Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir, Hər səadət ruhu oxşar pək sönük bir şö’lədir. Bəlkə var səhvim fəqət gördüklərim həp böylədir. Görmədim, əsla bəladan başqa bir şey görmədim. Hüseyn Cavid
Şiir
Əhməd Cavad - Sən
Ruhum müdhiş bir qaranlıq içində Çırpınırkən, imdadıma yetişdin! Fırtınalar ümidimi boğarkən Xızrım oldun, fəryadıma yetişdin! Bir sınıq şəhpərlə çıxmışdım yola, Üzlədigim yeri görmədim əsla; Yorğunluq çökmüşkən qanada, qola, Qüvvət oldun qanadıma, yetişdin! Azmışdım yolumu, qarşımda ölüm... Yaslara batmışdı gülüm... bülbülüm. Ölmüşkən əməlim, solmuşkən gülüm Gözlərinlə sən dadıma yetişdin! Əhməd Cavad Seçilmiş Əsərləri Səhifə - 102
Şiir
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Yezidin sarayında, qanlı-qadalı Kərbəla hadisəsindən azacıq sonra, əsirkən, susuzkən, qolu bağlı halda və bütün qətiyyətilə nə demişdi xanım Zeynəb: "mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim". Bu ifadə öztəsəlliydimi? Yoxsa acıq idi? Bəlkə qürur idi...? Xeyr!!! Gerçəyin lap özüydü! Sadəcə xanım o sözü deyəndə, və bütün aşura boyu təlli-Zeynəbiyyədən (Zeynəb təpəsi deyilən yerdən) uzaqlara, çox uzaqlara, ta bu günə qədər baxmışdı. Aşuranın mesajı, hədəfi, təsir arealı... yəni gələcəyi gözəl idi - xanım tez-tez boylandığı səmalarda məhz bunu görmüşdü, odur ki, bütün qətiyyəyi və bütün səmimiyyətiylə demişdi tarixi sözünü: Mən aşurada gözəllikdən başqa bir şey görmədim! ...Biz də baxa bilsək...uzaqlara! O közərən işığı görsək... İlişib qalmarıq bu gün ayağımıza batan tikanlarda, zarımaz, sarsılmaz, başımızı dik tutar və hey yürüyərik mübarək uzaqlara doğru. Deyərik ki: yaxınlar sizin olsun, uzaqlarsa mütləq bizimdir! İlqar Kamil
Mehribanım, baği-eşqin, ey müəttər susəni, Qoyma öpsün gizlicə hər bülbüli-bədxu səni! Mən sənin bir rəhmdil səyyadınam, gəl yanıma, Gəl öpüm, gəl oxşayım, ey nazənin ahu, səni. Çərxi-dövranın müəlla iltifatındanmı bu, Cami-ömrüm, görmədim heç bir zaman məmnu səni. Toplayıb geysuyi-zərrin tacını çıxsan çölə, Əl çəkər aydan fələk, yalnız tapar məhru səni. Sevgi səhrasında sərgərdan gəzən bir təşnəyəm, Sevgilim, içsəm n'olur şəhdi-zülali-busəni?! Müşfiqa, iqlimi-sevdadən ziyanım yox, fəqət! Tiri-müjganı ilə yıxdı bir kəmanəbru səni. Mikayıl Müşfiq
Qəmdən öldüm, demədim hali-dili-zar sana - Füzuli M.
“Qəmdən öldüm, demədim hali-dili-zar sana, Ey güli-tazə, rəva görmədim azar sana! İç meyi-nab ki, bağrından edər cümlə kəbab, Atəşi-eşq ilə, üşşaqi-ciyərxar sana. Meyi-gülgundə deyil nərgisi-məstin əksi, Qədəh olmuş, göz açıb, aşiqi-didar sana. Arizin gül-gül edibdir meyi-gülgün tabi, Vəh ki, bir güldən açılmış neçə gülzar sana. Bağə seyr et bu ləbi-ləl ilə kim, qönçəvü gül, Göstərə xuni-dilü dideyi-xunbar sana. Der idim qamətinə sərv, vəli, özgə imiş. Hərəkatü rəvişü şivəvü rəftar sana. Əyilib tərfi-binaguşinə dərdi-dilimi Ya o taqin deyə, ya türreyi-tərrar sana. Ta giriftarinəm: azad ola bilməm qəmdən - Hiç kim olmasın, ey şux, giriftar sana! Ləli-nabın həvəsi bağrımı qan eylədiyin, Ah kim, qanlı yaşım qılmadı izhar sana. Ey Füzuli, fələkin var səninlə nəzəri Kim, qəmü möhnətini verdi nə kim var sana.”
Kül qabında mən
Sənin sevgi deyə gördüyün şeyi, Görmədim bir sevgi kitabında mən. Götür gör xeyrini, varsa bir xeyr, İstəməm günahın, savabın da mən Üç günlük ömürdü, üç gecə-gündüz, Yaşanıb bitəcək sənli ya sənsiz. Sənə görünsə də hər şey tərtəmiz, Batmışam bu eşqin çirkabında mən. İçimdən gəlmədi deyəm “getmə, qal, Nə bilirsən, bəlkə var bir ehtimal?” Sordun “edirsənmi haqqını hala?” Bilmədim nə deyim cavabında mən. Yaxdı min doğruya bir yalan ləkə, Bir eşqin talehin asdı bir tükə. Vermərəm hallıq bir parça tikə! Ölsəm də bu vicdan əzabında mən. O qədər qirursuz zənn etmə məni, Könüldə tutmaram gözdən düşəni. Necə ölümünə sevdimsə səni, Elə unudaram icabında mən. Masamın üstündə yarımçıq şeir, Səni son bir dəfə eylədi təsvir. Çəkdiyim sonuncu siqaretlə bir, Bitirdim səni bir kül qabında mən.
Edebiyat