Bu kitabı "Balaca qara balıq" nağılına görə oxumağa başladım. Bu kitabda bir-birindən ibrətamiz, maraqlı hekayələr mövcuddur. Yaş məhdudiyyəti, əlbəttə, yoxdur:) Qara balığın sizlərə çox gözəl mesajı var. Özünün əksinə rəngarəng bir mənəvi dünyası, sərhədləri olmayan bir xəyal gücü və cəsarəti ilə göz qamaşdıran bir balıqdır bu. Mən bu zəki balığı çox sevdim və gələcəkdə bu nağılları oxuyacağım uşaqlarım, nəvələrim də sevəcəkdir.
Xoş mütaliələr!