Boğuluram

George Orwell

Boğuluram Sözleri ve Alıntıları

Boğuluram sözleri ve alıntılarını, Boğuluram kitap alıntılarını, Boğuluram en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Dünya hamıya bəs edəcək qədər böyük idi.
Sayfa 137Kitabı okudu
Bizim hamımızı satın alıblar, ən pisidə odur ki, bizi öz pulumuzla satın alıblar
Reklam
Keçmiş maraqlı bir şeydir. O həmişə səninlədir. Zənnimcə, elə bir saat olmur ki, on, yaxud 20 il əvvəl baş verən nələrisə xatırlamayasan və əksər vaxtlar bunlar həqiqətdən uzaqdır. Sonra təsadüfi bir mənzərə, səs və yaxud iy səni hərəkətə gətirir və beləliklə, keçmişi sadəcə xatırlamırsan, birbaşa onun içinə girirsən.
"Qorxu! Biz onun içində üzürük. Vücudumuzun ayrılmaz bir parçasıdır. Biri işini itirməkdən qorxursa, digəri faşizmdən, kommunizmdən , yaxud nə isə başqa bir şeydən qorxur. Hitlerin adını eşidəndə yəhudiləri tər basır ".
Sonra təsadüfi bir mənzərə, səs və yaxud iy səni hərəkətə gətirir və beləliklə, keçmişi sadəcə xatırlamırsan, birbaşa onun içinə girirsən.
"Niyə? Bu işlər belədir. Çünki bu həyatda – ümumiyyətlə, insan həyatını yox, məhz bu yaşda və məhz bu ölkədə davam edən həyatı nəzərdə tuturam – biz etmək istədiyimiz şeyləri edə bilmirik. Bu ona görə deyil ki, biz həmişə işləyirik. Heç kənd təsərrüfatında çalışanlar və ya yəhudi dərzi də həmişə işdə olmur. Bu ona görə belə olur ki, hər birimizin daxilində bizi axmaq işlərin dalınca ora-bura sürükləyən bir iblis var. Hər şeyə vaxt var, bircə görüləsi işlərdən başqa. Həqiqətən də, mühüm hesab etdiyin bir şeyi düşün. Sonra sadəcə ona xərclədiyin vaxtı saat saat topla və həyatının nə qədər hissəsini tutduğunu hesabla. Sonra üz qırxmaq, avtobuslarda şütümək, dəmiryol vağzalları və qovşaqlarında gözləmək, pozğun anekdotlar danışıb qulaq asmaq və qəzet oxumaq kimi şeylər üçün sərf etdiyin vaxtı hesabla".
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.