Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu. Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir. Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir. Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq. Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024319 okunma
9/10
·217 syf.··
2026 60. kitabı
·
10 günde okudu
·
Okunma: 04 Haziran 2026 22:32
Bəli ,siz həyatınızı və gələcəyinizi düşüncələrinizlə formalaşdırırsınız! Uzun zamandir oxumaq istediyim kitablardan biri idi bu Kainatın ən böyük gücünə sahib olduğunuzu bilirsinizmi? Bu güc düşüncədir. Həyatınızı idarə edən əslində düşüncə tərzinizdir.Düşüncə tərziniz sizi uğurdan uğura apara, yaxud tam bir uğursuzluğa sürükləyə bilər; sizə sevgi və xoşbəxtlik bəxş edə və ya tənhalıq və çətinliklərlə dolu bir həyat yaşada bilər. Jack Ensign Addington tanınmış hüquqşünas olmaqla yanaşı, mənəvi elmlər sahəsində də təhsil almış və bu sahədəki biliklərini uzun illər davam edən dərin araşdırmalarla inkişaf etdirmiş bir şəxsdir. Müəllif insanın qarşısında yeni üfüqlər açan bu kitabında Universal Ağlın müdrikliyindən necə istifadə edə biləcəyimizi, insanın özünü məhdudlaşdıran düşüncə qəliblərini necə aradan qaldıra biləcəyini və uğursuzluğu necə möhtəşəm bir uğura çevirə biləcəyini izah edir. O, bu bilikləri Ortaq Şüurdan necə əldə edə biləcəyimizi öyrədir. Jack Ensign Addington bəhs etdiyi prinsiplərin doğruluğunu sübut etmiş bir mütəxəssis kimi, insanın möcüzəvi potensialını böyük inam və səlahiyyətlə gözlər önünə sərir.
%100 Düşünce GücüJack Ensign Addington · Akaşa Yayınları · 19993,264 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
8/10
·216 syf.··
2026 5. kitabı
Daha bir hikmetli sozlerle zengin olan menasi derin çatdirmaq istədiyi mesaj menali ve ehateli olan bir felsefi roman Kimyagər insanın “xəzinəni” dünyanın hansısa yerində deyil, öz daxilində tapdığını göstərən ilhamverici bir əsərdir. Roman insanın öz şəxsi əfsanəsini (həyat məqsədini) tapması və onun ardınca cəsarətlə getməsi haqqındadır. Əsərin mərkəzində gənc çoban Santyaqo dayanır. O, gördüyü təkrarlanan yuxunun iziylə İspaniyadan Misir piramidalarına doğru səyahətə çıxır. Bu yol sadəcə fiziki deyil, eyni zamanda daxili bir yolçuluqdur. Əsərdə əsas ideyalar bunlardır: İnsan ürəyinin səsini dinləməlidir Hər kəsin bu dünyada yerinə yetirməli olduğu bir missiyası var Qorxu, şübhə və rahatlıq arzuları insanı məqsədindən uzaqlaşdıra bilər Kainat, insan məqsədinə səmimi şəkildə yönəldikdə ona kömək edir Sevgi, azadlıq və inam bir-birinə zidd deyil Kimyagərlik romanda simvolik məna daşıyır: — maddəni qızıla çevirmək deyil, — insanın özünü kamilləşdirməsi, ruhən dəyişməsi və həqiqi dəyəri tapmasıdır
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015246,6bin okunma
10/10
·103 syf.··
2026 6. kitabı
Kitaba keçməzdən öncə qeyd etməliyəm ki, müəllif sona yaxın həm əsərin adının, həm də üz qabığındakı təsvirin mahiyyətini elə bir dəqiqliklə açır ki, oxucu bu seçimin heç də təsadüfi olmadığını anlayır. Hətta deyərdim ki, kitabın bütün fəlsəfəsi məhz bu ana xətt üzərində qurulub. Povestdə həyatda edilən yanlış seçimlərin ətrafındakı doğru insanların taleyini necə alt-üst etdiyi böyük ustalıqla təsvir olunub. Əsərdəki obrazların hər biri( Hamlet, Liliya, Bulud, Türkay, Nazilə, Əli, Mirzə )o qədər canlıdır ki, onların heç birinin təsadüfi olmadığını, hər birinin taleyinə incəliklə toxunulduğunu hiss edirsən. Hekayə Türkayın yetimxanadakı acınacaqlı həyatı ilə başlayır. Türkayın timsalında biz günümüzün ən böyük ağrılarından birini ,valideynləri tərəfindən ya məcburiyyətdən, ya da məsuliyyətsizlikdən kimsəsizlər evinə atılan uşaqların acı taleyini görürük. Müəllif oxucuya çatdırır ki, o soyuq divarlar arasında tənhalığı iliklərinə qədər duyan bu uşaqlar üçün yad bir insanın kiçik bir nəvazişi belə ruhlarında böyük ümidlər cücərdə bilər.Əsərdə ailə daxili problemlər, xüsusən də Hamletin atası ilə olan münasibəti çox təsirli işlənib. Atasının, onun rus xanımla qurduğu xoşbəxt nikahına etiraz edərək onu övladlıqdan silməsi və çətin anında yanında durmaması bir övladın yaşaya biləcəyi ən ağır sınaqlardan biridir. Valideynlər övladlarının seçimlərinə hörmət etməli, onlar büdrəyəndə isə kürəklərini söykəyə biləcəyi bir dağ olmalıdırlar. Kitabda insana dair hər şey var: dostluq, sevgi, önyarğı və inam. Əsər o qədər axıcıdır ki, bir nəfəsə oxunur; geriyə boylananda qaranlıq qalan heç bir detal yoxdur. Mütaliə zamanı bəzən obrazlara qarşı önyarğı ilə yanaşdığım, onlara əsəbləşdiyim anlar olsa da, sona çatdıqda anladım ki, heç nə ilk təəssüratdakı kimi deyil və hər şeyə səbrlə
1000Kitap
Əl İşiNərimanlı · Adiloğlu Nəşriyyat · 20242 okunma
8/10
·296 syf.··
2026 33. kitabı
·
6 günde okudu
·
Okunma: 14 Nisan 2026 23:32
Óncelikle onu qeyd edimki bu kitabi oxuyub bitiren kimi maddi anlamda heçkes zengin olmur)) (Mənəvi anlamda ola biler Hill -in sayca 3cu kitabini bitirdim ve bu kitab da mövzü baximindan biraz "Dusun ve Varlan "a benzeyir .N.Hill burada zengiliyii yalnizca maddiyyatda yox , menevi alemde de axtarmaqdan soz acir ,hemcinin burada zengin olmağin yollari ,sehmler ,alqi -satqi ,biznes metodlari ile deyil tamamile ferqli yönde, psixoloji yönde insana çatdirilir .Bunun üçun öncelikle insanin daxili alemini ,psixikasini zenginlesdirmekden danisilir . Hill deyirki : "Insan ózú uçun heyifsilendikfe ve uğursuzluqlarina beraet dusundukde,tedricen ólmeye başlayir " Yaziçinin zengiliyin açarini gosterdiyi amiller ise bunlardan ibaretdir musbet psixoloji meram irade terbiyesi şexsi nizam intizam musbet emosiyalar vicdan ,yaddas,tehtelsúur psixi qurulus texeyyul ,tefekkur ,telepatiya ebedi idrak inam ,tesebbus,qeti meqsed ve s Butun bu amiller bir biri ile vehdet teskil edib ,bir birine sixca baglidir .Zengin rifaha sahib olmaq ucun insan once daxilen zenginlesmelidir ve ozunu ruhen potensial guclu etmelidir.Kitabda eyni zamanda duncaya şöhret qazanmis bir çox zenginlerin heyatindan da nümunələr gosterilib ,onlarin zenginlik zirvesine 0 dan nece gelib çatmalari qeyd olunub.Bele deyerdim bu kitab size zengiliye çatmağda bir nov motivasiya rolunu oynayir🩷
Zənginliyin AçarıNapoleon Hill · Qanun Nəşriyyatı · 039 okunma
9/10
·208 syf.··
Beğendi
·
2026 6. kitabı
Hector Garcia & Francesc Miralles -İkigai (Yaponların uzun ve mutlu yaşam sırrı) kitabını oxuyub bitirdim. Kitabın əsas məzmunu İkigai termini yaponcadan tərcümədə “həyatın səbəbi / yaşama səbəbi” məna­sını verir. Onlar Okinavanın uzunömürlü icmalarından, gündəlik vərdişlərindən və daha sonra ikigainin praktiki elementlərindən—nəyi sevdiyin, nəyi yaxşı bacardığın, insanlara nə fayda verdiyin, nə üçün pul ala biləcəyindən danışırlar. İkigai- səhər oyanmaq üçün məqsəddir, yaşam amacıdır, həyata tutunma nədənidir. Yaponlara görə hər kəsin ikigaisi olmalıdır. Vacib deyil bu işidir, həyatıdır, hobbiləridir.Əsas məqsəd insanı həyata bağlayan nəsnədir. Əgər bir insanın səhər oyanması üçün səbəbi varsa o insan yaşayır deməkdir. Səhər oyanıb yeni günü salamlamaq, ətrafındakı insanlara görə şükür etmək, dostlarına, ailənə, işinə, həyatına, övladına, yaşama səbəblərinə görə şükür etmək yaponlara görə ömrü uzadan faktordur. Bunu gündəlik rutin halına gətirib hər səhər edirlər. Həm təşəkkür edirlər, həm də çalışıb həmişə gülümsəyirlər. Gülümsəmək də ömrü uzadan amillər sırasında sadalanır.Yəni nə olursa olsun çətinliklərdən sonra da dimdik dura biliriksə ancaq gülümsəməliyik. Digər hallar da var.Qidaya çox önəm verirlər.Az yemək, daha çox tərəvəzdən istifadə eləmək, süfrədən tox qalxmamaq, daima hərəkətdə olmaq, yüngül idmanlar eləmək, çoxlu gəzmək və təbiətlə təmas bu xalqın uzun yaşam sirridir. Kitab çox motivasiya doludur. Çox faydalı idmanlar məsləhətlər var. İnsan düşüncələri ilə bütün həyatını idarə edir və dəyişir. Evrenə ancaq müsbət enerji ötürür və o enejini geri alır.İnsan təşəkkür edir. Mən həmişə deyirəm.Təşəkkür neməti çoxaldır.Hətta ən pis hadisə vaxtı da təşəkkür etmək lazımdır.Yaradana inam, hər şeyin onun əlində olmasına güvənmək lazımdır. Buna Tanrı, Evren,
IkigaiFrancesc Miralles · Penguin Books · 201723,9bin okunma