Hüseyn

IV fəsil
Hətta ayın tarixinin də dəqiq bilinmədiyi xəyali dünyada hər şey mənasını itirərək heçliyə qovuşmuşdu.
Sayfa 75 - TEAS Press Nəşriyyat evi; 2022·Kitabı okudu
Edebiyat
Reklam
III Fəsil
Bilə-bilə bilməmək, həqiqətə tam sahib olduğun halda, məharətlə uydurulmuş yalanlara rəvac vermək, biri digərini istisna edən iki fikrin tam zidd olduqlarını anladığın halda onların ikisinə də tərəfdar çıxmaq, məntiqi məntiqlə öldürmək, əxlaqdan danışıb əxlaqı məhv etmək, demokratiyanın qeyri-mümkünlüyünə inanmaq və Partiyanın demokratiyanın keşiyində dayandığını söyləmək, unudulması zəruri sayılanı unutmaq, ehtiyac duyulanda isə onu yenidən yaddaşda canlandırmaq və təkrar yaddaşdan qoparıb atmaq, ən başlıcası isə eyni bir prosesi həmin prosesin özünə tətbiq etmək... Məsələnin ən incə məqamı da elə bunda idi: şüurlu şəkildə şüurun üzərindən xətt çəkmək və bu zaman şüurlu özünühipnozla məşğul olduğunu dərk etməmək !
Sayfa 68 - TEAS Press Nəşriyyat evi; 2022·Kitabı okudu
Edebiyat
III Fəsil
Əgər yerdə qalanların hamısı Partiyanın yalanını qəbul edirsə, əgər bütün sənədlərdə eyni nağıl yazılırsa, onda uydurulmuş yalan mütləq tarixə köçəcək, sonda həqiqətə çevriləcək.
Sayfa 67 - TEAS Press Nəşriyyat evi; 2022·Kitabı okudu
Edebiyat
III Fəsil
Əgər Partiya keçmişə əl uzadıb, həqiqətən, olmuş hadisənin heç zaman baş vermədiyini deyirsə, bu, işgəncə və ölümdən daha dəhşətli deyilmi ?
Sayfa 67 - TEAS Press Nəşriyyat evi; 2022·Kitabı okudu
Edebiyat
III Fəsil
Düşmənlə müttəfiqin yerdəyişməsi haqqında isə heç vaxt heç bir yerdə rəsmi məlumat verilmirdi. Əgər Okeaniya Avrasiya ilə müharibə vəziyyətindədirsə, deməli, Okeaniya həmişə Avrasiya ilə müharibə aparmışdır. İndiki düşmən həmişə şər və pisliklərin daimi təcəssümü sayılırdı. Deməli, nə keçmişdə, nə də gələcəkdə onunla bağlı hər hansı razılığın əldə edilməsini təsəvvürə gətirmək mümkün deyildi.
Sayfa 67 - TEAS Press Nəşriyyat evi; 2022·Kitabı okudu
Edebiyat
Reklam