Jalə İslam

Heç nə daha istəmirəm(
- Ata, güllü bir corab al, heç nə daha istəmirəm. Sən tülkülü bir kitab al, heç nə daha istəmirəm. Bir plaş al, iki bayraq, bir qara zont, bir ağ papaq... heç nə daha istəmirəm.
Jalə İslam okurunun profil resmi
-Qızım, özgə nə alım mən? -Qırmızı lent, yaşıl qələm, Heç nə daha istəmirəm.
Reklam
Jalə İslam bir yorumu yanıtladı.
Ya da 3-cü bir ehtimal varsa buyurun.
Niyə kədərli post paylaşanda heç kim bir-birindən soruşmur nə olub, yaxşısanmı deyə? Hər kəs bəyənir keçir. Ya həmin insanlarda artıq yorulub, ya da motivasiya verəcək gücləri və ya həvəsləri qalmayıb...
Jalə İslam okurunun profil resmi
Bu sadəcə kədərli postlara şamil deyil ki, adi sevincini paylaşanda belə görməməzlikdən gəlirlər. Məsələn bir ilə yaxındır saytda yazılarımı paylaşıram. Qrup yoldaşım deyir ki, sən nə vaxtdan yazırsan? Nəyəsə ehtiyac olur dəstək toplamalı olursan və ümumi paylaşırsan yenə eyni məsələ olur. Gərək hamıya bir-bir yazasan. Deyəndə isə mən görməmişəm deyirlər. Yəni nəticə etibarilə bunun kədərlə və yaxud qəmlə deyil, bütün mövzularla əlaqəsi var.
Jalə İslam yorumladı.
Qarışıqlığımdan danış
Timuçin sevməmişdi əslində Börtəni Məcnun da Leylaya aşiq deyildi Fərhad da dağı Şirin üçün deşmədi Hər birinin bir səbəbi vardı sevgiyə Amma sevgi bağlanmaz bir səbəbə heç vaxt Səpilir kağızıma sənsizliyin sözləri Basır otağımı sənsizliyin tozları Kofem də kədər dadır Sənsizlik yağışsız payızdır Sənsizlik saxtasız qışdır Sənsizlik istisiz yaydır Sənsizlik şeirsiz şairdir Sənsizlik oxunmamış kitablardır Sənsizlik öpmədiyim dodaqlarındır Sənsizlik "Qocalmısan" musiqisinin sədalarıdır sanki Sənsizlik ağırdır, sevgili Sənsizlik ümiddir Hansı ki çoxdan tükənib Qələmlə kağızın sevişməsinə şeir deyilir Bütün dünyanı şeirlərində yaratmağa şeirləşmək deyilir Ayrılığın ikinci adına intihar Yoxluğunun ikinci adına edam deyilir
Jalə İslam okurunun profil resmi
İncəlik sezilir. Bir az daha... Daha da çılğın sətirlər.... Uğur olsun 👍
Aqil Adilli okurunun profil resmi
Təşəkkürlər. Hekayələrdə olmasa da, şeirlərdə məni rüzgar aparır

Okur Takip Önerileri

Tümünü Gör
Zəlimxan Yaqub
Zəlimxan Yaqub
Ürəyindən keçəni gözlərindən oxuyan, Sənə ömrünü verib vaxtını qıyan ola.
Böyük Aqşinin Balaca Aqşinə yazdığı şeir
Aqşin Evrən
Aqşin Evrən
…Əllərinə "Ana" və "Ata" yazıb savaşa gedənlər itirdilər əllərini, Yəni təkcə əlləri yox, ataları, anaları da yaralandı. Müharibələrə görə peyda oldu okeanlar dənizlər - Torpaq insanları bir-birindən uzaq tutmaqçün aralandı. Qəribədir: Torpağın üstündə döyüşənlər, altında qonşu olurlar. Bütün güllər dərilir, dost, bütün güllər dərilir Ancaq ən birinci məzar üstə qoyulanlar solurlar. Eyni ağacdan düzəlir tar və silah qundağı, Eyni yerdən şikəst qalır anaların qucağı. ...bir də kəpənək sanar raketləri gül-çiçək. Görən hansı səs çıxar pianonun dillərini güllələsək? Yer kürəsinə baxıram… Zaman kimyəvi dərmanların üstünə yazır: "Uşaqların əlinin çatmadığı yerə qoyun" Göz yaşları içində pıçıldayır doktor: "Uşaqları kimyəvi raketlərin çatmadığı yerə qoyun".
Reklam
100 öğeden 56 ile 60 arasındakiler gösteriliyor.