Hər bir vəzifəyə namizəd seçdikdə, adamın zehni istedadından artıq əxlaqi sifətlərinə fikir verilir. Liliputlar belə bir fikirdədirlər ki, orta dərəcədə zehni inkişafa malik olan hər bir adam bu və ya digər vəzifəyə qabildir. Axı, tale ictimai işləri idarə etməyi hələ heç bir zaman elə dərin və mürəkkəb bir sirrə çevirməyi nəzərdə tutmuşdur ki, bu sirri yalnız bir əsrdə üç nəfərdən artıq doğulmayan böyük dahilər həll edə bilsinlər. Əksinə, liliputlar bu fikirdədirlər ki, doğruluq, yumşaqlıq və başqa bu kimi sadə, xoş sifətlər təcrübə və xeyirxahlıqla birlikdə hər bir insanı öz vətəninə xidmətkar bir adam edir. Belə bir adam xüsusi bilik tələb edən vəzifəlilərdən başqa, hər bir vəzifəni tuta bilər. Onların rəyinə görə, ən yüksək zehni istedad əxlaqi ləyaqəti əvəz edə bilməz. Onlar deyirlər: "Mühüm vəzifələri belə istedadlı adamlara tapşırmaqdan təhlükəli bir şey yoxdur. Xeyirxah məqsədlər güdən bir adamın cehaletinden əmələ gələn səhvi həmişə asanlıqla düzəltmək olar. Amma öz nöqsanlarını gizlətməyi və heç bir cəza görmədən bunlara uymağı bacarmaq qabiliyyətinə malik olan bədniyyət bir adamın fəaliyyəti ictimai mənafe üçün çox böyük bir təhlükədir".
Alıntı
Adil müəllimin yerini heç kim vermir...Onun bir sözü vardı. Həmişə bizə deyirdi, "Bax, xəmiri qoyursan ovucuna, sıxırsan. Barmaqlarının arasından xəmir çıxıb yerə tökülür, istedad da belə şeydir..."
Sayfa 48·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
Uğurun açarı davamiyyət, inad və ardıcıllıq olduğu qədər həm də özünəinamdır. Çünki inam olmayan yerdə istedad səssiz qalır...
Sayfa 29·Kitabı okudu
Alıntı
II Fəsil - 1
Məqsədinə nail olmaq bir marslı üçün çox vacibdir, çünki, bu ona öz istedad və qabiliyyətini sübut etmək üçün bir yol və özünü daha yaxşı hiss etmək üçün bir vasitədir.
Sayfa 29·Kitabı okuyor
Tədqiqatlar göstərir ki, zaman keçdikcə beyinin daha az hissəsi fəaliyyətə cəlb olunur. İstedad məsələsində də eyni vəziyyət müşahidə edilir. Yüksək intellektə malik insanlar eyni məsələlərin həllinə daha az əmək sərf edirlər, bunu göz bəbəklərinin ölçüsü və beyinin aktivliyi də göstərir. Həm fiziki, həm əqli səylərə eyni “ən az səy” qanunu tətbiq olunur. Bu qanuna əsasən, insanlar bir məqsədə nail olmaq üçün bir neçə variant arasından ən az məsrəf tələb edənə meyil edirlər. Fəaliyyətin mühasibatında məsrəf göstərilən səylərdir, vərdişlərin əldə olunması isə məsrəf və mənfəət arasında nisbəti tarazlaşdırır. Tənbəllik isə insan təbiətinin ayrılmaz hissəsidir.
Sayfa 42
Alıntı
İstedad vərdişin yanında cılızdır. İstedad arada gəlir, sonra gedir, vərdiş isə buldozer kimi sizin qabiliyyət və bacarıqlarınızı şumlayır.
Sayfa 29 - "Nərdivan" Nəşrlər Evi·Kitabı okudu