Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
406 syf.
·
Puan vermedi
·
Beğendi
·
9 günde okudu
Dostumun mənə verdiyi, və ilk dəfə oxuduqum kitab, diyə bilərəm bəzi məsələlər sübutla gözəl izah olunub, ama bəzi məsələlər sadəcə sübut olmadan inanca bağlıdır, buda biliyi olmayan insanlari məncə səhv yönə çəkə bilər, məsləhət görürəm öncə quran sonra bunu oxuyun, Kitabdan anladiqlarim/Yaxşı və pis həmişə olacaq, pis olmasa yaxşı yaxşı olmasa pis yaxşinin nə olduqunu bilməz, çirkin və gözəl insan da bunun kimi, daha sonra Allah niyə Yaxşı insanlara zərər vurana cəza vermir dedikde o özü bizim onu hiss etməyimizi dayanmaqimizi istəyir, Rebbim cəza verse zatən cəhənnəmə ehtiyac qalmaz, mənə qaranlıq qalan məsələ cənnət cəhənnəm varmı, indi inaniram və sübutla var, çünki heç bir insan pis və yaxşı eyni yerdə ola bilməz, bunu öz gözünüzlə baxın, namaz qilmayan ibadət etməyən insan yaxşı işlər görən cəhənnəm ya cənnətə gedəcək, bunu yalnız Rəbbimiz bilər İmamlar belə bu haqqda nəsə deməyib, kitabda sübut olmadan məzhəb adı çəkilir məncə bu mənasizdir,kitab mənə dinin islamın həqiqətən lazım olduqunu əsl insanlıq olduqunu azda olsa başa saldı və hansi tərəfdən baxsan yenə ən düzgün yaşam islamdir sadəcə qurandaki hali ilə insanlar tərəfindən şişirdilmiş məcburi hali ilə yox qisada olsa mənim anladiqlarim bu qədər idi/Təşəkkürlər
İlahi Ədalət
İlahi ƏdalətMurtaza Mutahhari · İrşad · 012 okunma
Vilayət barədə bəzi hədislər göstərir ki, belə şəxslər bütün ömürlərini ibadətə sərf etsələr, lakin Allah vəlisini tanımasalar, ibadətin onlara xeyri olmaz.
Reklam
Könüldən gəlməyən dua, yaxşı bil, Mənasız bir işdir, ibadət deyil. Sidq ilə ibadət eləsə insan, Naümid qayıtmaz haqq dərgahından.
Bismilləhir Rahmənir Rahim
Vilayət barədə bəzi hədislər göstərir ki, belə şəxslər bütün ömürlərini ibadətə sərf etsələr, lakin Allah vəlisini tanımasalar, ibadətin onlara xeyri olmaz. Bu necə ibadətdir?! Əmirəlmöminin bunlarla vuruşurdu
Sayfa 220Kitabı okudu
Bax, nəzri neyşə verirsən, hə? Yəni deyirsən ki, ay Allah, sən mənim bu işimi düzəlt, mən də sənə filan şeyi verim. Bu rüşvət deyil nədi? Yaxud mən oruc tutum-namaz qılım, fıtrə-zəkat verim; sən də məni behiştə göndər. Bəs bu da rüşvət deyil, nədi, hə? Mən ölüm özün bir dərindən fıkirləş gör belədi, ya qeyri-belədi?! Verilən sədəqə, elənən ibadət qərəzsiz olmalıdı, heç kəs bunun əvəzində Allahından, peyğəmbərindən, imamından bir şey istəməməlidi. Bax, mənim dediyim budu...
420 syf.
10/10 puan verdi
·
Beğendi
·
28 günde okudu
Həqiqətən kitabın içində həyatı dəyişdirəcək sözlər və zikrlər toplanıb. Çox faydalı kitabdır. Həm islami psixoloji yöndən, həm də ibadət yönündən. İnsan həyatı enişli, yoxuşludur. Bir asanlıq, bir çətinlik ömrümüz boyu gəlir, gedir. Sıxıntı anında olan biriylə söhbət edir sanki kitab. Yol göstərir. Yol da təbii ki, yolların ən doğrusu Allaha yönəlmək. Həqiqətən Qəlblər sadəcə Allahın zikri ilə rahatlıq tapır. (Quran 13/28)
Həyatı Dəyişdirəcək Dua Və Zikrlər
Həyatı Dəyişdirəcək Dua Və ZikrlərYaşar Qurbanov · Ave Print · 20232 okunma
Reklam
Şəmsə olan eşqinin böyüklüyünə ibadət edirdi könlü...
"Varlılar günahlarının əfvi üçün məscid tikdirirlər,kasıblar günahlarının əfvi üçün bu məscidlərdə ibadət eləyirlər...."
Bismilləhir-Rahmənir-Rahim Əlhamdu lilləhi rabbil-‘aləmin. Ərrahmənir-rahim. Məliki yəumiddin. İyyəkə nə’budu və iyyəkə nəstə’in. İhdinəs-sıratal-müstəqim. Sıratal-ləzinə ən’amtə aleyhim ğayril məğdubi ‘aleyhim vələd-dallin. Tərcüməsi: Rəhman və Rəhim olan Allahın adı ilə! Həmd olsun aləmlərin (insan, cin və mələklər aləminin) Rəbbi olan Allaha, Rəhman və Rəhim olana, Din (axirət) gününün sahibinə! Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik. Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kəslərin yoluna (yönəlt), qəzəbə düçar olmuşların və azmışların yoluna yox!
Razısınız mı?
Rəhmli Allaha yaxşı ibadət etmədiyimiz üzündən xəstələnir və min cür məşəqqətlərə düçar oluruq.
Reklam
İnsana məxsusdur itaət etmək, Müqəddəs məqamı ziyarət etmək, Məbuda vacibdir ibadət etmək, Mənəvi nur ruha namazdan gəlir! Əvvəl əzaya dəstnamazdan gəlir! Mömün adam var ki ölüb getsədə Ətri möhürdən,cənamazdan gəlir!
Böyük Peyğəmbərdə elm əxlaqla birgədir, hökumət hikmətlə, Allaha ibadət xalqa xidmətlə, cihad mərhəmətlə, Allaha eşq Allahın məxluqlarına eşqlə, başucalığı təvazökarlıqla, realistlik uzaqgörənliklə, xalqa sədaqət və doğruluq siyasi mürəkkəbliklə, ruhun Allah zikrinə qərq olması cismin sağlamlığı ilə maraqlanmaqla birgə.
376 syf.
·
Puan vermedi
Tanrı bizim ruhumuzu büsbütün əhatə edib.
"Hamı gizli, həm də hiss olunacaq qədər aşkar bir qüvvənin daim ona nəzarət etdiyini, onu izlədiyini, heç bir zaman tək buraxmadığını hiss edir, Villi. Ruhumuz gecələrin zülmətində, ən ağır tənhalıqda belə tək olmadığını, onunla daim birgə olan varlığın isti və mehriban nəfəsini hiss edir. Hamı yatanda belə O yatmır. Həmişə... Eşidirsən, Villi? Həmişə bizimlə bərabər olan biri var. Tanrı bizdən ayrı deyil. O, bizim ruhumuzu büsbütün əhatə edib." Uzun zamandır oxumaq istəyib, fürsət tapa bilmədiyim kitabın təsadüfən bu səhifəsi açıldı. Tam da ehtiyacım olduğu zamanlarda nöqtə atışı, sanki suallarıma cavab olan bu kəlmələri yəqin ki, yazıçı da həyatında bir fırtınadan çıxandan sonra təcrübə edib yazıb. Hürufilərin dedikləri ilə səslənən bu fikir-"Tanrı bizim içimizdədir" - məni həyata təkrar bağladı. Həqiqətən Tanrını niyə daim göylərdə məskunlaşan və qorxulması lazım gələn varlıq deyə təsəvvür edirik ki?! O bizi sevir, bizə şah damarımızdan daha yaxındır. Nə xoş Tanrını sevərək ibadət edənlərə...
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,679 okunma
338 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.