Azərin

Azərin
@iamazrn
Yəni, bilmirəm. Yazılası deyil, yaşanılasıdı..
@iamazrn·
·
sabitlendi
Evet, biliyorum seni bekleyen tehlikeyi. Ancak, sevgim ve umudumla sesleniyorum sana: sevgini ve umudunu fırlatıp atma!
Sayfa 38
Edebiyat
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Vay o adamın halına ki, özgəsinin qəlbi üzərində hakimiyyətindən istifadə edərək, bu ürəyi onda törəməkdə olan adi fərəh hislərindən məhrum edir.
Mövcud olan hər şeydə bir növ ilahi hikmət var. Biz bu nuru hər hansı bir günəbaxana, yaxud laləyə baxmaqla görə bilərik. Biz bu əngin hikməti ağacların ətrafında qanad çalan kəpənəklərdə də, akvariumda üzən balıqlarda da görə bilərik. Lakin ruhən Tanrıya ən yaxın varlıqlar bizik. Ona görə də yalnız ona qovuşanda biz həyatın ən böyük, ən gözəl hikmətinə çata bilərik:)
Sayfa 134
Platon həmçinin inanırdı ki, ruh bədəndə məskunlaşmazdan əvvəl mövcud olur. Ruh insan bədənində oyanan kimi bütün gözəl ideyaları unudur. Hər şey sonra başlanır. İnsan təbiətdə cürbəcür formalar kəşf etməyə başlayandan sonra qeyri-müəyyən yaddaş onun ruhunu silir. O bir at görür, amma qeyri-mükəmməl bir at. Onu görmək kifayətdir ki, ruhda bir vaxt ideyalar aləmində ikən gördüyü o mükəmməl at haqda xatirə oyansın. Və bu zaman ruhu həqiqi səltənətinə dönmək üçün həsrət bürüyür. Platon bu həsrəti “eros” adlandırır, bununsa mənası sevgidir. Buna görə də ruh - “öz həqiqi mənbəyinə dönmək üçün bir canatma” təcrübəsidir.
Belə bir deyim var: “Görməsəm, inanmaram”. Parmenid isə hətta görəndə belə inanmırdı. O, hesab edirdi ki, hislərimiz bizə dünyanın yanlış mənzərəsini verir, o mənzərə bizim ağlımızın süzgəcindən keçmir, əqli məlumatlara uyğun gəlmir. İnsan ağlına belə möhkəm inam rasionallıq adlanır. Rasionalist elə bir adamdır ki, dünya haqda biliyimizin başlıca mənbəyinin insan ağlı olduğuna inanır.