jafarovmemories

7/10
·124 syf.··
Beğendi
·
2024 11. kitabı
·
242 günde okudu
·
Okunma: 29 Ekim 2024 20:09
Varoluşa aid nəsə deyir. Sorğulayır. Godo, bəlkə də, ölümdü. Bəlkə də, yaşamaqdı. Godo “bəlkə”lərdi. Bir də bu yaxınlarda True Detectiv serialına bənzətdim bir nüansı yazım. Orda da deyir: dünyada nə varsa hər şey təkrarlanır. (Detectiv Rusti) Godo-da Estragonla Vladimir 2 gün Godonu gözləyirlər. Hər iki gündə də Godonun köməkçisi gəlir. Amma hər dəfə dünən gəldiyini inkar edir. Hər ikisi də çıxılmaz vəziyyətə düşür. Godo gəlmir ki gəlmir.
Godot'yu BeklerkenSamuel Beckett · Kabalcı Yayınevi · 200010,1bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
7/10
·448 syf.··
2024 1. kitabı
Nə qədər oxuduğun, nə qədər tənqidi yazı, hermenvtikanın dərinliyinə varmağın əsas deyil… Bir romanı, bir hekayəni, bir şeiri təhlil edəndə, yaxud haqqında müəyyən şərhlər verərək söhbət açanda mütləq özündən bir damla ora qatırsan. Bunun səbəbi isə çox bəsitdir. Sən elə oxuduqlarında özünü görürsən. Özündən nələrisə görmək istəyirsən. Bəlkə, də elə oradakı sənin özünsən. Bax elə bir nəsnəni anlamğın özünü anlamağına dəlalət edir. Orada nə görürsən? Nədi səni incidən? Qorxuların? Arzuların? Ya? Könül elçisi - könlüm harada elçidir? Bu diyarda, o diyarda? Ya bu könül göyərçinidir, uçur-uçur, qonmur, elə hey uçur… O başda keçmişin, ailən, doğmaların… Bu başda istəklərin, arzuların, xəyalların - gələcəyin… Oruc bəy çox çalışdı, çox mücadilə verdi öz içi ilə, amma alınmadı, oğluna məktub yazdı “səni hamıdan çox sevən atan” deyə ona xitab etdi, amma içindəki keçmişi, doğmalarını bir kənara ata bilmədi. Oğlu məktubu oxudu. Atası çoxdan dünyada yox idi. Bəs bu könül hansı könül idi? Həqiqətən, öz yalnızlığı ilə səfarətin içində itib-batan bu böyük ürəkli, xəyalları olan bir adam idi, yoxsa bizim bilmədiyimiz kimsə idi? Həmişə oxuaynda “yekə bit yalnızlıq” ifadəsi başımda pərvaz edir. Elə bilirəm mənim özüməm Oruc bəy Bayat. Ya bu Səfəvilərin əcdadları ilə mənim əcadalarım çox yaxındı. Şəcərəyə baxdım, babamdan sordum, cavabı şübhələrimə əsas verdi. Di gəl, nə qədər oxuyursan, oxu, həmişə özünü görəcəksən, hər yerdə.
Könül ElçisiNəriman Əbdülrəhmanlı · Qanun Nəşriyyatı · 20206 okunma
Puan vermedi·576 syf.··
2022 36. kitabı
Cəhənnəmə gedən bütün qapılar bağlıdırsa... Bizi bilinməzliyin içinə ataraq başlayan uzun axtarış, macəra, gərginlik, müəmmanın içinə atır, sonra... Dan Broundan ilk əsər idi oxuduğum. İntellektual romana xas ağır temp, ifadə, məna zənginliyi burada da özünü göstərir. (bir əlimdə vikipedik məlumatlar, tablolar, axtarırlar və s.) Çox yəqin, bu tərzə alışmadığım üçün ağır irəlilədi hər şey. Əsas məsələ olan dünya əhalisinin sayının kəskin sürətdə azaldılması və bunun üçün irəli atılan virus - onu axtarma cəhdi və həmin yoldakı bəlirsiz hadisələr bizi romana bağlayan şeylərdi. Davam edəndə artıq bir çox hadisənin iç üzü açılır. Əsər süjet olaraq Dantenin "İlahi Komediya" əsərində yeddi günahı və onun qatlarının açılması kimi elə həmin əsərə istinad edərək bir xətt olaraq irəliləyir. Robert Lenqdonun və Siennanın bu yoldakı əsas tapşırıqları məhz virusu aşkar etməkdi. Təbii ki, bu da planlanmış bir hadisə sayıla bilər. Çox qəribə olsa da, Lenqdon bir gün xəstəxanaya yerləşdiriləndə iki gün əvvəl başına nələrin gəldiyini unudur (bu təsadüfü deyil, təbii ki, yaxud Lenqdonun əsərdə açıqladığı kimi başqa bir xəstəlik). Yox, bu, sadəcə, müəyyən güclər tərəfindən idarə edilən və yaddaş pozucu (dondurucu) iynə ilə adama təsir edilən bir qurmadır. Bu güclər müyyən tapşırıqları istənilən formada, vəziyyətdə yerinə yetirirlər. İstədikləri şey - insanların dünyadakı sayını azaltmaq cəhdinin qarşısını alacaq Lenqdonu durduracaq bir casus var (roman oxuyanlara qalsın bu da) Yol çox uzun idi. Müxtəlif qatlardan keçən bu yolun sonu cəhənnəmin hansı yeridi, yaxud...
Kitap Alıntısı
CəhənnəmDan Brown · Qanun Nəşriyyatı · 201429,8bin okunma
Qurultulu tənhalıq
7/10
·74 syf.··
Beğendi
·
2022 8. kitabı
Kitabı incələməyə ehtiyac var, elə bu fikrin üzərinə: Əl-ələ tutub taxta körpüdən keçdik, sonra ot basmış dar cığırla addımlayıb gölün sahilinə endik, birlikdə dayanıb batan günəşə, göldə yatan camışlara baxdıq. Tənha qurbağanın səsini dinlədik - o an ağlıma gəldi Bəlkə də, insan təkbaşına dərk edə bilməz həyatı əl-ələ tutduğu birisi olmadan...
Şiir
Tənha Qurbağanın SəsiRasim Qaraca · Alatoran nəşriyyatı · 20217 okunma
7/10
·56 syf.··
Beğendi
·
2022 6. kitabı
Kafkanın adamı necə narahat etdiyini anlamaq istəyirsinizsə, bu hekayəsinə yer verə bilərsiniz. Adam özünü bir anlıq adada tapır. Oxuyursan, amma heç nə aydın deyil. Ta ki yavaş-yavaş "gezginle" birgə irəliləyəndən sonra özünü insanlara cəza verən bir çarxın, bu çarxı hərəkət etdirən əsgər, zabitin olduğu cəza sömürgəsinin ətrafında tapana qədər. Niyə narahat olursan bu əsərdə? Çünki Kafka heç nə demir. Sadəcə oxucunu səhranın (adanın) ortasına atır. Kiçik hekayədə biz cəzaları belə bəlli olmayan, istər yüngül, istər ağır, istər bu əzablara düçar edilməyəcək qədər kiçik səhv etmisən, fərqi yoxdur. Məsələ bu deyil. Əsas olan insanlara əzab verməyə, onları incitmədən necə həzz alacaq bir sistemi göstərir bizə. Bu, əsgər və zabitlərin olduğu yerdə onların sayəsində, bir səyyahın bura gəlib çıxması, hadisələrlə maraqlanması ilə davam edir. Təbii ki, qəribə olan hekayənin bizə ötürdüyü duyğulardı ki, hazırda onu ifadə etməkdə çətinlik çəkirəm. Yəqin, sonralar bu kitabla bağlı hissimdə ancaq və ancaq insana veriləcək acılar qalacaq.
Ceza SömürgesiFranz Kafka · Yapı Kredi Yayınları · 201911bin okunma