Puan vermedi·432 syf.··
2026 24. kitabı
Seriyi bozup 2.hikayeden basladim iyi ki öyle yapmisim king ile kiyasladigimda orada incitmekden korkarak seven bir adam vardi ama, burada( Nero) adina cok uygun bir karakter tabiri caizse yakicı ve egoist bir adam . Payton( savannah) karsilastirdigimda benzer yönü aile tarafindan görünmez gibi davranilan ötelenen asla deger verilmeyen bireyler olarak yetisince kendi ayaklari uzerinde durmaya çabalayn cicekler. Hikayeye gelrsek kendi halinde evinden isine asla sosyal cevresi olmayan korkak ve kaçak yasan payton evine giren tehlikeli oldugunu bildigi bir adama bir anda güven duyuyor ve hayatina isteyerek aliyor tutunacak bir dal buldum edalarinda yalnizligina kim olursa olsun kabul durumunda yilana sariliyor. En mahrem konularini acarak gecmis travmalarini paylasiyor ve burada hayatina zıt bir evrene gecis yapiyor tabi şansi yaver gidiyor hem aski hem sahiplenilmeyi o kdr cok seviyor ki diger en kotü olan herseye tamam deyip bir yola cikiyorlar. Nero zorlu bir hayattan kendi kurdugu imparatorlugunda yalniz kurt olarak yol aliyor once ben diyen bir adam tehlike kendisi saplantili ve incitmekden asla cekinmeyen biri paytona yaptigi her seyi ama her sınır ihlalini kendi istekleri ve zevki icin yapiyor ve buna ask diyor . .
NeroS. J. Tilly · Martı Yayınları · 2025209 okunma
8/10
·160 syf.··
2026 64. kitabı
·
10 saatte okudu
·
Okunma: 08 Haziran 2026 22:20
Senecanin teatrlarda sehneleşdirilen novbeti dram facie janrinda yazdiği bir eser . Bu eser Troialı Qadınlarin müharibənin amansızlığını, hədsiz istəklərin ağır bədəlini və həyatın naməlumluqları qarşısında insanın acizliyini ağılar vasitəsilə ifadə edərək, minlərlə il əvvəldən bu günə qədər çatdırır. Əsər məşhur Troya müharibəsi bitdikdən sonra baş verir. Troya şəhəri dağıdılıb, kişilər öldürülüb və sağ qalan qadınlar əsir götürülüb.Əsər müharibəni qəhrəmanlıq kimi yox, onun insanlara vurduğu dəhşətli zərbə kimi göstərir.Seneca burada Müharibənin qadınlar və uşaqlar üzərindəki təsiri,azadlığın itirilməsi kədər, yas və ümidsizlik,İnsan taleyinin qəddarlığı,güc və hakimiyyətin korlayıcı təsiri,ananın övladını itirməsinin ağrısı,qisas və mərhəmət mövzuları işiqlandirib
Troialı KadınlarSeneca · Türkiye İş Bankası Kültür Yayınları · 2009403 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Özgürlük
Puan vermedi·200 syf.··
2026 5. kitabı
·
6 günde okudu
·
Okunma: 09 Haziran 2026 16:50
Osho çərçivələrdən kənar düşünmə bacarığını bu kitabda da nümayiş etdirir. Oshoya görə azadlıq anlayışı heç bir dindən, ideologiyadan asılı deyil. Azad insan özünü heç bir qrupa, cəmiyyətə, dövlətə aid hiss etməməlidir, çünki bütün bunlar insan üçün məhdudiyyətlər yaradır. Osho deyir ki, insan yeni doğulanda müsəlman, xristian, yəhudi, hindu və s. kimi doğulmur, hətta adı belə olmur, bunların hamısı insana sonradan proqramlaşdırılır. Əsl azadlıq elə bunlardan azad olmaqla başlayır, amma sadəcə bu mərhələ ilə bitmir. Nələrdənsə azad olduqdan sonra əldə etdiyin azadlığı yaradıcılıq üçün istifadə etməlisən, deyir Osho. Yaratmaq üçün istifadə edilməyən azadlıq insana kədər gətirir. Həmçinin, sənin azadlığın digər insanların azadlığına mane olmamalıdır. Deyir ki, nə vaxt ki, davranışlarının, fikirlərinin proqramlaşdırılmış olduğunu, sənin robotdan fərqlənmədiyini başa düşsən, elə o gündən azadlıq üçün ilk addımı atmış olacaqsan. Maraqlı kitab idi, tez-tez düşündüyüm mövzulara toxunulub deyə yorulmadan oxudum.
Özgürlük - Kendin Olma CesaretiOsho · Butik · 2021773 okunma
Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu. Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir. Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir. Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq. Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024319 okunma
9/10
·496 syf.··
Beğendi
·
2026 61. kitabı
·
15 günde okudu
·
Okunma: 03 Haziran 2026 00:00
"Qürur və Qərəz" çox maraqlı bir əsərdir. Mən kitabı oxumazdan əvvəl onun filminə baxmışdım. Belə bir qənaətə gəlmişəm ki, film keyfiyyətli çəkiləndə əvvəlcə ona baxıb, sonra kitabı oxumaq daha yaxşıdır. Bu halda hər ikisindən də zövq alırsan. Filmin gözəl ab-havası var idi və məndə çox xoş təəssürat yaratmışdı. Kitabı oxuyanda da film və oradakı obrazlar birbaşa gözümün önündə canlanırdı. Xoşbəxt sonluqla bitən əsərlərin yeri bir başqa olur. Çünki insana tamamlanmışlıq hissi verir və geridə nə yarımçıqlıq hissi, nə də kədər izi qalır. Süjet boyu müxtəlif mərhələlərdən keçdikdən sonra, sonda hadisələr elə cərəyan edir ki, hər şey gəlib tam yerinə oturmuş olur. Əsərdə o dövrün ingilis cəmiyyəti, insanların düşüncə tərzi və mədəniyyəti çox yaxşı işlənib. Kitabı oxuduqca istər-istəməz həmin dövrün İngiltərəsinə səyahət etmiş olursan. "Qürur" və "Qərəz" anlayışlarına gəldikdə isə, qısa desəm, bu anlayışlar Mister Darsinin Hertfordşir qraflığına gəlişi və oradakı davranışlarının Elizabet və onun ailəsində doğurduğu düşüncələrdən formalaşıb. Onlar Mister Darsini qürurlu hesab edirdilər və bu səbəbdən də ona qarşı qərəzli yanaşırdılar. Hadisələrin gedişatı boyunca isə bu qürur və qərəzin zamanla necə aradan qalxdığını görürük. Görünən odur ki, bir insan haqqında sahib olduğumuz doğru biliklər artdıqca, mühakiməmiz də daha düzgün olur. Özünəməxsus aurası olan bu kitab mənim yaddaşımda xoş bir xatirə kimi qalacaq. Jane Austen Qürur və Qərəz
1000Kitap
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 097,8bin okunma
Qəlb şairi Əli Kərim
Puan vermedi·336 syf.··
Beğendi
·
2026 21. kitabı
·
44 günde okudu
·
Okunma: 01 Haziran 2026 22:19
Qəribsədim uzaqlarda, Könlüm-gözüm səni andı. Ayrıldığım nə müddətdi, Bir əsrdi, yoxsa andı?.. PDF oxumağa səbri olmayan mən, Əli Kərimin şeirlərini oxumaq üçün bu çətinliyə də qatlandım. Məktəb və gənclik illərimin ən sevdiyim şairlərindən biri olub o. Şeirlərinin çoxunu oxuyanda elə bilirdim ki, misralar birbaşa mənə ünvanlanıb. Kitabxanaya hər gedişimdə onun şeirlərinin çap olunduğu jurnal, qəzet və ya kitab axtarır, tapdığımı böyük həvəslə oxuyurdum. Ürəyim sən deyən çox cavan deyil, Nə qədər dərdini daşıyıbdır o. O qədər sürətlə vurub ki, sənsiz, Bəlkə də lap yüz il yaşayıbdır o! Aradan iyirmi ildən çox vaxt keçsə də, Əli Kərimin şeirlərini yenidən eyni həyəcan və eyni duyğularla oxudum. Bəzi misralar insanın yaddaşında elə iz qoyur ki, illər keçsə də öz təsirini itirmir. Sənin baxışını yığdım gözümə, O xoş ətrini də səpdim evimə. Sözün də qapımın ağzında durdu, O bir hasar oldu hər gələn qəmə. Əli Kərimin şeirlərindən incəlik, zəriflik və səmimiyyət axır. O, özünəməxsus üslubu və təkrarsız poetik dünyası ilə Azərbaycan ədəbiyyatında seçilən şairlərdəndir. Kədər başdan-başa sinəmi tutmuş, Nəfəs almağa da yer saxlamamış. Fəsillər astaca üstündən keçər, Əriməz orada boranlı bir qış. Onun şeirlərini oxumaq sanki insanı başqa bir aləmə aparır. Hər misrada sevgi, həsrət, kədər və ümid bir-birinə qarışır. Qəlb və könül şairi olan Əli Kərim oxucusuna səmimi duyğular bəxş edir. Buna görə də illər keçsə belə, onun şeirləri köhnəlmir, əksinə, hər oxunuşda yeni mənalar qazanır. Şeir oxumaq sərin bulaqdan su içməyə bənzər. Qəlbinizi, ruhunuzu sərinləndirən misraların heç vaxt əskik olmaması diləyilə...
Seçilmiş ƏsərləriƏli Kərim · Lider Nəşriyyat · 200427 okunma