• Küçədə yaşayan üç oğlan .. Bütün günlərini zibilxanalarda zibil axtarmaqla keçirən, həyatın ən çətin , ən ac günlərini yaşayan üç oğlan..Həyatları daima bu zibillərin içində keçmiş,bu zibilxanalarda olmaq sanki onların həyatlarının bir parçası olmuşdu, taa ki, onlardan biri zibilvedrəsindən içi sirlərlə dolu bir çanta tapana qədər...
və indiye kimi heç kimin vecinə olmayan ,küçələrdə səfil həyatı yaşayan uşaqlar bir anda bütün dünyanın diqqət mərkəzində olurlar .Onlar həm çantada tapdıqları sirri çözməli, həm də onları axtaran bu qədər insandan qaçmalıdırlar..
_____________________________
• Əsərin başlığı , yazılmış olduğu dil və adamı maraqda saxlayan mövzu,həyəcanli səhnələri olduğu üçün 2 gün ərzində bitirdim..
•Əsərdə həmçinin məmurların, yüksək vəzifəli insanların sadə xalqdan,kasıb insanlardan müxtəlif yollar ilə mənimsədikləri o pullar, etdikləri haqsızlıqlar , ədalətsizliklər mövzusuna da çox doğru toxunulduğunu görürük, amma bu balaca uşaqlar öz davranışları ilə onlara sonda çox gözəl "ədalət oyunu " oynayırlar))
•Düşünürəm hər kəsin bu əsəri oxuyub oradan anlayacağı dərs fərqli olacaq ..Ancaq bu fərqliliklərə rəğmən bu hekayənin mütləq bir hissəsindən tutub mənimsəyəcəklər ..