Bəyaz Gecələr

Fyodor Dostoyevski

Öne Çıkan Bəyaz Gecələr Gönderileri

Öne Çıkan Bəyaz Gecələr kitaplarını, öne çıkan Bəyaz Gecələr sözleri ve alıntılarını, öne çıkan Bəyaz Gecələr yazarlarını, öne çıkan Bəyaz Gecələr yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
104 syf.
8/10 puan verdi
İlk dəfədir ki, Dostoyevski kitablarına başladım. Yazarın kitablarına başlamaq üçün doğru seçim məncə. Kitabda iki obrazımız var, xəyalpərəst və Nastenka. Əsas obraz olan xəyalpərəstin yaşadığı 4 gündən bəhs edilir. Kitabın adı olan "bəyaz gecələr" isə xəyalpərəstin Nastenka ilə birlik də keçirdiyi günlərə verdiyi addır. Xəyalpərəst 20li yaşlarında sevgiyə möhtac, özünəqapanıq, yalnız və hüzünlü biridir. Hekayədə obrazlar bir axşam təsadüfən qarşılaşırlar və xəyalpərəst bir neçə dəqiqə içərisində qıza aşiq olur. Nastenkanın isə 1 ildir gözlədiyi başqa bir adam var hekayədə. Keçirdikləri bu 4 gündə xəyalpərəstin tapdığı sevgisiylə dəyişən yaşamı, bunun qarşısında da sevgilisini gözləyən saf bir qızın sonda öz eşqinə qovuşmasından bəhs edilir. Kitabın mövzusu çox sadə görünsə də yazar obrazları içimizə işləyəcək qədər özənlə yazmışdır. Həm yalnızlığı, həm aşiq olan bir adamı, həm də ayrılığı fərqli bir baxış açısı ilə görə bilərsiniz. "Tam bir xoşbəxtlik dəqiqəsi! Məgər bu bircə dəqiqə, bütün bir insan ömrü üçün olsa belə, azdırmı?!" (səh.103)
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,5bin okunma
Nə üçün yaxşı bir adam belə,həmişə başqalarından nə isə gizlədir,ürəyini açmır? Nə üçün sən, hər danışdığın sözün təsirsiz qalmayacağını bildiyin halda, ürəyindəkiləri lap bu dəqiqə açıq-açığına, aşkar deməyəsən? Yoxsa hər kəs özünü elə göstərir ki, guya o, əslində olduğundan daha sərtdir, elə bil hər kəs,ürəyindəkini tez desə,hisslərinin təhqir ediləcəyindən qorxub susur...
Sayfa 78
Reklam
104 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 saatte okudu
Nastenkanı qınama, o bir yeniyetmə idi!
Fyodor Dostoyevski həqiqətən qəlbə toxuna bilməyi bacarır da. Şablon sözlərdən istifadə edib təhlil etməyəcəm. Nastenkanı qınayanlar olsada, mən qınaya bilmədim. Çünki Nastenkanın 10 sözündən 9-u elə kirayəşin idi, xəyalpərəstlə elə ancaq onun haqqında, ona olan məhəbbəti haqqında danışırdı. Xəyalpərəstin sanki bəxtinə elə təklik yazılıbmış. Nastenka da yeniyetmə qız idi, elə bu səbəbə görə də Nastenkanın "ümidverici" sözlərinə, vədlərinə inanmırdım, insan gənc olanda fikirləri çox tez dəyişir, nəyin ki, yeniyetmə olduqda. Nastenka kaş sonda xəyalpərəstə vədlər verməzdi, yoxsa hər şey əla gedirdi, amma bunuda Nastenkanın uşağlığına bağışladım))). Yeniyetməlik dövründə olur belə şeylər. Dostoyevskinin qələmini çox sevdim, elə yazırki sanki onu mən yaşayırmışam kimi hiss edirəm, amma Tolstoyun kitablarında elə olmadı, ona görə yarım buraxdım. Amma sonra Xəyalpərəstə də acımadım, çünki o xəyallarında həmişə xoşbəxt idi, bəlkə də elə onu yaşadan onun sevgi dolu xəyalları idi. Spoyler ola bilər! Amma bundan daha pisini yaşayan elə yeniyetmələr var ki, onlar qərarlarında daha ağıllı davranırlar. Amma təbii ki, bunu hər adam bacarmaz. Nənəsinin bu hərəkətinə görə kim zərər çəkmiş oldu sonda? Xəyalpərəst((. Məncə Nastenka kirayəşini də sevmirdi, sadəcə sancaqlı qalmış balaca otaqdan canını qurtarmaq istəyirdi, buna vasitə kimidə kirayəşini görmüşdü, bilmirəm bəlkə də həqiqətən sevirdi, amma Nastenkanın sevgisi həqiqi olsaydı ondan sonra elə Xəyalpərəstə verdiyi vədi tutardı.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,5bin okunma
Lakin bir həqiqət varsa, o da budur ki, sənin məni necə incitdiyini unutmuşam…
Bu kadar akıllı olmasına sevindim. Akıllı ve güzel olmak büyük bir şeydir.
Sayfa 12 - Başkahramanın dilindenKitabı okudu
Dostluğa hazırım,işte elim...Amma lütfen bana aşık olmayın !
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.