- Duanın xüsusiyyəti budur ki, nəfsi sındırır. Buna görə deyiblər ki, hətta kiçik şeyləri də Allahdan istə və zəif olduğunu anla, bil ki, bəzən bir ağcaqanad, yaxud milçək də insanı yorub onun rahatlığını ala bilər: “Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər.
İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!)” (Həcc, 73). Odur ki, dua Allaha yalvarmaq üçündür, Allahdan hacət diləmək üçündür, təvazökarlıq üçündür, yalançı təkəbbürlülük və xudpəsəndlik pərdəsindən çıxmaq üçündür...