Bəyaz Gecələr

Fyodor Dostoyevski

En Beğenilen Bəyaz Gecələr Gönderileri

En Beğenilen Bəyaz Gecələr kitaplarını, en beğenilen Bəyaz Gecələr sözleri ve alıntılarını, en beğenilen Bəyaz Gecələr yazarlarını, en beğenilen Bəyaz Gecələr yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Lakin bir həqiqət varsa, o da budur ki, sənin məni necə incitdiyini unutmuşam....
Sayfa 79
Söz atılan ox kim idir, bir də geri qayıtmaz. Belə deyilmi?
Sayfa 66
Reklam
Doğrudan da, sevinc və səadət insanı nə qədər gözəlləşdirir! Ürək necə də dərin bir məhəbbətlə çırpınır! Öz ürəyini mütləq başqa bir ürəklə birləşdirmək, hər şeyin şən və üzügülər olmağını istəyirsən. Bu sevinc nə qədər də yoluxucudur!
Sayfa 51
104 syf.
8/10 puan verdi
İlk dəfədir ki, Dostoyevski kitablarına başladım. Yazarın kitablarına başlamaq üçün doğru seçim məncə. Kitabda iki obrazımız var, xəyalpərəst və Nastenka. Əsas obraz olan xəyalpərəstin yaşadığı 4 gündən bəhs edilir. Kitabın adı olan "bəyaz gecələr" isə xəyalpərəstin Nastenka ilə birlik də keçirdiyi günlərə verdiyi addır. Xəyalpərəst 20li yaşlarında sevgiyə möhtac, özünəqapanıq, yalnız və hüzünlü biridir. Hekayədə obrazlar bir axşam təsadüfən qarşılaşırlar və xəyalpərəst bir neçə dəqiqə içərisində qıza aşiq olur. Nastenkanın isə 1 ildir gözlədiyi başqa bir adam var hekayədə. Keçirdikləri bu 4 gündə xəyalpərəstin tapdığı sevgisiylə dəyişən yaşamı, bunun qarşısında da sevgilisini gözləyən saf bir qızın sonda öz eşqinə qovuşmasından bəhs edilir. Kitabın mövzusu çox sadə görünsə də yazar obrazları içimizə işləyəcək qədər özənlə yazmışdır. Həm yalnızlığı, həm aşiq olan bir adamı, həm də ayrılığı fərqli bir baxış açısı ilə görə bilərsiniz. "Tam bir xoşbəxtlik dəqiqəsi! Məgər bu bircə dəqiqə, bütün bir insan ömrü üçün olsa belə, azdırmı?!" (səh.103)
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,5bin okunma
O elə doyub ki, könlü artıq heç bir şey istəmir, çünki indi öz həyatının yaradıcısı yalnız o özüdür, hər saatda bu həyatı istədiyi rənglərlə boyaya bilir.
... Sənin xəyal aləmin sönükləşəcək, arzuların isəöz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək.. Ah, Nastenka! Tək qalmaq, başa düşürsünüzmü, tamamilə tək qalmaq, hər şeydən, hətta ən kiçik arzulardan belə məhrum olmaq, hər şeydən, hər şeydən ümidini üzmək doğrudan da dəhşətdir!
Sayfa 36
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.