Boğuluram

George Orwell

Boğuluram Gönderileri

Boğuluram kitaplarını, Boğuluram sözleri ve alıntılarını, Boğuluram yazarlarını, Boğuluram yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Keçmişə dönüb baxdıqda, mövsüm hər zaman yay imiş kimi xatırlayıram.
Keçmiş qəribə şeydir.Hər zaman yanınızda gəzdirirsiniz. George Orwell, Boğuluram
Reklam
Demirəm ki , 1913-cü il bir daha geri dönməyəcək. Mən içimizdəki hissdən danışıram; tələsməmə və qorxu içində yaşamama hissindən, zatən yaşadığınız üçün sizə deyilməyə ehtiyac duymadığınız, ya da yaşamadığınız və artıq yaşama şansınız olmadığı hissdən.
Sonra təsadüfi bir mənzərə, səs və yaxud iy səni hərəkətə gətirir və beləliklə, keçmişi sadəcə xatırlamırsan, birbaşa onun içinə girirsən.
"Boğuluram. Sanki iri dəniz tısbağası ayaqlarını, qollarını çırpa-çırpa suyun səthinə qalxır, burnunu çölə çıxarır, ciyərlərini şişənədək hava ilə doldurur və yenidən yosunların, dəniz ilbizlərinin yanına qayıdır. Biz hamımız üfunətli zibil qabının dibində boğuluruq."
Qulaq as, oğlum, - dedim. - Səni yaman aldadıblar. 1914-cü ildə BİZ də möhtəşəm bir iş gördüyümüzü düşünürdük. Çox təəssüf ki, belə deyilmiş. Hər şey qanlı-qadalı bir qarışıqlıqdan ibarət idi. Belə bir şey baş versə, kənar dur. Axı niyə sənin bədənin güllə ilə dəlmə-deşik olmalıdır? Onu bir qız üçün qoru. Müharibə deyərkən ağlına qəhrəmanlıqlar və şərəf ordenləri gəlir, amma bil ki, belə deyil. İndi süngü döyüşü yoxdur və olsa belə, sən düşündüyün kimi deyil. Özünü qəhrəman kimi hiss etmirsən. Bircə onu bilirsən ki, üç gündür yatmamısan, it iyi verirsən, qorxudan tumanına işəyirsən, əllərin elə üşüyür ki, heç silahını da tuta bilmirsən. Amma bu da ən əsası deyil. Əsas məsələlər bundan sonra başlanır.
Sayfa 215Kitabı okudu
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.