Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Artıq bir yerdən sonra önəmi qalmır heçnəyin. Saçlarının uzunluğu, qısalığı artığ bir məna daşımır, daramaq üçün güzgü önünə həvəslə qacmırsan. Gözəl görünmək üçün səbəblərində tükənir "əşi əsas rahatlıqdı" deyib kəsib atırsan. Səhərlə gecədə itirir mənalarını. Yatmaq üçün gecəni, şirinçay içmək üçün səhəri gözləmirsən. Günün hər saatı eyni kədərə bürünür. Bir insan çoxmu, bir insan əksikmi heç dərd etmirsən. Varlarsa varlar, yoxlarsa yoxlar sloqanı ilə yaşamağa başlayırsan. Bir vaxtlar insan içinə qaçıb başını qatan, yada insanlardan sıxılıb təkliyə sığınan sən artıq o sən olmursan. Elə həmin yalnızlığı milyon içərisində yaşamağa başlayırsan. Ehtiyac qalmır qaranlıq səssiz otaqlara, çünki o qaranlıq artıq bütün hüceyrələrində yaşayır. Qaranlıq sən olursan. Həyəcanla, maraqla izlədiyin o filimlər artıq sıxıcı gəlməyə başlayır, kitablardakı cümlələr isə anlaşılmazlığını ən üst səviyəyə daşıyır. Yaşamağa səbəb axtardığın vaxtlar başlayır beləcə. Ümidlər hələdə olduğu yerdə qalır. Bəli ümidlər heç bir zaman ölməz. Amma bir zaman sonra onlar belə sıxılır bu yaşamdan sadəcə "olacağı varsa olsun" a sığışıb hədər olub gedir. Sonda bu boşluğun İçərisində "heç" olub gedirsən...
Nə gözəl sözdür:
Deyir: Allah bəzən sıxıntılar üçün elə yerden qapı açar ki, həmin yerdə heç qapı olmayıb. Təvəkkül Allaha...
Reklam
23.04
Keçənlərdə yaxın dostumla söhbət edirdik(telefonda) Və həmişəki kimi, bir nöqtədən sonra bu söhbət mənim monologuma döndü(onunla bütün söhbətlərimiz belə bitir) Münasibətlərdən açıldı mövzu; Deyirəm ki, bilirsən də o qədim yunan əfsanəsini; Zevs’in yaratdığı insanlar əvvəl tək ruha sahib, 4 əlli, 4 ayaqlı, 1 başda 2 üzü olan, kürəkləri bir-birinə
"Qorxu yoxsa təşviş"
Təşviş təhlükədən xəbər verən hissdir. O,qorxuya bənzəyir və ya onunla oxşar fiziki simptomlara malikdir.Ancaq o özünü baş verəcək hadisəni öncədən hiss etməklə büruzə verir.Yəni bu,indiki zamana deyil,gələcək zamana aid reaksiyadır.Qorxu isə real və ya həmin an dərk olunan təhlükəyə qarşı reaksiyadır.
Ümumdünya Kitab Günü
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü — 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 aprel - Vilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.
Bir qisim insanlar, həyatımızın müəyyən periodunu bizimlə bərabər keçirərlər. Onları tanıyırıq, sevirik hətta bəzilərimizin həyatında zaman keçdikcə darıxmağa və bağlanmağa da başladığı insanlar da olub. Amma heç də hərkəsin həyatımızın sonuna kimi bizimlə bərabər addımlamayacağını hər birimiz həyatımızın bir anında anlamışıq. Sonra isə, yəni zaman keçdikcə ümumi rəsmə baxdıqda, qalıcı olmasını istədiyimiz insanların necə də axına qarışıb, hiss olunmadan həyatımızdan ayrıldığınının fərqinə varmışıq. Zaman bizləri bəlkə də, yenə bir araya gətirəcək, bəlkə, əksinə, illər sonra bir-birimizi tanımayacağıq. Amma çalışmalıyıq ki, həmin o dəyər verdiyimiz insanlar bu və ya digər səbəblərdən həyatımızdan süzülüb getməsin..
Reklam
Vitamin insanlar
Öz üzərində işləyən biri üçün insanların "mənfi xüsusiyyətləri" sanki vitamindir.Məsələn dinləmə qabiliyyəti zəif olan biri ancaq çoxdanışan( və ya ona maraqsız gələn danışıq) insanla ünsiyyətdə olub, dinləmə qabiliyyətini artıra bilər.Hər zəif cəhətimizə əks olan xüsusiyyətlər ətrafda mütləq var.Sadəcə biz insanlara həmin baxış bucağı ilə yanaşmırıq.Bu şəkildə yanaşma insanlara qarşı aqressiyanın əvəzinə minnətdarlıq duyğusu gətirər.Yoxsa cəmiyyətdən təcrid olmaq həll üsulu deyil. Təkcə məişətdə deyil, ünsiyyətdə də komfort axtarırıq.Nəsə əldə etmək üçün komfortdan kənara çıxmaq mütləqdir. Belə bir məsəl var:Yumurtanın qabığı daxildən və xaricdən sına bilər.Amma önəmli olan yumurtanın qabığının daxildən sınmağıdır. Daha fərqli görmək və duymaq istəyiriksə tezliyimizi(frekansı) dəyişməliyik.
Üzün tanınmaz halı
Yenə səhər… Yenə həmin gün şüası Evdəki tozu göstərir. Yenə axşam…
"Hammurapi qanunları" var, həmin qanunların birində deyilir ki, kimsə qələt eləsə, o da, onun atası da, övladı da cəzalandırılır.
Məyusluq
Biraz bundan əvvəl kitabımı oxumağa qərar verdim. Kitabın 77-ci səhifəsində olanda səhifənin aşağısında böyük bir cırıq olduğunu gördüm. Bu məni çox məyus etdi. Kitablarımı hər zaman eyni kitab mağazasından(alinino) aldığım üçün kitabların qüsursuz olacağından əmin idim. Heyif ki, belə bir şeylə rastlaşdım. Həmin andaca kitabı bağladım. Onu bir müddət görməsəm daha yaxşıdır. Şəklini telefonun kamerası işlək vəziyyətdə olmadığına görə paylaşa bilmirəm. Bunu hardasa paylaşmalı idim. Buranın bunun üçün ən yararlısı olduğunu düşündüm.🥺😔
Reklam
Hud surəsi ayə 82
Beləliklə, elə ki, Bizim əmrimiz (mələklərə) yetişdi və istəyimiz qətiləşdi, həmin şəhərləri alt-üst etdik və onların üzərinə bişmiş və möhkəm gildən ibarət daş parçalarından dolu yağdırdıq.
İnsana qalan yalnızca özüdür. Var olduğumuz müddətcə, istər ən yaxınımız olsun və yaxud da ki ailəmiz - heç biri və heç kəs bizlərə qalmır. Düşünək. Əlimiz kəsildiyində, o an o ağrını hiss edən bizik və ətrafımızdakilər sadəcə təsəllidən ibarətdir. Bu təsəlli bizim yaramızdan ağrını xəfiflədirmi? Və ya sağaldırmı? Xeyr. Birini itirdiyimiz zaman, buna bənzər acını yaşamış insan bizi anlaya bilər, bəli, lakin bizim kimi bilə bilməz. Çünki, hər insanın özünə xas bir duyğu idarə etməsi var. Və insan bu dünyada nə olursa olsun təkdir. Onun hər hansı bir dinə bağlı olub olmaması, onunla tanrının olub olmadığını deyə bilər əlbəttə, bu ayrı məsələ və hər kəsin öz qərar verəcəyi işdir. Söhbət isə ruhani varlıqlardan deyil, ətli-qanlı varlıqlardan gedir, yəni insanlar. Heç kim içinizdəki ən zirvə duyğunu bilə bilmir. Anlamağa çalışar ama bilməz. Bunu sadəcə və sadəcə biz bilə bilirik. Çünki bunu "həmin an" yaşayan bizlərik..
972 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.