Ayaqqabılarını Çıxar...

Ethel Lilian Voynich

Ayaqqabılarını Çıxar... Gönderileri

Ayaqqabılarını Çıxar... kitaplarını, Ayaqqabılarını Çıxar... sözleri ve alıntılarını, Ayaqqabılarını Çıxar... yazarlarını, Ayaqqabılarını Çıxar... yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Amma yəqin ki, əvvəl uşaq doğmalıdır. Deyəsən, qadının həyatında gerçək olan ancaq cinsi və uşaq doğmasıdır, qalan hər şey isə zahiri bəzəkdir.
488 syf.
7/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Baxmayaraq ki, tərcümə olunmasını illərdir gözləyirdim və çox böyük həyəcanla başlamışdım, "Ovod" və "Qırılmış dostluq"da yaşadığım o dərin hissləri yaşaya bilmədim, Rivareslə qəlbdən dərin bağlılıq hiss edirəm hər zaman. Bəlkə, bu gözlənti ilə başlamasaydım daha çox sevəcəkdim. Amma bir buruxluq hissi ilə bitirdim. Sujet çox axıcı, keçidlər çox uyğunluq içində idi deyə, heç sıxılmırdım, ilk yarısında düşündüm ki, mənə nəsə qatmayacaq oxuduqlarım, bitirəndə fikrim dəyişdi. Xüsusilə, baş obraz- Beatrisa mənə analıq, qadın olmaqla bağlı zaman-zaman düşündüyüm məsələlər haqqında yeni baxış bucağı qazandırdı. Sadəcə istəyərdim ki, Henrinin daxili aləmini də kəşf edəydik, o digərlərinə nisbətən sanki daha kənarda qalırdı. Ovodla əlaqələndirmək üçün son 2-3 səhifədə hər obrazın taleyi açıqlanmışdı, düşünürəm ki, bu məndə xəyal qırıqlığını artdırdı. Əgər , oxuyacaqsınızsa,məncə triologiyanın digər kitabları ilə əlaqələndirmədən başlayın.
Ayaqqabılarını Çıxar...
Ayaqqabılarını Çıxar...Ethel Lilian Voynich · Qanun Nəşriyyatı · 20235 okunma
Reklam
Bilirsiniz, bəşəriyyətin mənəvi dirçəlişi ilə bağlı planlar mənə, sadəcə olaraq, gözəl fantaziya təsiri bağışlayır. Yəqin, demək olar ki, hamımız dünyanın bu qədər ədalətsiz olmamasını istərdik, amma o daha yaxşı olsaydı, biz nə edərdik? İyrənc qanun və ənənələrimiz öz şəxsi mənəviyyatımızın təsviridir. Dünyaya acgöz və qəddar gəlmişik. Qəlbimizim dərinliyində nə ədalət istəyirik, nə gözəllik, onlar bizə nəfəs almağa mane olur. Bizi cənnətə buraxsalar, oranı səhraya çevirməyənə qədər dincəlmərik.
Sayfa 372 - BeatrisaKitabı okudu
Görəsən, heç ağlına gəlir ki, özünə sual versin: donuz gözü kimi parıldayan gözləri olan tamamilə yad bir qadının onu öpməsi, gözəl qız adlandırması, yanaqlarına toxunması onun xoşuna gəlirmi?
Sayfa 81 - BeatrisaKitabı okudu
488 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Görünür, bütün bunlar dünyanı yaradanın xoşuna gəlir..
Ayaqqabılarını çıxar... Bu sözlərin Tanrının Musaya müraciətindən götürüldüyünü oxuduqdan sonra, dini motivlərlə zəngin bir əsər ola biləcəyi düşüncəsi məndə bir qədər mənfi fikirlər oyatsa da, hələ ilk fəsildən yanıldığımı anladım. Voyniçdən bunu gözləmək belə yanlış idi! Əsərin "Ovod"un müəllifinin qələmindən çıxdığı oxunulan hər
Ayaqqabılarını Çıxar...
Ayaqqabılarını Çıxar...Ethel Lilian Voynich · Qanun Nəşriyyatı · 20235 okunma
Analıq... qəribə, ağlasığmaz bir şey idi... mühakiməsiz, dəhşətli və misli-bərabəri olmayan bu hissin kökləri hara gedir?... hara?
Sayfa 480Kitabı okudu
Reklam
46 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.