insan. Yazıçının ilk kitabıdır deyəsən. Qələmini inkişaf etdirmək üçün çalışmağa davam etməyi tövsiyə edərdim. Yazıçıya uğurlar!
1000k
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0194 okunma