İlk dəfədir, bir kitab haqqında yazıram. Sözün açığı Haruki Murakami qələminin tərifini bu günə qədər çox eşitmişdim deyə, kitabdan gözləntim də yüksək idi. Amma heç bir şəkildə gözləntimi qarşılamadı. Bir oturuşda bitirə biləcəyiniz kitabdır. Çox sadə dildə yazılıb. Hətta yarı-yazılıb deyə bilərəm. Çünki başlıqlar və paraqraf yerləri elə seçilib ki, kitabın yarısı boş, ağ vərəqlərdən ibarətdir. Kitabı oxuyanda içdən-içə “niyə belə?”deyirdim. Nəysə ki, sonra çatanda yazarın öz etirafını oxudum. O da bu kitabı daha çox roman deyil də, novella kimi görürmüş. İlk dəfə bu kitabla başlayıb yazmağa. Buna görə də Murakami’yə təkrar şans verməyi düşünürəm:)