Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Jalə İslam

Jalə İslam yorumladı.
Belə!
Dərd eləmə, birdənəm, bütün cahan düzülə, qoymaram ki, ümidim, əlim səndən üzülə. Üzümdən, ətəyimdən qan süzülə-süzülə, izindən öpə-öpə gəlib taparam səni. Ötürdüm hər bəlanı, gəlib çatdım son yerə, Sən ey zirvələr quşum, bircə dəfə qon yerə! Parçalansam yüz yerə, min yerə, milyon yerə, bilirsən ki, yenə də sevər hər param səni. Orxan Bahadırsoy
Jalə İslam okurunun profil resmi
Əvvəlimiz zərrələr, ilkinimiz balıqsa, Bizdən sonra dünyaya beş-on sümük qalıqsa, Hər tərəf uçurumsa, hər yan xarabalıqsa, Hara qaçırım səni, hara aparım səni?
Reklam
Jalə İslam bir yorumu yanıtladı.
...
Möcüzə okurunun profil resmi
Bu şəhərdə kimsə yoxdur?🙂
3 önceki yanıtı göster
Jalə İslam okurunun profil resmi
Möcüzə
Möcüzə
hər kəs öz içində bir Villi daşıyır və hər kəsin bir Visama ehtiyacı var 🤍
1 sonraki yanıtı göster
Jalə İslam bir yorumu yanıtladı.
Möcüzə okurunun profil resmi
Çatdırdığı mesajın anlamına bir baxın, vau👌
Jalə İslam okurunun profil resmi
Bəli, çox gözəldir.

Okur Takip Önerileri

Tümünü Gör
Jalə İslam bir yorumu yanıtladı.
Beş qarpız
İndi iki il əvvəlki halım ilə indiki halım arasında olan o böyük fərqi müəyyən etməyə çalışıram. Əslində, bəzi istisnaları hesaba qatmasaq dəyişən elə də çox şey yoxdur. Məsələn, cəsarətdən hələ də mükəmməl səviyyədə nəsibimi ala bilməmişəm və yaxud hələ də başqalarının fikirləri ilə özümü yönəltməkdən əl çəkə bilməmişəm. Hətta ən pisi də budur ki, mən hələ də "bəli" və "xeyr" cavablarını doğru yerdə, məqamda işlətməyi bacara bilmirəm. Bəzi "xeyr" cavablarının, əslində, "bəli" olması bir-birinin ardınca tükənməz sayda "bəli", " bəli", "bəli",... doğurur. Və hər şeyi itirdikdən sonra " yox" deyə bir küncə çəkilib özünlə mübarizədə məğlub olursan. Asandan çətini çıxarıb, çətini çətinlə toplayıb yoluna davam edirsən. Bir müddət sonra içində olduğun vəziyyətin səni, həqiqətən də, yorduğunu, incitdiyini qəbul etməli olursan. Həyatım boyunca bu bəlli bir periodla davam edib və bəllidir ki, edəcək. Anamın dost-tanış içərisində yerə-göyə sığdıra bilmədiyi gözü-könlü tox övladı indi göydən buludları dərmək üçün can atır. Və indi isə anası tərəfindən bir əlində beş qarpız tutmaq kəliməsi ilə təqsirləndirilir.Bəs o zaman məchul olan nə idi? Məchul olan bu idi ki, əl tutmadığı bir qarpızın hesabını bütün ömrü boyunca beş qarpızı daşımaqla ödəyir. Nəticə isə ürəyə gedən bütün damarların kütləşməsidir. Səbəb isə olmalı olanların gərəkdiyi zamanda və gərəkdiyi yerdə olmamasıdır.
Heyran Zöhrabova okurunun profil resmi
Atılan hər bir yeni addımda bir əvvəlki özündən bir addım daha yaxşıya doğru irəliləməyə çalışarkən, mütənasib olaraq özünə də bir addım atıb özünü biraz daha qəbul etmək və gərəkdiyi zamanda, gərəkdiyi yerdə olmayanlarla barışıb, bundan sonra gərəkdiyi yerdə özünü incitməkdən vaz keçib xeyr deməyi öyrənərək yola qaldığın yerdən davam etməyə ehtiyacımız var bəlkə də..
Jalə İslam okurunun profil resmi
Tabii siz anneleri tarafından size emanet edilən çocukları hər bakımdan yetərsiz gördüğünüz bir kadının annelik etmesine şiddetle karşısınız ama...
Jalə İslam yorumladı.
Corablar bir olmur, atam balası, - cırığı var, deşiyi var. Amma hər kişinin geyinib gedəsi Təzə bir qara coraba ehtiyacı var. Yeri, yeri, corabı cırıq qadın, Kiri, kiri, corabı cırıq qadın”.
Ramiz Rövşən
Ramiz Rövşən
Reklam
Jalə İslam yorumladı.
Bu yazını çox bəyəndim. Yazar bizə müasir insanın məişət qayğılarını artıq öz canından qabaqda tutduğunu, bu qayğılar içində özünü unutduğunu, maddi şeylərdən artıq daha çox asılı olduğunu göstərir. Biz özümüzü unutmuşuq, həmişə nəyəsə tələsirik, harasa çatmağa çalışırıq. Geri çevrilin və baxın, gününüzün neçə saatını özünüzə sərf edirsiniz? Həmişə ya dərsləri çatdırmağa çalışır, ya işlə məşğul olur, ya da telefonda qurdalanırıq. Bir düşünün, nə vaxt sevimli musiqinizi qulağınıza taxıb sevimli kitabınızı götürüb yeriyişə çıxmısınız? Uzun zaman olar, hə? Belə... "Bu gün ölümcül xəstəliyə düçar olduğumu öyrəndim" bu xəstəlik nədir, özünüz tapmalısız. Yazar atıb, bizə tutmaq qalır. Hələlik.
Jalə İslam

Jalə İslam

@jaleislam_
·
18 Nisan 20:11
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Bir müddət susdum, sonra durum bir çay dəmlədim. İstər hava isti olsun, istərsə də soyuq ən qüvvətli ağrıkəsicinin çay olduğunu qəbul edəli ömürdən təsirli illər keçir. O çayın yanına mütləq şirniyyat olmalıdır və mənim tək sevmədiyim şirni qənddir. Hə... harada qalmışdıq?! Zənnimcə demişdim ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.... Axşama da yemək bişirməmişəm. Əslində, elə çox ac olduğumu da düşünmürəm. Bu evin polu və tavanı da çox köhnəlib. Mən də necə də mənalı danışıram, İlahi. Köhnələr də axı iyirmi ilin təmiridir. Belə... sözüm odur ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Qonşum da lap adamı dəli edir. Bütün gün evdən tak-tak səslər gəlir. Gecə yuxumu da yata bilmirəm. Evim üçün aldığım televizorun üç gün sonra kreditini ödəməliyəm. Və mənim hələ də maaşım köçməyib. Üstəlik həkimə də getməliyəm.Nəysə...bu ay həkimə getməsəm də olar. Mən bayaq nə deyirdim? Bax yenə unutdum. Hə.... bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Jalə İslam bir yorumu yanıtladı.
Başqaları
instagram.com/reel/CnXF-TQqpk...
Aqşin Yenisey
Aqşin Yenisey
Sevdiyimiz adamlar ona görə bizim olmur ki, onların da sevdikləri var. Biz də öz sevgililərimizin başqalarıyıq Adımız da dəyişib İndi beladir: "hardasınız?", "kiminləsiniz?, "saat neçədəsiniz?", "yoxsa yenə təksiniz", nə vaxt öləcəksiniz?" " Biz isə qocalırıq, ürəyimizi hisslərimizdən gizləməyin vaxtıdır. Mənim başqam, gözlərımin sayı azdı sənə baxmaq üçun. Biri kordu, o biri də heç kimi görmək istəmir.
︎Mehdi Mehdili okurunun profil resmi
Mən onu sevirəm o isə başqasını, başqasında başqasını sevir, sevə sevə gedirik 🤣
Jalə İslam okurunun profil resmi
Başqalaşırıq)
58 öğeden 6 ile 10 arasındakiler gösteriliyor.