10/10
·154 syf.··
Beğendi
·
2026 1. kitabı
Bir ittifaqda olduğumuz dəyərli Nuray Rəşidlinin "Vətən Sahibi" kitabını müzakirə etdik və etiraf etməliyəm ki, bəzi kitablar sadəcə oxunmur, həm də yaşanır. Nuray xanım, bizə şəhidimiz Sahib Məmmədovun timsalında təkcə bir qəhrəmanı deyil, həm də sarsılmaz bir iradəni və böyük bir ata qəlbini tanıtdığı üçün yazıçıya minnətdaram. Kitabın hər səhifəsində vətənə olan sevginin ailəyə olan bağlılıqla necə vəhdət təşkil etdiyini gördüm; xüsusilə o yarımçıq qalan məktubun sızısı hələ də içimdədir. Bir yazmağı sevən olaraq deyə bilərəm ki, belə mənəvi yükü olan mövzuları bu qədər axıcı və səmimi qələmə almaq böyük istedad tələb edir. Bu əsər mənim üçün sadəcə bir xatirə kitabı deyil, həm də gələcəkdə qələm alacağım mövzularda mənəvi bir bələdçi oldu. Qəhrəmanlarımızı unutdurmadığınız və biz gənclərə belə dəyərli bir miras qoyduğunuz üçün çox sağ olun. Qələminiz həmişə bu cür işıqlı və təsirli olsun!
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma
Puan vermedi·484 syf.··
2025 59. kitabı
·
25 günde okudu
·
Okunma: 28 Aralık 2025 22:00
“Qəşəng Dost” əsəri 19-cu əsrdə Fransada cəmiyyət, manipulyasiya, güc və yüksəlmək arzularını tənqid edən realist bir əsərdir. Əsərin baş qəhrəmanı Dürua kasıb bir kəndli olur. Heç bir biliyə malik olmamasına baxmayaraq jurnalistika sahəsində yüksək mövqe tutur. Dürua heç bir istedadı olmadan cazibəsi və riyakarlığı hesabına yüksəlir. Əsərdə təsvir edilən qadınlar həm güc, həm də patriarx rejimin qurbanlarının simvoludur. Dürua onları yalnız alət olaraq görür. Cazibəsi və yaraşığı hesabına onlarla münasibətdə olur, onları aldadır və qadınların dəstəyi ilə karyerasında irəliləyir. İkiüzlülüyünə görə isə qətiyyən peşman olmur. İşlədiyi redaksiyadan öz mənfəəti üçün istifadə edərək məqalələr yazır. Dürua əlində olan bu imkandan insanları idarə etmək üçün istifadə edir. Əsər boyu Dürua heç bir vicdani əzab çəkmədən yalan danışır, insanlardan istifadə edir, onları aldadır. Və nəticədə karyerasının ən yüksək mərtəbəsinə qalxır. Mopassan bununla tənqid edir: - Cəmiyyət istedad və səmimiyyətə yox, görüntüyə əhəmiyyət verir. Uğura gedən yolun ikiüzlülük və yaltaqlığa açıq olduğunu təsvir edir - Kütləvi informasiya vasitələrinin təhrif olunmuş məlumatlarla güc sahiblərinə xidmət etdiyini vurğulayır
Qəşəng DostGuy de Maupassant · Teas Press Nəşriyyatı · 2023917 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
9/10
·400 syf.··
Beğendi
·
2025 8. kitabı
·
79 günde okudu
·
Okunma: 27 Ağustos 2025 20:56
“Martin İden” əsəri insanın öz gücü ilə yüksəlməsinin həm ilhamverici, həm də faciəvi tərəflərini göstərir. Jack London bu romanda zəhmət, istedad və cəmiyyətin laqeydliyi arasında qalan bir insanın həyatını təsvir edir. Martin İdenin hekayəsi oxucuya sübut edir ki, maddi uğur və şöhrət hər zaman daxili xoşbəxtlik gətirmir. Əsərdə müəllif həm sinif fərqlərini, həm də məhəbbətin və dəyərlərin necə dəyişkən ola bildiyini göstərir. Bu roman oxucunu düşündürür: həqiqi xoşbəxtlik nədədir – sevgidə, uğurda, yoxsa sadəcə daxili rahatlıqda? Martin İden obrazı özünü inkişaf etdirmək istəyən, amma cəmiyyətin sərt divarları ilə üzləşən hər kəsin həyatına güzgü kimidir. Ona görə də bu əsər həm ümid, həm də həyatın mənası haqqında dərindən suallar verən ölməz bir hekayədir.” Martin Eden Jack London
Duygu ve Düşünce
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135,3bin okunma
Puan vermedi
Xalq şairi Süleyman Rüstəm XX əsr Azərbaycan ədəbiyyatının ilk təməlini qoyan yazıçılar nəslin mənsubdur. Qüdrətli söz ustasının çoxcəhətli yaradıcılığı yeni səpkili milli poeziyanin təşəkkülü və inkişafı ilə bağlıdır. Artıq mənalı ömrü poetik salnaməyə çevrilən şair 60 ilə yaxın gənclik ehtirası ilə yazıb-yaratmışdır. Azərbaycan sovet şerinin yaranışı Süleyman Rüstəmin yeni sənət naminə əlinə qızıl qələm götürdüyü vaxtdan başlayır. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdən etibarən o, bütün istedad və bacarığını xalqa, Ana Vətənə həsr etmiş, ədəbiyyatımızın mübariz bayraqdarı olmuşdur.
Əsərləri I.CildSüleyman Rüstəm · Bakı, Şərq-Qərb nəşriyyatı · 20058 okunma
8/10
Xalq yazıçısı Mirzə İbrahimov Azərbaycanın sovet dövrü ədəbiyyatının beşiyi başında dayanan, onun zənginləşməsi yolunda istedad və əməyini əsirgəməyən, bütün varlığını, duyğu və düşüncəsinin var gücünü insan dühasının nailiyyətlərinə əsaslanaraq bədii təfəkkürün hüdudlarını genişləndirmək, sənətdə yeni yollar açmaq kimi nəcib və mürəkkəb vəzifənin şərəflə yerinə yetirilməsi işinə verən görkəmli sənətkarlarımızdandır. "Seçilmiş əsərləri"nin bu cildində tanınmış ədibimizin, hər biri ayrılıqda özünəməxsus bədii ümumiləşdirmə xüsusiyyətlərinə, fabula və kompozisiya bitkinliyinə malik "Cənub hekayələri" (1946-1947) silsiləsindən bir neçə nümunə, "Həyatdan hekayələr" silsiləsindən ədəbiyyatımızın ən qüvvətli psixoloji hekayələri sırasında olan "Mədinənin ürəyi", "Metamorfoza" və s., eləcə də "Çandranın üsyanı", "Fırtına quşu", "Güləbətin" və "Pərvizin həyatı" povestləri toplanmışdır. Klassiklərimizin ölməz ənənələrini davam və inkişaf etdirərək Azərbaycan səhnəsinə "Həyat", "Madrid" və "Məhəbbət" kimi orijinal əsərlər bəxş edən Mirzə İbrahimovun dramaturgiyası cilddə "Kəndçi qızı" pyesi ilə təmsil olunur.
Seçilmiş Əsərləri 1.CildMirzə İbrahimov · Bakı, Şərq-Qərb Nəşriyyatı · 200519 okunma
Insan yeni bir səhifə açıb başlanğıc edə bilərmi?
9/10
·232 syf.··
Beğendi
·
2025 11. kitabı
·
4 günde okudu
·
Okunma: 05 Şubat 2025 03:55
Darmadağın ... Qarmaqarışıq'ın müəllifindən... Kitab barədə düşüncələrimi Qarmaqarışıq incələməsində qeyd etmişdim ) Kitabın ən sevdiyim tərəfi bu gün cəmiyyətimizdə aktual olan mövzuları çox gözəl qələmə almağındı,hər nə qədər iyrənc mövzular olsada.Oxuyanda insanlıqdan çox utandım. Bəzi insanlarla eyni havanı udmaqdan, insan olmağımdan utandım.. İnsanın insanı öldürdüyü bir cəmiyyətdə,pedofillərin aramızda çoox rahat gəzdiyi bir dünyada yaşayırıq. Çoooxx təəssüf ki bu gün ətrafımızda bu hadisələrdən onlarca,yüzlərcə eşidirik.Məhv olmuş həyatlar,puç olmuş xəyallar,ümidsiz insanlar..və daha çoxu... Kaş insanların mənəvi xüsusiyyətlərini də qiymətləndirən bir cihaz olardı deyə düşünürdü bəzən.(shf 56) deyir yazarımız.Kaş Nəimi,kaş.. Ümümiyyətlə kitabda çoox severek ve tekrar tekrar oxuduğum alıntılar oldu.Hətta bəzən "Görəsən Nəimi özü yazıb,ya pul qarşılığında kiməsə yazdırıb" deyə düşünmədim də deyil) Dünyanı duyğularımızla qəbul edir, tanıyırıq,Nəimi bilərək və ya bilməyərəkdən o duyğuları çox gözəl qələmə alıb.Bəzən sözlər də kifayət etmir, nəyinsə yoxluğunu, əskikliyini hiss edirik, dərk edirik, amma ifadə edə bilmirik.Yazar bəy onları çox incəliklə işləmişdir.Kimsə adama istedad verə bilməz. Gərək istedadlı doğulasan,özündə olmasa da istedad qələmində var))Ümid edirem bir gün Nobel alacaqsan)Xırda, əhəmiyyətsiz hesab etdiyimiz damlalardır ümmanları yaradan. Bu da böyük ədəbiyyat ümmanına atılmış kiçicik damla olsun, kimə ziyanı var ki? Sene boll oxuculu maraq dairesi arzu edirem sadece) Yaz,Yasa,Yarat) Ugurlar... Vee sonda...Dost dediklərim yaxşıı ki varsınız...
DarmadağınNəimi · Əlfəcin Nəşriyyatı · 202420 okunma