Ağa və Nökər

Lev Tolstoy

Ağa və Nökər Gönderileri

Ağa və Nökər kitaplarını, Ağa və Nökər sözleri ve alıntılarını, Ağa və Nökər yazarlarını, Ağa və Nökər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Bəs günahlar? - sərxoşluğunu, arağa verdiyi pulları, arvadına etdiyi təhqirləri, söyüş söydüyünü, kilsəyə getməməsini, ayinlərə əməl etmədiyini və rahibin tövbə məqamında onu danladığını xatırladı. Aydındır, bunlar günahdır. Amma bəyəm mən bunları özbaşına eləmişəm? Görünür, məni Rəbbim belə yaradıb. Günah - günahdır. Ondan necə qurtulmaq olar ki?"
Parlaq İmzalarKitabı okudu
"Ya Rəbbim, Pərvərdigara, deyəsən, məni də çağırırsan axı - deyən Nikita özlüyündə söylədi. - Müqəddəs hökm sahibisən. Amma dəhşətdir. Ölüm iki deyil ki, birindən yan keçəsən. Ancaq tez al canımı..."
Sayfa 92 - Parlaq imzalarKitabı okudu
Reklam
Bir dinləyəni var...
Canına soyuq elə dolmuşdu ki, elə bilirdi yalxıca bir köynəkdədir. Qorxu içini bürüdü. Dodaqları altında: "Ey göylər sahibi, ya Rəbbim!" - dedi, düşünəndə ki, tək deyil, bir dinləyəni var və heç də onu tək buraxmaz, ürəyi yerinə gəldi. Dərindən nəfəs aldı, başına bürüdüyü çulu çıxarmadan kirşəyə minib ağasının yerinə uzandı.
Sayfa 77 - Parlaq imzalarKitabı okudu
İnsan özünü təmizə çıxarmağa çalışır, həyati anlarda..
"Bəs günahlar? - sərxoşluğunu, arağa verdiyi pulları, arvadına etdiyi təhqirləri, söyüş söydüyünü, kilsəyə getməməsini, ayinlərə əməl etmədiyini və rahibin tövbə məqamında onu danladığını xatırladı. Aydındır, bunlar günahdır. Amma bəyəm mən bunları özbaşına eləmişəm? Görünür, məni Rəbbim belə yaradıb. Günah - günahdır. Ondan necə qurtulmaq olar ki?"
Sayfa 75 - Parlaq imzalarKitabı okudu
Məhz çətin zamanlarda çox rastlanan düşüncələr.
O gecə hətta ölüm ehtimalını belə ağlından keçirdi, ancaq bu fikir ona heç də xoşagəlməz və qorxunc görünmədi. Ona görə xoşagəlməz deyildi ki, bütün həyatı sevinc və şadlıqla yox, artıq bezib-yorulduğu, bitib-tükənməyən gərginlik dolu nökərçiliklə keçmişdi. Ona görə qorxulu deyildi ki, həyatda nökərçilik etdiyi Vasili Andreyiç kimi ağasından başqa, əsas sahibindən - daha çox onu bu dünyaya göndərəndən aslı olduğunu hiss edirdi; bilirdi ki ölərkən məhz onun tabeçiliyində qalacaq və həmin ağası onu incitməyəcək. "Vərdiş etdiyin bir şeydən imtina etmək çətindir? Neyləmək olar, yenisinə də alışmalısan".
Sayfa 75 - Parlaq imzalarKitabı okudu
Tanrı avaralara, tənbəllərə, axmaqlara yox, zəhmət çəkənlərə dayaq olur.
Sayfa 67 - Parlaq imzalarKitabı okudu
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.