Aqibət duyğusu

Julian Barnes

En Eski Aqibət duyğusu Gönderileri

En Eski Aqibət duyğusu kitaplarını, en eski Aqibət duyğusu sözleri ve alıntılarını, en eski Aqibət duyğusu yazarlarını, en eski Aqibət duyğusu yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
168 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Kitab iki hissədən ibarətdir, birinci hissədə qəhrəmanımız Toni Vebsterin uşaqlıq və gənclik illərində yaşadıqları onun ağlında qaldığı şəkildə nəql olunur. Bu hissə daha çox xoşuma gəldi, çünki ingilislərə xas ironiya yazarın az qala hər səhifədə etdiyi göndərmələr, uşaqlıq şıltaqlığı və gənclik alovu ilə birləşib çox dadlı mətn ortaya çıxarıb. Lakin, ikinci hissədən tam olaraq gözlədiyimi ala bilmədim. Bu hissə də çox yaxşı alınıb, lakin istər-istəməz ərşə çıxan gözləntimin altında qaldı. İkinci hissədə Toni keçmiş ilə üzləşir, 40 il əvvəl yaşadıqlarını təkrar xatırlamalı olur. Bir əmma var ki, beynimiz zamanla keçmişi olduğu kimi saxlamır, onu bizi xoşbəxt edəcək şəkildə dizayn edir. Bu da Tonini dolaşığa salır, əsl gerçəkliklə üzləşdikdə ömrünün ahıl çağında vicdan əzabı çəkməsinə səbəb olur. Kitabın oxuyucunu düşündürən açıq sonluğundan əvvəl Antoninin dilində "Qarışıqlıqdır, böyük qarışıqlıqdır" ifadəsi işlənir. Kitabı da belə özətləyə bilərik. Ya da qatili olmayan detektiv roman deyib keçmək mümkündü
Aqibət duyğusu
Aqibət duyğusuJulian Barnes · Yay · 02,266 okunma
Ümidlərin ölümü
O zaman bizə elə gəlirdi ki, hansısa çəpərin arasında qalıb çürüyürük; sərbəst buraxılacaq anı həsrətlə gözləyirdik. Həmin an gələndə isə həyatımız - elə zamanın özü də - iri bir axınla şütüyəcəkdi. Haradan biləydik ki, dünyaya gələn gündən biz nələrisə qazanmış, nələrisə də itirmişik artıq! Bundan başqa, əgər lap bizi həmin çəpərin arasından buraxsalar da, bu dəfə daha geniş, əvvəl-əvvəl çox da hiss olunmayan yeni bir çəpərin arasına düşəcəyik.
Sayfa 16 - "TEAS Press" NəşriyyatıKitabı okudu
Reklam
Əslinə qalsa, hər bir günahkar axtarışı özlüyündə riyakarlıq deyilmi? Biz məsuliyyəti kiminsə üstünə atırıq ki, yerdə qalanlara bəraət qazandıraq.
Sayfa 18 - "TEAS Press" NəşriyyatıKitabı okudu
- Tarix qaliblərin uydurmasıdır, - tez-tələsik cavab verdim. - Hə, elə mən də belə deyəcəyinizdən qorxurdum. Yaxşı, onda bunu da yadınızda saxlayın ki, tarix həm də məğlubların təsəllisidir.
Sayfa 23 - "TEAS Press" NəşriyyatıKitabı okudu
Ancaq əgər biz zamanın mahiyyətini anlamırıqsa, onun gərdişinin, sürətinin sirrinə varsa bilmiriksə, tarix haqqında, lap onun sırf özümüzə aid, dəftərə-kitaba düşməyən, kiçicik parçası barədə nə deyə bilərik ki?
Sayfa 69 - "TEAS Press" NəşriyyatıKitabı okudu
Bir az zaman haqqında
Ancaq zaman... O, əvvəlcə bizə yaxşı-yaxşı dərs keçir, sonra da yüz cür oyuna salır. Məntiqlə hərəkət etdiyimizi düşünürük, amma sən demə, sadəcə, ehtiyatlanırmışıq. Məsuliyyətli davrandığımızı zənn etdiyimiz halda, məlum olur ki, eləcə, qorxurmuşuq. Bizim gerçəklik dediyimiz, problemlərin həll üsulu yox, uzaqbaşı, onlardan yayınmaq imiş. Zaman bizə kifayət qədər möhlət verir və bütün qəti qərarlarımız axırda etibarsız, əqidəmiz isə çürük çıxır.
Sayfa 104 - "TEAS Press" NəşriyyatıKitabı okudu
Reklam
Şərhsiz, və yaxud anlamaq üçün vaxt tələb edən
Tarix natamam yaddaşla sənəd-sübut qıtlığının üst-üstə düşdüyü məqamdakı əminlik duyğusu ilə yazılır.
Sayfa 23 - "TEAS Press" NəşriyyatıKitabı okudu
168 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Qarışıqlıq var...
Zaman anlayışı çox qəribədir. Keçmiş, indi və gələcək sözlərinin bu qədər primitiv mənalara yükləmək elə bizim ən böyük səhvlərimizdən biridir. Bəs, keçmiş adlandırdığımız şey əslində özlüyündə bir tarixdirmi, ya qurmaca bir hekayəmi? Müasir dövrümüzün ədəbi dahilərindən biri olan
Julian Barnes
Julian Barnes
bir çoxumuza tanış olmasa da, Aqibət Duyğusu onun beyin
Aqibət duyğusu
Aqibət duyğusuJulian Barnes · Yay · 02,266 okunma
Hamımız zamanın məhsuluyuq: o, bizi bir yandan ölçür, bir yandan biçir, amma mənə elə gəlir, onu heç vaxt axıracan dərk edə bilməmişəm.
Saniyə əqrəbindən daha hökmlü nəsə varmı? Ancaq ani bir sevinc, yaxud ötəri bir kədər sayəsində anlayırıq ki, əslində, yavaşıyır, zaman xeyli üzüyoladır. O, bəzi duyğuların təsirindən bir başqa hissin təzyiqi ilə sürət götürür, hərdən də elə bil harasa yox olur, amma lap axırda birdəfəlik qeybə çəkilir.
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.