Nağıl kimi keçən uşaqlığım
10/10
·80 syf.··
Beğendi
·
2024 37. kitabı
·
1 saatte okudu
·
Okunma: 28 Mayıs 2024 08:15
Hər gününüz xeyirli olsun, əziz kitabsevərlər. Nağıl kimi keçən uşaqlıq illərindən xatirələrini oxuyucusu ilə paylaşan yazıçımız, uşaqlara heyvan sevgisini çox incə ustalıqla ötürür. Əlbəttə, ev heyvanlarının həyatımızdakı əvəzolunmaz rolundan saatlarla danışa bilərəm, lakin başqa bir məqama toxunmaq istəyirəm. Biz körpə olanda, daha dəqiq desəm, uşaq olanda, anamız bizə it, pişik saxlamağa icazə verməzdi. Bir gün öz evim olsun, mütləq bu arzumu reallaşdıracağam deyə, özümə söz vermişdim. Və böyüdüm, öz evim oldu, pişiyim də oldu, sadiq "dostlarım" da oldu. Amma onlardan ayrılacağım halda bu qədər kövrələcəyimi heç bu qədər düşünməmişdim. Dəfələrlə eyni talehi yaşadıqdan sonra bir daha heç bir evcil heyvan saxlamamaq qərarına gəldim. Bir sirr də verim ki, mən hələ də tutuquşularım üçün, sadiq itlərim üçün darıxıram. Və yenə də pişiklərim var, amma həyətdə azad yaşayırlar. İstədikləri zaman gəlib, istədikləri yerə gedirlər. Bağlılıq hissim o qədər qüvvətlidir ki, yatağa belə düşə bilirəm. Ona görə də artıq heç bir canlıya bağlanmamaq qərarı almışam. Qızlarım dəfələrlə evdə pişik, tutuquşu saxlamaq üçün icazə istəyiblər. Ürək sancısı ilə etiraz etmişəm. Başlıca səbəbi, onlar da bir candır. Əmanət can. Qulluğu, baxılması elə də asan deyil. Öhdənə götürürsənsə, ondan məsulsan. Bu məsulliyyəti götürəcək qədər güclü deyiləm. Bir uşaqlıq xatirəmi də qeyd edim; Nənəmlə kənddə yay tətillərimi keçirdiyim vaxtlarda rəngarəng tükləri olan çox yaraşıqlı bir xoruzum var idi. Qeyd edim ki, nənəmin yüzlərlə toyuq-cücəsi, ördəkləri, qalzarı var idi. Və qazları örüşə mən aparardım:) Toyuq-cücənin dənini də özüm verərdim. Hə, harada qalmışdım?! Xoruzum yumurtadan çıxandan ona mən qulluq edirdim. Elə öyrəşmişdi ki mənə, hətta, ovucumdan dən yeyirdi. Və bir gün tətil bitdi. Xoruzumu
Nağıllar
Bizim Kəndin NağıllarıZahid Xəlil · Bakı, Libra Kitab · 20244 okunma
Bismilləhir Rahmənir Rahim
Puan vermedi·144 syf.··
2024 9. kitabı
·
7 günde okudu
·
Okunma: 07 Mayıs 2024 12:40
Çox gözəl kitab idi. Mən özüm Malkolm X haqqında eşitmişdim amma onun həyatı haqqında məlumatım yox idi. Kitabı oxuyanda çox təəccübləndim. Çünki Malkolm X ın həyatının bu qədər enişli-yoxuşlu olacağını təsəvvür eləmirdim. Və keçmişdə elədiklərinə rəğmən İslamı qəbul etməsi və insanlıq uğrunda bu qədər çalışmağı həqiqətən heyrətamizdi. Ən çox diqqəti cəlb edən isə o oldu ki Həcc ziyarətindən qayıdandan sonra səhv düşüncədə olduğunu qəbul etdi. Və ondan da əvvəl Elayca Məhəmməd ilə yollarını ayıranda varisliyin ona keçməyəcəyindən heç çəkinməmişdi. Yəni nəfsi ilə mübarizədə - ən böyük cihadda qalib gəlmişdi...
İslam
Malkolm XRecep Şentürk · Parlaq imzalar · 01,122 okunma
Reklam
10/10
·78 syf.··
Beğendi
·
2024 40. kitabı
·
4 saatte okudu
·
Okunma: 30 Nisan 2024 18:50
Salam. Ali Şeriati nin oxuduğum 3-cü kitabıdır. Bu kitabını da digərləri kimi çox bəyəndim. Ali Şeriati nə qədər dini əsas alaraq yazsada əsərlərində hər mövzuya toxunur. Əsərlərində həmişə qəribə canlılıq olur. Hazırda “Eşekleşdirme” demək olar ki, bütün sahələrdə mövcuddur və bunu görə bilənlər/hiss edənlər yox səviyyəsindədir. Görənlər də məsələyə etinasız yanaşır, qorxur və ya başqa səbəblə qarşı çıxmır/mücadilə etmirlər. Müsəlmanların çoxu namaz, oruc, həcc və ya digər ikinci plan (mən belə düşünürəm) ibadətlərlə başlarını qatır, əsas olan cihad, zülmə qarşı çıxma, ədalət və b. - islamın təməl ibadətlərini yerinə yetirməməkdədir. İslam görə toplum bütöv bir orqanizmdir. Yəni hər kəsin bir-biri qarşısında öhdəlikləri vardır. Müslimlərin çıxış yolunun Quranı bəlağətlə/təcvidlə oxumaq deyil, düşünərək oxuyub həyatında tətbiq etmək olduğu fikrindəyəm. Nə qədər ki, ağlı rədd edəcəklər həmişə tağuta qulluq edəcəklər.(Quran 10/100) “Din, siyasət, sosyologiya ilə maraqlananlara şiddətlə tövsiyə edirəm.
Din
Bilinç ve EşekleştirmeAli Şeriati · Fecr · 20131,323 okunma
Puan vermedi·307 syf.··
Beğendi
·
2021 22. kitabı
·
1 saatte okudu
·
Okunma: 26 Nisan 2021 00:00
İbadətlərin həm zahiri, həm də batini tərəfi vardır. Biz çox vaxt zahirə baxırıq, batini görə bilmirik. İbadətlərin batini isə insanların batini ilə əlaqədardır İmam Sadiqin (ə) və İmam Baqirin (ə) şagirdlərindən olan Əbu Bəsir nəql edir: "Mömin bəndə dünyadan getdikdə, onunla birlikdə qəbrə (bərzəxə) altı nurani surət daxil olar. Bu altı surət onu altı cəhətdən bütün bəlalardan qoruyar. Həmin altı surətdən insanın sağ tərəfində duran deyər: "Mən namazam". Namazın batini dedikdə, qəbirdə insanın sağ tərəfindəki nurani surət nəzərdə tutulur. İnsanın sol tərəfində duran isə deyər: "Mən zəkatam" Zəkat təkcə mala aid deyil. İnsan ona verilən bütün ilahi nemətlərin zəkatını verməlidir. Rəvayərlərdə deyilir: "Elmin zəkatı onu bilməyənə öyrətməkdir", "Gözəlliyin zəkatı iffətli olmaqdır", "Şücaətin zəkatı Allah yolunda cihad etməkdir" Mömin bəndənin qarşısında durub "mən orucam" deyən surət, Allahın razılığı üçün tutulan orucun surəti olar və qəbirdə nuraniyyəti ilə cilvələnər. Möminin arxasında duran və onu himayə edən surət isə həcc və ümrədir. Həcc mərasimində İmam Səccad (ə) Ərafat səhrasında bir şəxsə buyurdu: "Hacıların sayı barədə təxminin nə qədərdir?" O şəxs çox sayda olduqlarını dedi. Həm də əlavə etdi ki, bu insanlar öz sərvətlərindən keçib və nalə edərək Allahı çağırırlar. İmam (ə) buyurdu: "Ah-nalə çox olsa da, hacı azdır" O şəxs: "Bunların hamısı hacıdır. Məgər bu azdır? "İmam (ə) ona insanların batinini göstərdi. Şəxs gördü ki, Ərafat çölü donuz və keçilərlə doludur. Onların arasında cəmi bir neçə insan görünür. Möminin ayağının altındakı nur deyər: "Mən sənin möminlərə rəva bildiyin, başqalarına yetirdiyin yaxşılıqlaram. Sonra möminin başının üstündəki başının üstündəki nurdan soruşarlar: "Sən kimsən? Bizim hamımızdan nurlusan". O deyər: "Mən Peyğəmbər
Din İslam
İbadətlərin HikmətiAbdullah Cevadi Amuli · Bakı, Mirasnəşr · 201311 okunma
10/10
·230 syf.··
2022 36. kitabı
·
45 günde okudu
·
Okunma: 05 Eylül 2022 21:42
Əslində, şərh yazmağı düşünməmişdim. Amma könlümdən gəldiyini hiss edirəm bu an, yazasım tutdu :D Hakan Mengüç qələmini, həqiqətən, sevirəm. Unutduqlarımı xatırladır mənə, bəzən də yeni əlavələr edir zehnimə. Yazar'ın kitablarının ortaq bir xüsusiyyəti var: fikirlərin təkrarı, sadəcə hansı əsərdə təməl düşüncənin necə olmasından asılı olaraq dəyişir. Oxuduğum 4 kitabından ən fərqlisi "Gitmeli miyim Kalmalı mıyım" olmuşdu, həm mövzu, həm də tərkib cəhətdən. Amma hər halda, təkrarlarla qarşılaşmağım məni bu kitablara qarşı neqativ bir düşüncəyə salmır, göz yumuram və dəryaya qapılıb davam edirəm. Əvvəlki kitablarının daha şəxsi-inkişaf və fəlsəfə janrlarında olduğunu nəzərə alsaq, "Hiçbir karşılaşma tesadüf değildir" yazarın yazdığı ilk romandır. Hakan Mengüç'ün özünün yaşadığı hadisələr əsasında qələmə aldığı bu kitabda məni daha çox cəlb edən xüsusiyyətlər var idi. İlk başlarda təsadüf qılıfı geyindirilmiş hadisələrin gedişatında nəfəsimi tutduğum anlar oldu, sırf səbəbinə olan maraq və həyəcanımdan. "Emir Sultan Hazretleri seni çağırıyor" deyə həm başladı, həm də bitdi bu kitab. Yolun mənbəyində də, mənsəbində də çağıran eyni idi, amma çağırılan tərəflərin ruhən və qəlbən eyni olduğunu deyə bilməyəcəyəm. Həyatımda da təsadüflərə inancım yoxdur mənim. Bir neçə gün öncə bu barədə dostlarımla etdiyim söhbət əsnasında aralarından birinin fikri ağlıma izini qoydu: "Təsadüf icaddır, əslində, adını qoya bilmədiyimiz hər məchul şeyə təsadüf deyirik. O boşluğu doldurmaq üçün insan beyni acizdir". Haqlıdır. Allahın bizim üçün qurduğu bu düzəndə hər şey onun iradəsinə tabe olub davam edirsə, bunun nəyini təsadüf adlandıra bilərik ki? Azra və Hakan'ın "həcc" yolu hər ikisinin həyatında dəyişimlərə cığır açmaqla qalmadı, həm də anlayan, təfəkkür edə bilən
Sufi Felsefesi
Hiçbir Karşılaşma Tesadüf DeğildirHakan Mengüç · Destek Yayınları · 20217,4bin okunma
7/10
·456 syf.··
2021 49. kitabı
·
7 günde okudu
·
Okunma: 10 Temmuz 2021 12:19
"Saklı Bahçeler Haritası" romanı ilə tanıdığım Nermin Yıldırımdan oxuduğum 2-ci kitab oldu. Ən sonuncu əsərini oxumağa məni həvəsləndirən şey həm yazıçının bir öncəki romanını çox bəyənməyim, həm də içimdəki Ev anlayışı ilə bağlı idi. Çünki mən özümü dərk etməyə başladığımdan bəri Ev anlayışımı bir mənaya sığdıra bilmirəm, yaşadığım çətinliklərdənmi, ya xarakterimin mürəkkəb və sorğulayıcı olmasındanmı, bilmirəm. Yazıçı 11 günlük çıxdığı Portuqaliyanın Porto şəhərindən İspaniyaya qədər uzanan Camino de Santiago yolu ilə yazıb əsəri. Bu yol xristianların həcc yoludur, amma inancından asılı olmayaraq turistlərin bir növ meditasiyasıdır, çünki insanların əksəriyyəti özünə doğru mənəvi yol qət etmək niyəti ilə çıxır yola və xristianlıqdan öncə də buranın süd yolu ulduzlarının yerləşdiyi yer olduğuna inanılıb. Şəxsən özünün də çıxdığı yol olduğundan və yol yoldaşını da eynən əsər qəhrəmanı etdiyindən oxumaq xüsusilə zövqlü oldu. Yolda qarşısına çıxan müxtəlif insanlar, hər birinin fərqli hekayəsi və yola çıxma səbəbi. Oxuyanda düşündüm görəsən mən bu yola çıxsam, nəyə çatmağı hədəfləyərdim? Kitab biraz da tapmaca kimiydi, yazıçı baş qəhrəmanın dərdinin nə olduğunu başlanğıcda verməmişdi, yol boyu həyatın zərbələrindən özünə sığınacaq quran qızın hekayəsinin fərqli mərhələlərini oxuyuruq. Rəylərdə bu cür yazılma üslubunu tənqid edən insanlar görmüşdüm, amma nə bilsinlər ki, insan özünü sorğulayanda düz yanaşa bilmir heçnəyə. Yaranın hansı tərəfinə baxsan, bir başqa yola çıxırsan, didiklədikcə yenisi yaranır sanki. Mənim həyat sorğulamalarım da bu şəkildə olduğu üçün başqasının ruhundakı ağrıların qarışıqlığını oxumaq məni yormadı. Ki, əminəm həyatı sorğulayan hər kəs özünə doğru yol almağa çalışanda düz düşünə bilmir, ya belə ya elə deyə mütləq çənbərin içində fırlanır
Edebiyat
EvNermin Yıldırım · Hep Kitap · 20206,8bin okunma
Reklam
Reklam