Habil Yaşar, “Ədəbiyyat və incəsənət” -Xoş gördük, Güzide xanım. Zəhmət olmasa öncə özünüz haqqında azərbaycanlı oxuculara məlumat verərdiniz. -Bakalavr təhsilimi İqtisadiyyat fakültəsində, magistratura təhsilimi isə Fatih Universitetinin Hüquq fakültəsində bitirmişəm. Bilgi Universitetində ədəbiyyat seminarlarına qatılaraq yazıçılıq təhsili, həmçinin, Ssenari Müəllifləri Assosiasiyasının emalatxanalarında ssenaristlik təhsili almışam. -Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı. -Ancaq ədəbi səyahətimə başlayanda mənə güc verən böyük bir ailəmin olması idi. Yazmağıma imkan verən əsas arteriya bu gün həyatda olmayan ailə ağsaqqallarımdan aldığım ilham oldu. Məsələn, babam Avni Narmanlı böyük şair olub. Onun da çox dəyərli romanları, hekayələri var idi. Eləcə də, mənim yazıçı şəxsiyyətimin formalaşmasında atam Nebil Kotanın anama yazdığı şeirlər çox dəyərlidir. Bu dəyərli mirasdan aldığım payla ürəyim ucaldı, dünyagörüşüm genişləndi. Bu arada istedad mütləqdir. Bununla belə, onun texnikasını və riyaziyyatını öyrənmək mümkündür. Məsələn, tənlik qurulmazsa, cümlələr titrəyəcək və sözlər səpələnib havada uçacaq. Ədəbiyyatın texnikası və riyaziyyatı ziddiyyətli ifadə kimi görünsə də, mən belə hesab edirəm. Mən ağlımdan, eləcə də ürəyimdən istifadə edərək düzgün və nizam-intizamla yazmağın tərəfdarıyam. Tələb olunan şey çox diqqətli və rasional olmaqdır. Bütün məsələ diqqəti cəmləmək, personajların ruhuna daxil olmaq, onlar kimi düşünmək və o insan olmaqdır. Xarakterlərin mükəmməl uyğunlaşması, kəskinləşməsi və işarələnməsi. Bir sözlə, mövzunun mənimsənilməsi və möhkəm konstruksiya. Personajları yaxşı bilmək və buna görə də ədalətli davranaraq onları yazarkən obyektiv olmaq lazımdır. -Əsərləriniz haqqında məlumat verə
Edebiyat
Habil Yaşar, “Ədəbiyyat və incəsənət” Türkiyədə özünə ad eləmiş yazarlarla müsahibələrimi davam etdirirəm. Növbəti müsahibim Funda Gündüzdür. -Zəhmət olmasa öncə özünüz haqqda azərbaycanlı oxuculara məlumat verərdiniz. -Mən Funda Gündüz! İstanbul Universitetinin Arxeologiya fakültəsini bitirdikdən sonra uzun müddət Londonda dil təhsili aldım. Evə qayıtdıqdan sonra müxtəlif şirkətlərdə administrator köməkçisi kimi çalışdım. Universitetdə “Korlar cəmiyyəti” qəzetində köşə yazarı idim. O illərdə mən hələ şeir yazır, yazdıqlarımı yoxlayır, redaktə edirdim. Həmişə yazmağa həvəsim olub. Sonradan bir dostumun təşviqi ilə yazmağa başladım. Mən bioenergetik olduğum və kvant sahəsinə marağım olduğu üçün özümü təkmilləşdirməyə çalışıram. Kənd məktəblərinə kitab göndərməklə uşaqların təhsilinə töhfə verirəm. “Yazıçılar və Şairlər Həmrəylik Dərnəyi”nin (“Yazarlar ve Şairler Dayanışma Derneği”) üzvüyəm. Assosiasiyanın sosial media moderatoruyam. Canlı yayım proqramında birliyimizə üzv olan yazıçı və şairləri və onların kitablarını təqdim edirəm. Ədəbiyyata verdiyim töhfələrə görə Yazşa-Der Ədəbiyyat Onur Mükafatına sahibəm. Yazılarım, şeirlərim “Literaturekulisi” jurnalında dərc olunur. “Son Baskı” qəzetində yazılarımı davam etdirirəm. -Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı. -İbtidai məktəbdə oxumağa başladım. Orta məktəb illərində dünya klassik ədəbiyyatının ən yaxşı yazıçılarını oxuyurdum. Oxumağa həvəsim bu yaşa qədər heç vaxt keçməyib. Mən ömrüm boyu ədəbiyyatı sevmişəm. Yeni müəlliflərə diqqət yetirər, onları incələyərdim. Mən hələ də yeni gələn yazıçılara, şairlərə diqqət və qayğı ilə yanaşıram. İndi bizim çox gözəl yazıb-yaradan yeni yazıçılarımız, şairlərimiz var. Cəmiyyətin bu mövzuda yeni yazanlara bir az da həssas olması
Edebiyat
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Daha öncə 1000 kitabda hansı yazıçı öz kitabını incələmə etnmişdir?
Hərbi xidmətdə ikən çoxlu kitablar oxuyurdum. Bunu görən komandirlərim bölükdə olan bütün kitabları yığdıraraq oxumağa qadağa qoydular. Əlimdə oxumağa kitab olmadığı zaman mən də başladım öz kitabımı yazmağa. Mənə görə, ən güclü əsərkər iki yerdə yazılır: Hərbidə və həbsdə. Çünki sən orada olarkən özün-özünlə tək qalıb içindəki Allahla söhbət edə, onun sənə nələri pıçıldadığına diqqət yetirə bilirsən. Sürətli dünya və günümüzün sosial şəbəkələri bizlərin beynini dolduraraq insanları həzz mərkəzli bir dünyada yaşamağa vadar edir. Bunun dövlətlə və ya ölkə siyasəti ilə əlaqəsi yoxdur. Dünyanın hər yerində bu belədir. Ya sən kölə kimi çalışmalı və vəzifəsi səndən üstün olanların tapşırığını yerinə yetirməli, ya da dünya həzlərinə aludə olaraq onların əsirinə çevrilməlisən. " Hərbidən Qeydlər " bir əsgərin başına gələn gündəliklər toplusu (bu gün nə içdim, nə yedim, komandirim mənə nə dedi) kitabı deyil. Bu kitabı oxuyarkən deyəcəksiniz ki, bunlar sanki mənim düşündüklərimin dilə gəlmiş halıdır. Siz özünüzlə baş-başa qalanda bu fikirlərin hər birini hiss edirsiniz, lakin onları dilə gətirmək, qələmə almaq, bunlar hamısı bir yazarın öhdəsinə düşən borclardan biridir. Borcdur, ona görə ki, Allah sənə istedad veribsə, öz üzərində çalışmalı və onu düzgün dəyərləndirməlisən. Əgər çalışıb özünü inkişaf etdirməsən sənə bəxş etdiyi kimi, onu səndən ala da bilər. Lakin bir oxucu üçün bunlar o qədər də önəmli şeylər deyil. Heç kim sənin dalğalarla necə döyüşdüyünə baxmaz, gəmini limana çatdırıb-çatdırmayacağına baxar. Gəmi limana sınmış vəziyyətdə də çatsa, sən artıq seviləcəksən, demək ki, insanların gözündə dəyər qazana bilmisən. " Hərbidən Qeydlər " kitabı da bir gəmidir. Sizi özünüzlə baş-başa buraxmaq üçün mən sadəcə bir vasitəçiyəm. Mən sadəcə içimdəki ruhani ilə tək qalaraq onun nələri
Roman
ADI VAR, ÖZÜ YOX!
5 DEKABR DÜNYA QADIN HAQLARI GÜNÜDÜR! Azərbaycanda qadın hüquqları XX əsrin başlanğıcında Azərbaycanda qadın hüquqları problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində qaldırıldı. Onun təsisçisi, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlı müsəlman aləmində qadın azadlığı məsələlərindən bəhs edən məqalələr yazıb çap edirdi. Onun bu mövzudakı yazıları əsasən qadının azadlığını məhdudlaşdıran və ətraf aləmdən, ictimai həyatdan təcrid edən problemlərə həsr olunurdu. XX əsrin ilk illərində Azərbaycan qadınlarının təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm addımlardan biri H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. Məktəbin təntənəli açılışı günü – 1901-ci il oktyabrın 7-də “Kaspi” qəzeti Qafqaz (Zaqafqaziya) müsəlmanlarının Şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin xeyir-duasını da dərc etmişdi. O, İslamın tarixindən, həkim, alim kimi şöhrət tapmış müsəlman qadınlarının həyatından misallar və sitatlar gətirmiş və demişdi: "Bu tarixi sitatlardan məqsədim budur ki, nə din, nə şəriət təhsil və tərbiyə sahəsində qadınların hüquqlarını məhdudlaşdırmır. Belə olsaydı, İslamda bu qədər şöhrətli müsəlman qadını yetişməzdi. Əgər bu vaxta qədər Zaqafqaziyada qızlara təhsil verilməyibsə, bunun səbəbi təkcə məktəbin yoxluğu deyil, həm də kök atmış ziyanlı adətlərdir. " Maarifçi ziyalıların səyləri nəticəsində XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. Hətta onlar artıq yetişmiş problemlərini qadınların özləri tərəfindən ictimai rəyə çatdıran “İşıq” kimi qadın qəzetinin meydana çıxmasına nail oldular. “İşıq” qəzetinin ilk nömrəsi 1911-ci il yanvarın 22-də çap edilmişdir. 1912-ci ilədək 68 nömrəsi işıq
Kadın Hakları
Gündəlik (Jül Renar) /11.06.1892
İstedad pul kimi şeydir, onun barəsində danışmaqdan ötrü ona malik olmaq məcburi deyil.
Edebiyat
Anton Çexov: tərbiyəli insanın 8 keyfiyyəti Çexovun qardaşına yazdığı məktubdan bir hissə: ... Tərbiyəli insanlar, mənim fikrimcə, aşağıdakı məziyyətlərə sahibdilər: 1) Onlar insan şəxsiyyətinə sayğı ilə yanaşırlar, buna görə həmişə mərhəmətli, mülayim, nəzakətlidilər, güzəşt etməyi bacarırlar... Çəkici qoyduqları yerdə tapmayanda və ya rezin qaytan itəndə onlar hədəqədən çıxmırlar; birgə yaşadıqları adamlara buna görə minnət qoymurlar, ayrılıb getdikdə isə, “sizinlə yaşamaq olmur!” demirlər. Onlar səs-küyə də, narahatlığa da, qazanın dibinin yanmasına da, xörəyin dadsızlığına da, evə xoşlmadıqları qonaqların gəlişinə də dözümlü ola bilirlər... 2) Onlar təkcə səfillərə və pişiklərə qarşı mərhəmətli deyillər. Adi gözlə nəzərə çarpmayan çox şeylər var ki, onların qəlbini dağlayır... 3) Onlar özgəsinin mülkiyyətinə ehtiramla yanaşırlar, buna görə də borclarını vaxtında ödəməyə çalışırlar. 4) Onlar səmimidilər, riyakarlıqdan uzaq olmağa çalışırlar. Əhəmiyyətsiz söhbətlərdə belə yalan danışmağı özlərinə rəva bilmirlər. Onların fikrincə, yalan danışmaq dinləyiciyə hörmətsizlikdir, bununla dinləyicinin gözündən düşə bilərsən. Onlar əzilib-büzülmürlər, evdə necə isə, küçədə də özlərini elə aparırlar, özlərini gözə soxmağa çalışmırlar... Onlar çərənçi deyillər, yeri gəlmədən danışmırlar, burunlarını hara gəldi soxmurlar... Qulaq dəng etmək onlara xas olmayan məziyyətdir. 5) Onlar özlərinə qarşı şəfqət və yardım hissi oyatmaq üçün canlarına qəsd etmirlər. Onlar kiminsə qəlbinin həssas tellərinə toxunub, əvəzində qaygı və himayə gözləmirlər. Onlar “məni başa düşmürlər!” kəlməsini dilə gətirmirlər... 6) Onlar fani deyillər. Onların məhşurlarla tanışlıqdan, dəbdəbəli salonlara sakin olmaqdan fərəhlənmək ehtiyacı yoxdur. 7) Özlərində istedad duyurlarsa, ona mütləq ehtiramla