Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Beş Katlı Evin Altıncı Katı

Anar Rzayev

En Eski Beş Katlı Evin Altıncı Katı Sözleri ve Alıntıları

En Eski Beş Katlı Evin Altıncı Katı sözleri ve alıntılarını, en eski Beş Katlı Evin Altıncı Katı kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
"Belki aradıklarını bende bulamadın. Ama bende bulduklarını ömrün boyunca başkalarında arayacaksın..."
Səhər saat yeddidə dəmiryol vağzalının bufetində oturmuşdular, şirin çaxır içirdilər, boyat çörəklə, qupquru qurumuş holland pendiriylə yavanlıq edirdilər. Məmməd Nəsir Zaurun söhbətinə diqqətlə qulaq asıb soruşdu: —Neçənci mərtəbəyə qalxdı? Zaur: —Altıncıya, — dedi — başımı verərəm ki, səhv etmirəm, öz gözlərimlə görmüşdüm 6 rəqəmini... Amma bina da beşmərtəbəlidir axı... Məmməd Nəsirin yaşı həştadı çoxdan keçmişdi, amma hələ də gümrah idi və allahın var günü səhər tezdən bir-iki stəkan "Ağdam" portveyni vurardı bədənə. Doğrudur, indi əvvəlkindən çox-çox az içərdi, amma əvvəlki təkin mütəmadiyən hər gün içərdi... Axır vaxtlar tez-tez Zaurla içərdilər — illər keçdikcə onların yaş fərqləri itib getmişdi və indi kənardan baxan elə güman edərdi ki, iki qoca şərab içə-içə ötən günləri, keçmiş xatirələri yada salır, nəşriyyatda birgə keçmiş uzun ömürlərindən söhbət edirlər... Zaur bir də təkrar etdi: —Bina axı beşmərtəbəli idi... Məmməd Nəsir uzun müddət harasa baxdı, gözləri yol çəkdi, elə bil baxışlarıyla divarı deşib harasa çox-çox uzaqlara baxırdı, sonra qəfilcən belə bir kəlam bəyan etdi: —Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...
Sayfa 378Kitabı okudu
Reklam
Bir akşam Zaur sarhoştu, hayır sarhoş değil, çakırkeyifti. Tehmine'ye, "Sen," demişti. "Kirpiklerini kaldırırken, insanlık tarihinde yeni bir sayfa açılıyor sanki."
Sayfa 155 - Everest Yayınları
... Zaurik, dünyada bir həqiqət var, bircə həqiqət var—qəlbin həqiqəti ve səadət, xoşbəxtlik tam da budur, vallah...
"Yazıcı" Bakü, 1981.Kitabı okudu
Amma oğul, inan mənə, bir gün hər şey sona çatır, ən çılğın ehtiras bilə bitib tükənir ve əgər kişi ilə qadını ehtirasdan başqa bir şey bağlamırsa — yə'ni ailəyə, uşaqlara, nigahla bağlı deyilsə — o vaxt bu cür əlaqə elə bir qorxunc işgəncəyə çevrilir ki...
Yazıçı, Bakü, 1981.Kitabı okudu
Axı heç bir təyyarə.heç bir gəmi.heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir.keçmişindən ayıra bilmir və "səadət axtarmaq" ifadəsi o demək deyil ki.səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən.. Xoşbəxtlik.ya da bədbəxtlik insanın öz içindədir.onları yük kimi özünlə daşıyırsan belədən-belə.hara gedirsən get.lap dünyanın o başına; bu etibarlı yükdür- hara gedirsən get- nə itəcək.nə batacaq.nə azalacaq.nə artacaq..
Reklam
..İnsana ən ağır yaraları məhz ən yaxın adamlar vura bilirlər..
-Zaurik.gör bir nə qədər sadədir və gözəldir:"Küçələrə su səpmişəm.yar gələndə toz olmasın" gör bir necə sevərlərmiş bir vaxtlar.Zaurik.indi gör necə sevirlər. Məsələn.sən mən keçən küçələrə heç su səpərsənmi.toz olmasın deyə? -Bakıda mümkün deyil bu.-deyirdi.-küçənin bir başına su səpənəcən xəzri o biri başını yenə toza qərq eləyəcək. -Eh.ruhun yoxdur sənin.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.