Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Lefortovo Zindanında

Xəlil Rza Ulutürk

Lefortovo Zindanında Gönderileri

Lefortovo Zindanında kitaplarını, Lefortovo Zindanında sözleri ve alıntılarını, Lefortovo Zindanında yazarlarını, Lefortovo Zindanında yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Düşmən sənin boylu gəlinlərini süngü ucunda yataqdan qaldırıb çölə fırlayır. Amma sən burda sessiya kürsüsündən "Bratiski armyanski narod!" deyə hayqırırsan! 1905 -ci ildən bəri 1 milyon 800 min Türkazər öz dədə-baba torpağından, Qərbi Azərbaycandan vəhşiliklə qovulub. Axı bu 1 milyon 800 min qarışqa deyil, insandır. Hansı ixtiyarla sən bu müsibətləri unutmaq deyirsən? Hansı ixtiyarla sən Azərbaycan qızlarının məmələrinin ucunda yanar siqar söndürənləri, ağ sinələrinə qanlı xaç şəkli dağlayanları unudaq deyirsən? Qursalı kəndindən çıxan Türkazər, hətta, köpəyini zəncirdən açmağa, qazanı ocaq üstündən götürməyə belə macal tapmamışdır".
Reklam
"Böyük tribun Mikayıl Mirzə mikrofonu yalnız bircə kərə əlinə keçirə bildi, ildırım səsi diyar-diyar yayıldı!"
"Moskva sənlə onda hesablaşar ki, qul olmadığını bildirəsən, qanımızın şüşəyə tutulmasına barı 68 il sonra yol verməyəsən!"
Bəs nədir bu hıçqırıq? Göz yaşın almaz almaz. Canavarlar önündə gülüm, ağlamaq olmaz. Bizim dərin yaramız, göz yaşıyla sağalmaz. Canavarlar önündə gülüm, ağlamaq olmaz.
Reklam
Həyat kitabların kitabıdır. Onu sonadək oxumaq, anlamaq hər kəsə müyəssər olmur.
482 syf.
·
Puan vermedi
Öncə onu deyim ki, kitab mənim üçün çox ağır idi. Bugün Lefortofo zindandan çıxmışam. Ruhumu Bakıda vətənimin və Firəngizin yanında qoyub getmişdim. Ruhumun ayrı şəhərdə, cismimin isə ayrı şəhərdə olduğu vaxtlar sadəcə poeziya ilə məşğul olaraq təskinlik tapırdım. Tərcümə etməli olduğum kitablar, yazmalı olduğum şeirlər vardı. İstintaqlar və hər gün neçə dəfələrlə eyni suallara cavab verməkdən artıq təngə gəlmişdim. Bakıya gəldiyim gün isə mənim Azadlıq bayramım idi. Lakin ordakı kədər üstümə sinmişdi.. (Kitabı oxumaqdan əlavə yaşadığımı yuxarıdakı cümlələr ilə izah edə bildim mi bilmirəm) Kitabda bizə tanış olan şairlərin adlarının çəkilməsi gözəl idi. Xəlil Rza Ulutürk'ün yanına gedərkən Nəsimi, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı və.s şair və yazıçılarımız ilə görüşmüşəm kimi bir hiss. Kitabın tarixi elmi siyasi olduğunu deməyimə ehtiyac yoxdur yəqin ki. Kitabda əvvəlcə daha çox siyasi məsələlər, siyasi çıxışlar sonra isə Xəlil Rza Ulutürk'ün Lefortofo zindanında yazdığı gündəliklər yer alır. Oxunması və o günlərdən bu günlərimiz üçün dərs çıxarılması lazım olan əsərlərdən biridir. Kitabı hansı sözlərlə ifadə edəcəyimi bilmirəm. 467səhifədə ağlımıza gələn hər bir duyğu qarşımıza çıxır, kitabı ağırlaşdıran da bu idi deyəsən.
Lefortovo Zindanında
Lefortovo ZindanındaXəlil Rza Ulutürk · Çinar Nəşriyyatı · 20067 okunma
Ey yaralı ölkəmin yaralı vətəndaşı Düşünək yaxşı yaxşı Yarımçıq yaşamaqdan ölüm min dəfə yaxşı!
Sayfa 464
Həqiqəti tapmaq üçün ayaq altına yox, həm də üfüqlərə, günəşə baxmalısan.
Sayfa 456
Reklam
Bəs nədir bu hıçqırıq? Göz yaşın almaz almaz. Canavarlar önündə gülüm, ağlamaq olmaz. Bizim dərin yaramız, göz yaşıyla sağalmaz. Canavarlar önündə gülüm, ağlamaq olmaz.
Sayfa 415
Dərdlərim o qədər böyük idi ki, ancaq öz dünyamla məşğul idim.
Sayfa 408
Bizimdir son zəfər, əmin ol, əmin. Uca tut başını, ərisin qəmin. Uğurunda can qoydu MƏHƏMMƏD ƏMİN! Bütün kainatın bütün aləmin Azadlıq taxtısan, bilirəm Bakım!
Sayfa 389
Nəsimi
Zahidin bir barmağın kəssən dönüb həqqdən qaçar, Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
Sayfa 373
Gəlin köçən qızlarımızın ilk cehizi "Dədəm Qorqud"un kitabı, Koroğlu, Məhəmməd Füzuli, Sabir, Şəhriyar və bayatılarımız olmalıdır.
Sayfa 351
72 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.