Bütöv bir xalqın yenidən doğuşunu qələmə alan, oxuduqca sizi öz ölkəniz və xalqınızın gələcəyi ilə bağlı dərin düşüncələrə daldıran möhtəşəm bir kitab.
Hər birimiz ətrafımıza baxanda bizi məmnun etməyən mənzərələr görsək, o dəqiqə irad tutmağı bacarırıq. Hamının fikri ortaqdır; "Cəmiyyət pozulub. Cəmiyyət pisdir. Cəmiyyət dəyişib". İnsanlarımız xudbin, yalançı, bədbəxt, ac, çarəsiz, qərəzli və düşüncəsizdir, yaxşı, bəs günahkar kimdir? Bizlər də qurumuş mənəviyyatlarımızla bu sistemin bir parçası olmaqdan savayı nə etmişik, nə edəcəyik? Belə olan halda, şikayətlənməyə və ya göz yummağa haqqımız və vicdanımız çatırmı?