Vida həcci həzrət Peyğəmbərin son həcc ziyarəti olub. Bəlkə də, o həzrət Məkkənin fəth edilməsindən sonra elə bir dəfə həcc ziyarətinə gedib. Əlbəttə, vida həccindən qabaq ümrə həcci etmişdi. Həzrət Peyğəmbər ümumi elan verdi və camaatı həmin həcc ziyarətində iştirak etməyə dəvət etdi. Peyğəmbər hamını bir yerə toplayıb müxtəlif yerlərdə - Məscidül-həramda, Ərəfatda, Minada, Minadan kənarda, Qədir-Xumda və başqa yerlərdə ümumi xütbələr oxudu. O həzrət müxtəlif yerlərdə bir sıra məsələləri bəyan etdikdən sonra Qədir-Xumda son sözünü daha sərt ifadə ilə bəyan etdi. Məncə, Peyğəmbərin bu sözü sonda deməsinin səbəbi oxuduğu bu ayə idi: "Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (insanlara) tam çatdır. Əgər belə etməsən, (sanki) Onun heç bir tapşırığını çatdırmamısan". Həzrət Peyğəmbər Ərəfatda, Minada, Məscidülhəramda İslamın əsas və qolları barəsində ümumi məlumatlar verdikdən sonra onlar Peyğəmbərin ən mühüm sözləridir - birdən-birə Qədir-Xumda buyurub ki, bir məsələ var, əgər mən onu deməsəm, İndiyə kimi heç nə deməmiş kimiyəm; yəni onu deməsəm, hər şey hədərə gedəcək. Sonra buyurur: "Mən sizin barənizdə özünüzdən çox ixtiyar sahibi deyiləmmi?" ("Peyğəmbər möminlər barəsində onların özündən daha çox ixtiyara malikdir" ayəsinə işarə edir.) Mən sizə özünüzdən daha çox hakim olmaq haqqına malik deyiləmmi? Hamı "bəli, ey Allahın elçisi" deyə cavab verdi. O həzrət buyurdu: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". "Səqəleyn" hədisi kimi bu hədisin də sənədi çoxdur.
Osmanlı dövründə buranın
adı “Hacıbəy” olub. Türklərin çox güclü hərbi qalalarından biri sayılıb Hacıbəy. O zamanlar Hacıbəy həm də Osmanlı dövlətinin şimalında yaşayan müsəlmanların həcc ziyarəti
üçün Məkkəyə yola salındığı əsas mərkəzlərdən biri idi.
XVIII əsrin sonlarında, Rus-Türk müharibələri zamanı ruslar Hacıbəyi ələ keçiriblər. Təxminən beş il sonra - 1794-cü ildə də imperatriça II Yekaterina şəhərə Odessa adını verib. Zaman-zaman qala da, türklərə aid o biri tikililər də dağıdılıb, yerində yeni binalar inşa edilib.
“Bildiyimiz kimi, hökmlər Quranda qısa və ümumi şəkildə bəyan edilib. Məsələn, namaza bu qədər təkid edən Quran onun barəsində "namazı bərqərar edin", "rüku və səcdə edin" cümlələrindən artıq bir şey deməyib, hətta namaz necə qılınmalıdır, onu da deməyib. Həmçinin barəsində bu qədər göstəriş olan və həzrət Peyğəmbərin yerinə yetirdiyi həcc barəsində Quranda elə də geniş izah yoxdur. Həzrət Peyğəmbərin sünnəsinin vəziyyəti də göz qabağındadır. İndi gör o olmasaydı, nə olardı! Məgər Peyğəmbərın halal-haramı bəyan etməyə nə qədər vaxtı oldu? On üç illik Məkkə dövründə çoxsaylı təzyiq və sıxıntılara baxmayaraq, İslamı qəbul edənlərin sayı, bəlkə də,heç dörd yüz nəfərə çatmırdı. Həmin sıxıntılar zamanı onlar həzrət Peyğəmbərlə gizlincə görüşürdülər. Bəlkə də müsəlmanların yarısını, ya yarısından da çoxunu təşkil edən yetmiş ailədən ibarət bir dəstə Həbəşistana hicrət etdi. Bəli, Mədinə dövrü bu baxımdan fürsət sayıla bilərdi, lakin həzrət Peyğəmbərin Mədinədə də çoxlu problemi var idi. Əgər Peyğəmbər həmin iyirmi üç ilin hamısını müəllimlik etsəydi, yəni sinfə gedib camaata ancaq dərs keçməklə məşğul olsaydı və İslam tarixində baş verən hadisələrin heç biri baş verməsəydi belə, bəlkə də, İslamın bütün sözlərini bəyan etmək üçün yenə kifayət etməzdi. Çünki İslamın insan həyatının bütün sahələri barədə hökmü var.”
Həyat yoldaşına bir saat xidmət və hörmət etmək min həcc və min ümrədən, min qul azad etməkdən və min cihadda iştirak etməkdən daha üstündür. Həmçinin, həyat yoldaşına kömək və xidmət etmək min xəstəyə baş çəkməkdən, cümə namazında iştirak etməkdən, min cənazənin dəfn mərasimində iştirak etməkdən, acları-çılpaq min nəfəri doyurub geyindirməkdən daha üstündür. Bu iş Tövrat, İncil, Zəbur və Quran oxumaqdan, min əsiri azad etməkdən, min dəvəni kasıba verməkdən yaxşıdır. (Həmin şəxs) dünyadan getməmişdən əvvəl cənnətdəki yerini görər.