Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Məyusluq
Biraz bundan əvvəl kitabımı oxumağa qərar verdim. Kitabın 77-ci səhifəsində olanda səhifənin aşağısında böyük bir cırıq olduğunu gördüm. Bu məni çox məyus etdi. Kitablarımı hər zaman eyni kitab mağazasından(alinino) aldığım üçün kitabların qüsursuz olacağından əmin idim. Heyif ki, belə bir şeylə rastlaşdım. Həmin andaca kitabı bağladım. Onu bir müddət görməsəm daha yaxşıdır. Şəklini telefonun kamerası işlək vəziyyətdə olmadığına görə paylaşa bilmirəm. Bunu hardasa paylaşmalı idim. Buranın bunun üçün ən yararlısı olduğunu düşündüm.🥺😔
Hud surəsi ayə 82
Beləliklə, elə ki, Bizim əmrimiz (mələklərə) yetişdi və istəyimiz qətiləşdi, həmin şəhərləri alt-üst etdik və onların üzərinə bişmiş və möhkəm gildən ibarət daş parçalarından dolu yağdırdıq.
Reklam
İnsana qalan yalnızca özüdür. Var olduğumuz müddətcə, istər ən yaxınımız olsun və yaxud da ki ailəmiz - heç biri və heç kəs bizlərə qalmır. Düşünək. Əlimiz kəsildiyində, o an o ağrını hiss edən bizik və ətrafımızdakilər sadəcə təsəllidən ibarətdir. Bu təsəlli bizim yaramızdan ağrını xəfiflədirmi? Və ya sağaldırmı? Xeyr. Birini itirdiyimiz zaman, buna bənzər acını yaşamış insan bizi anlaya bilər, bəli, lakin bizim kimi bilə bilməz. Çünki, hər insanın özünə xas bir duyğu idarə etməsi var. Və insan bu dünyada nə olursa olsun təkdir. Onun hər hansı bir dinə bağlı olub olmaması, onunla tanrının olub olmadığını deyə bilər əlbəttə, bu ayrı məsələ və hər kəsin öz qərar verəcəyi işdir. Söhbət isə ruhani varlıqlardan deyil, ətli-qanlı varlıqlardan gedir, yəni insanlar. Heç kim içinizdəki ən zirvə duyğunu bilə bilmir. Anlamağa çalışar ama bilməz. Bunu sadəcə və sadəcə biz bilə bilirik. Çünki bunu "həmin an" yaşayan bizlərik..
"Hər kim bircə saniyə qorxaqlıq etsə, ola bilər ki, taleyin ona bəxş etdiyi təsadüfü həmin bu bir saniyədə itirsin".
Üç Muşketyor
Üç Muşketyor
Qış yuxusu
Zaman su kimi axır və bu axıntı səni də özü ilə bərabər fərqli diyarlara səpələyir. Yalnız səyahətin sonunda gözlərini açıb ətrafa baxırsan ki, gəldiyin yol eyni olaraq qalıb, lakin sən eyni deyilsən. Həyat səni bir döyüşçüdən bir izləyiciyə çevirəcək qədər böyüdür. Artıq əsas məqsədin kiməsə nəyisə isbat etmək deyil, doğru cavabı elə özün bil
bir nağıldır indi həmin sənli günlərim, xəyallarımda canlanır.. ah o şirin xatirələr, o həzin xatirələr, necə xoş xatirələrdir..
Reklam
Gecdir daha...
- Sən belə bir rəssam tanıyırsan,Kovalikadze? - Eşitmişəm. Necə məgər? - Qulaq as, müharibə vaxtı almanlar Fransanı zəbt edəndə onun işləri itir. Bütün ümidini itirən rəssam 20 ildən sonra onları nəhayət tapır. Ona elə gəlir ki, gəncliyi qayıdıb. Elə bilirmiş ki, itən əsərləri bütün bu vaxtı yuxusuna girib. Sən də mənim yuxuma girirdin... Sən... Əgər, mən indi həmin o illəri təzədən yaşasaydım... "Gün keçdi" filmindən
Metroda basabasdır. Bir küncə qısılıb kirimişcə dayanmışam. Qatar hər dayananda, qapı hər açılıb-bağlananda içəri izdiham dolur, salon sıxlaşır, ətrafdakı insanlar da bir-birinə daha çox qısılırlar. Birdən arxada yavaşdan deyilən bir səs eşitdim. - Səni zibilə qalasan, adam deyilsən a... Az qala pıçıltı ilə deyilmiş bir söz. Replika. Dönüb baxdım.
İncə davranın,çünki qarşılaşdığınız hər kəsin özünə görə problemləri var,bir xoş söz,bir gülüş bir insan üçün həmin an ən böyük ehtiyac ola bilər.🕊
Bəzən ağızdan çıxan bircə kəlmə söz, elə həmin andan başlayaraq, insanın qarşıdakı həyatını kökündən dəyişə bilir.
Reklam
İdeal və mükəmməl deyiləm. Mənim də özümə xas hekayələrim, hər kəsdən gizlətdiyim xatirələrim var. Və əsla xaraktersiz deyiləm. Kimsənin yanında gününü keçirməyə, kimsə üçün darıxdığı müddət boyunca axtarılan insan deyiləm. Qəlbim kinli deyil deyə, hər şey edilə bilən, söz deyilincə onsuz da unudacaq, bir kənarda özü üçün problemlərini həll edib,
Aprel döyüşləri
İndiki kimi yadımdadır.2 aprel şənbə günü idi.8-ci sinifdə oxuyurdum.O vaxtı bizdə şənbə günüdə dərs olurdu.Axşamdan çantamızı,dərslərimizi hazırlayıb,səhəri dərsə getmək üçün səbrsizliklə yatdıq.Amma axşam eşitdiyimiz o səslər,atama dayanmadan gələn zənglər,atamın yuxulu-yuxulu zəngləri açıb sonradan müharibə başladığı xəbərini deməsi,əsgərlərin
976 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.